Dırnaq batması nədir, əmələ gəlmə səbəbləri və ev şəraitində müalicəsi

Dırnaq batması nədir, əmələ gəlmə səbəbləri və ev şəraitində müalicəsiDırnağın ətə batması əksər inlğsanlarda meydana gələn və hərəkətlərə mane olan ağrılarla müşahidə edilir. Dırnaq batması adətən ayağın baş barmağında müşahidə edilir. Bu dırnağın böyüdükcə eninə doğru inkişaf etməsindən irəli gəlir.
Dırnaqlar düz qabağa doğru uzandığına görə onu tutarkən qaydalara düzgün əməl olumalıdır. Belə ki, uşaq yaşlarında uşağın dırnaqlarının yalnız qabaq tərəfindən kəsmək lazımdır.
Dırnağın ətə batması həmin nahiyədə ağrıya, qızartıya səbəb olur. Giigyena qaydalarına əməl eləmədikdə isə həmin nahiyədə iltihablaşma əmələ gəlir və xəstənin fiziki hərəkətini məhdudlaşdırır. Drnağın ətə bataraq iltihalmaşması xəstənin vəziyyətinin ağırlaşmasına və dırnağın çıxarılmasına səbəb olur. Çünki iltihablaşma irəliləyərək sümüyə qədər çata bilir. Buna görə də əksər hallarda dırnağın ətə batdığı zaman vaxtında ehtiyat tədbirləri görülür.
Dırnağın ətə batması hansı səbəblərdən baş verir?
* dırnağın anadangəlmə quruluşunda çatışmazlıq olduqda
* barmaqları sıxan, ucu şiş ayaqqabılar geyindikdə
* dırnaqda qalınlaşma olduqda
* barmaqlar kök olduqda
* dıqnaqlarda göbələk xəstəliyi olduğu zaman
* dırnaqlar uşaqlıq yaşlarından düzgün tutulmadıqda
Qarşısını necə almaq olar?
* geniş ayaqqabı geyinərək
* ayaqları hər gün isti su ilə vanna edərərk
* ayaqları yaş saxlamayaraq
Dırnaq batması zamanı özünüz qulluq edərək bu problemin ağırlaşmasının qarşısını ala bilərsiniz. İltihablaşma baş verdikdə isə mütləq həkimə müracit etmək lazımdır.
Ev şəraitində də müxtəlif vasitələrdən istifadə edərən dırnaq batmasının ağırlaşmasının qarşısını ala bilərsiniz. Bunu üçün aşağıdakı qarışımdan istifadə edərək ayaqlarınızı vanna edin.
1) duz vannası
*100 qram duz
* 1 lit isti su
* çobanyastığı, əncir yarpağı, şalfey və şam yarpağı
Həmin qarışımdan vanna etməzdən əvvəl bir qədər götürüb vannadan sonra pambığa batıraraq dırnaqla ətin arasına qoyub bağlayın.
2) kofe ilə müalicə
* 1 xörək qaşığı kofe
* 5 ədəd aspirin
Aspirin və kofe dənələri ayrı-ayrılıqda üyüdülüb qarışdırılır. Sonra krem halına gələnə qədər vazilen qatılır və xəstə dırnaq nahiyəsinı qoyulur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1045   Tarix: 23 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

qadın geyimi qaşların formalari yaz geyimleri 2026 uşaq psixologiyası cagatay ulusoy yay kombinleri 2026 balqabaq tumu kosmetika penis insan vidyolar vətən haqqında bayatı zehmet ve zinet