Dırnaq göbələyinin müalicəsində YENİ ÜSUL: "Dərmansız..."

Dırnaq göbələyinin müalicəsində YENİ ÜSUL: "Dərmansız..."Dırnaq göbələyi bir çox insanda rast gəlinən problemlərdən biridir. Tibbi dildə onixomikoz adlanan bu sağlamlıq problemi son vaxtlar daha geniş yayılıb.

Mütəxəssislər dırnaq göbələyinin müxtəlif səbəblərdən yarandığını deyir. Dırnaq göbələyinin yoluxucu xəstəlik olduğunu bildirən kosmetoloqun sözlərinə görə, münbit şərait yarandıqda bu xoşagəlməz parazitin şansını əldən vermədiyini qeyd edir: "Dırnaqda göbələyin yaranmasına səbəb trixofıton göbələk ailəsidir. Bu, həm ayaqda, həm də dırnaqda olan dəri göbələyinin törədicisidir. Məsələn, hər bir canlı kimi, göbələyin də qidaya, suya, temperatura ehtiyacı var. Əsasən ayaq və müəyyən büküşlər daha çox sürtünmə və tərləməyə məruz qalan yerlər olduğundan göbələk bədənin həmin hissələrində inkişafı üçün münbit şərait tapır. Sürtünmə nəticəsində həmin yerdə dərinin baryer funksiyası pozulur. Çünki dərinin özünün qoruyucu, baryer qatı var. Bu, bizi müxtəlif xəstəliklərdən, mikroblardan qoruyur. Amma sürtünmə və tərləmə nəticəsində dərinin PH səviyyəsi aşağı düşür və ya qalxır. PH-ın dəyişməsi isə göbələklər üçün əlverişli şərait yaradır. Nəticədə göbələklər həmin dərinin baryer qatından daha asan keçirlər və orada artıb çoxala bilirlər".

Keyfiyyətsiz ayaqqabı, gigiyenik olmayan məkanlara getmək də dırnaq göbələyinin yaranmasına imkan verir. Buna görə də mütəxəssis ümumi istifadə olunan məkanlara getdikdə diqqətli olmağı məsləhət görür: "Bildiyimiz kimi keyfiyyətsiz ayaqqabının ventilyasiyası, yəni havalanması pis olur. Ona görə də ayaq tərləyir və göbələyin əmələ gəlməsinə şərait yaranır. Nəticə etibarı ilə dərinin nəmliyi və sürtünməsi nəticəsində göbələklər inkişaf edir. Bununla yanaşı, saunalar, hamamlar, hovuzlar, idman zalları, gözəllik salonları və digər ümumi istifadə edilən ictimai yerlərdə də gigiyenik qaydaların pozulması nəticəsində dırnaq göbələkləri yaranır. Məsələn, həmin yerlərdə ümumi çəkələklər geyilir, ümumi ləvazimatlardan istifadə edilir. Vaxtlı-vaxtında və yaxşı dezinfeksiya edilmədikdə isə göbələyə yol açılır".

Həkim dırnaq göbələyinin müalicəsinin çətin olduğunu etiraf edir. Lakin o, bu problemin birdəfəlik həll oluna biləcəyini də vurğulayır: "Dırnaq, saç, piy və tər vəziləri dəri artımı hesab olunur. Dəri artımında ən aktual problemlərdən biri də dırnaq göbələyidir. Uzunmüddətli müalicə tələb edir. Xüsusən də ayaqda olduqda. Çünki ayaq dırnaqları daha qalındır. Müalicə ağır dərmanlarla aparılır. Onların arasında digər orqanlara əlavə təsirləri olan dərmanlar da var. Həmin dərmanların uzunmüddətli istifadəsi bəzi xəstələr üçün qəbulolunmazdır. Məsələn, yaşlı insanlara, qaraciyərində problem olan xəstələrə o dərmanları yazmırıq. Bu zaman dırnaq göbələyi qarşısında silahsız qalırıq".

Lakin hazırda dırnaq göbələyinin müalicəsində yeni üsul var. Çox qısa müddətdə sistemli olaraq, daxilə heç bir dərman qəbul etmədən bu problem həll edilir. G. Mikayılova dırnaq göbələyinin müalicəsində yeni üsulun lazer proseduru olduğunu açıqladı. Çox qısa kurslarla, həftədə 1 dəfə olmaqla 5 və daha çox prosedur tətbiq etmək şərtilə müalicə aparılır: "Prosedurların sayı individualdır. Yəni müalicə kursu göbələyin ilkin vəziyyətindən asılı olaraq təyin edilir. Dırnağın 50 faizdən çoxu zədəlidirsə, seansların sayı artır. Lazer üsulunun üstünlüyü ondan ibarətdir ki, həm yaşlılar, həm uşaqlar, bir sözlə, bu problemi yaşayan hər kəs üçün keçərlidir. Əvvəl dırnağın müalicəsi üçün 7-8 ay, bəzən 1 il vaxt tələb edilirdi. Lazer müalicəsində xəstə çox vaxt sərf etmir. Sadəcə kurs bitdikdən sonra müəyyən vaxt keçməlidir ki, dırnaq təzələnsin. Eyni zamanda, nəzərə almaq lazımdır ki, ayaq dırnaqları əl dırnaqlarından üç dəfə gec uzanır. Bir dırnağın tam dəyişməsi üçün bir neçə ay keçməlidir. Xəstələr nəzərə almalıdırlar ki, biz ora yeni dırnaq qoymuruq, sadəcə olaraq zədələnmiş dırnaq çıxmalıdır ki, yerinə təzəsi gəlsin. Məqsəd dırnağın mayasında olan göbələyi öldürməkdir ki, yayılmasının qarşısı alınsın. Onu da biz çox uğurla edirik".

Sağlamlıq     Baxılıb: 1999   Tarix: 22 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

.

Xalq təbabətinin əvəzedilməzi Nanə

Bir çox in . san mədə xəstəliklərindən əziyyət çəkir. Xalq təbabətində mədə ağrıları zamanı ən yaxşı bitki kimi nanənin adı çəkilir. Mütəxəssislər iştaha və qaz problemi olanlara, mədə ağrısından əziyyət çəkənlərə yaban

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Seksoloq Ləman Telmanqızıdan qadınlar və kişilərə məsləhət - Cinsi istək bitibsə

"Cinsi arzunun itirilməsi həm kişilərdə, həm də qadınlarda cinsi istəyin azalması kimi müəyyən edilir. Fiziki və psixoloji yorğunluq, həyat keyfiyyətindəki dəyişikliklər də cinsi istəyin dəyişməsinə səbəb ola bilər"

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

turlar.az

həkim məsləhəti makiyaj instagram sac duzumleri yaşıl çay gürcü mətbəxi banan pirojnasi xına bayatıları kosmetika oğlan evine aid hakisda cinsi əlaqə novruz bayramına aid hakışta yuxuda qara ilan gormek novruz bayrami