Direktor müavininin qızı, müəllimə, hamilə - ÜRƏKDAĞLAYAN TALE

Direktor müavininin qızı, müəllimə, hamilə - ÜRƏKDAĞLAYAN TALESentyabrın 14-də səhər saatlarında Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən 29 yaşlı qadından yeni məlumat var.

29 yaşlı qadının anası Əskərova Balaxanım Yasamal rayonunda yerləşən 38 nömrəli məktəbdə direktor müavin vəzifəsində çalışır. Atası yaxınlarda rəhmətə gedib. Qadın anasının çalışdığı məktəbdə ingilis dili müəllimi işləyirmiş. Onun hamilə olduğu bildirilib.

Bundan başqa qəzanı törədən şəxsin sürücülük vəsiqəsi olmayıb və o əvvəllər məhkum edilib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Ağentliyindən əməkdaşımıza bildirilib ki, 39 saylı marşrut daşıyıcı fiziki şəxsdir:

"Sürücülərin sürücülük vəsiqəsinin olub-olmamasına BNA deyil, Daxili İşlər Nazirliyi nəzarət edir".

Bəs daşıyıcı şirkət sürücüləri hansı prinsiplər əsasında işə götürməlidir, sürücülük vəsiqəsi olmayanları işə götürmək olarmı?

"Digesta" hüquq firmasının direktoru Ərşad Hüseynov bildirib ki, "Yol hərəkəti haqqında" qanunda sürücülüklə bağlı məsələlər öz əksini tapıb:

"İlk növbədə həmin şəxs sürücü olmalıdır. Əgər o şəxsin sürücülük hüququ yoxdursa, ya onu işə götürdün, ya da meşədən ayını işə götürdün. İkisi də eyni şeydir. Qeyd edim ki, işə götürülən sürücünün "D" katoqoriyalı sürücülük vəsiqəsi olmalıdır. İşə götürən daşıyıcı onun həyatı haqqında araşdırma aparmalıdır. Bizim qanunvericiliyə görə, sürücülük hüququ və sağlamlığı qaydası varsa, məhkumluğa görə avtobus sürücüsü kimi işə götürməmək söhbəti yoxdur. Amma burada daşıyıcını kimsə məcbur etmir ki, məhkum olunmuş şəxsi işə götür, yaxud da, götürmə".

Ərşad Hüseynov qeyd edib ki, daşıyıcı şirkət sürücülərin hər biri haqqında geniş araşdırma aparmalıdır:

"Araşdırma zamanı məhkum olunan şəxs zorakılıq, xuliqanlıq edib, əvvəllər də, yol-nəqliyyat hadisəsi zamanı kimisə öldürübsə, onu işə götürmək olmaz. Amma hansısa ehtiyatsızlıqdan məhkum olubsa, işə götürülməsi qanunlara zidd deyil".

Qeyd edək ki, sentyabrın 14-də Bakının Yasamal rayonunda 39 saylı sərnişin avtobusu "İnşaatçılar" metro stansiyasının yaxınlığındakı dayanacağa çırpılaraq, 18 saylı avtobusdan düşən, qucağında körpə uşaq olan 29 yaşlı qadını vurub. Günel Əskərova uşağını kənara ataraq xilas edə bilsə də, özü dünyasını dəyişib.

Mənbə: teleqraf.com

Xəbərlər     Baxılıb: 3061   Tarix: 16 sentyabr 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

reseptler gelinlikler kosmetika mehsullari bürclərin sevgi cədvəli yay paltarları 2026 gil maskalari baş gicəllənməsi kosmetika sekisler masturbasiya nedir rus dili birlik haqqinda qurd xəstəliklərinə qarşı mualicə