Diqqət, yaddaş zəifliyi, saç tökülməsi - Yod çatışmazlığının 10 əlaməti

Diqqət, yaddaş zəifliyi, saç tökülməsi - Yod çatışmazlığının 10 əlamətiYod - qalxanabənzər vəz və onun idarə etdiyi bütün sistemlər üçün həyati vacib mineraldır. Azərbaycan ərazi və genetikasına görə yod azlığından əziyyət çəkən ölkələr sırasındadır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, yod normal metabolizm, beynin işi, sümüklər, dəri və s. üçün çox vacibdir. Böyük adam gündə 150 mkq yod qəbul etməlidr. 2017-ci ilin statistikasına görə, dünyada hər 5 nəfərdən biri yod azlığından əziyyət çəkir.
Sizdə yod çatışmazlığını göstərəcək əsas əlamətlər bunlardır:
1.Bədən çəkisinin qəfil artması, az yemək yeyilməsinə baxmayaq kəskin kökəlmə.
Burada əsas səbəb qalxanvari vəzinin idarə etdiyi metobolizm sisteminin pozulmasıdır. Normal insan yediyini enerjijə çevirir, metobolizm pozulanda isə qəbul olunan qida enerjiyə çevrilmir.
2.Yorğunluq, əzginlik
İnsanda yod çatışmayanda, o daimi yorğunluq hiss edəcək. Adi ev işlərini görmək, azçəkili əşyanı belə qaldırmaq, gəzmək, pilləkən çıxmaq çətin olacaq. Bu da yod çatışmazlığına görə insanın əzələlərinin normal enerji almamasına görədir. Əgər insan ağır işdə çalışmadan, kifayət qədər dincəlsə də yenə yorğundursa, o zaman yod defisitini araşdırsın.
3.Saçların tökülməsi
Qalxanvari vəzinin hormonları saç tükü follukullarını təmin edir. Yod çatışmazlığında hormonlar zəifləyir və artıq tük köklərini yemiləməyə gücü çatmır.
4.Quru üz və bədən dərisi
Quru, qurpquru, qıcıqlı, qaşınan, kəpək qoyan dəri də yod əskikliyi ilə bağlı ola bilir.
5.Üşütmə, soyuqluq hissi
Daima bədənində üşütmə, normal temoeraturda belə soyuqluq hiss edən insanlarda metobolizm pozulduğundan orqanizmi isitmək üçün enerji təminatı çatışmır. Əgər bu hal uzun müddət davam edirsə, endokrinoloqa getməyin vaxtıdır.
6.Zəif, aşağı nəbz
Yod defisiti ürəyin işini zəiflədir, çünki əzələ zəifliyi var, ürək də əzələ orqan olduğundan ona da təsir edir. Bu zaman nəbz yavaşıyır. Arada başgicəllənmə, ürəkdə sancı, havasızlıq kimi əlamətlər də verir.
7.Yaddaş problemi
Yodla bəslənən hormonlar beyinin işi üçün də vacibdir. Yod əskikliyi yeni biliklərin, məlumatın mənimsənilməsini çətinləşdirir, yaddaşı zəiflədir. Beynin hippokamp adlı hissəsi qalxanabənzər vəz pozğunluğu olan insanlarda hətta ketdikcə kiçilir.
8.Hamiləlikdə ağırlaşmalar və pozulma
Hamilə qadına nəinki özü, həmçinin bətnindəki döl üçün də yod lazımdır. Əgər yod az olsa, uşaq normal inkişaf edə bilməyəcək, xüsusən uşağın əzələ sistemi, beyni, yod çox olsa dölün bətndə ölümü belə baş verə bilər.
9.Qeyri-müntəzəm və ağrılı menstruasiya
Qadınlarda tsikl pozğunluğu da çox vaxt yod azlığından qaynaqlanır.
10.Zob
Xroniki yod çatışmazlığında qalxanvari vəzinin böyüməsi sürətlənir və zob yaranır.
Əgər diaqnostika və analizlərdə də orqanizmdə yod defisiti təsdiqlənərsə, aşağıdakı qidaları bol edin:
-Dəniz yosunu
-Treska balığı
-Yodlaşdırılmış duz
-Krevetka
-Yumurta
-Tuns balığı
-Qara gavalı
Milli.Az

Xəbərlər     Baxılıb: 1055   Tarix: 30 oktyabr 2023
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

turlar.az

geyim və ayaqqabılar adlarin menasi sac duzumleri atalar sozu elm haqqinda makaronlar erotik paltar romantik pozalar kosmetika kahfe falı olumu qaynanaya aid masturbasiya nedir novruz bayramına aid hakışta