Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? "Zərbə almamısınızsa, diqqətli olun"

Dırnaqlarda rəng dəyişimi nəyin əlamətidir? Dırnaqlarımızda gözlənilmədən yaranan rəng dəyişiklikləri, kiçik ləkələr və ya qəribə xətlər düşündüyümüzdən daha ciddi sağlamlıq problemlərinin xəbərçisi ola bilər. Bir çoxumuz bunu "yəqin ki, bir yerə çırpmışam" və ya "vitamin çatışmazlığıdır" deyərək keçib gedirik, lakin mütəxəssislər bu yanaşmanın çox yanlış olduğunu vurğulayırlar.
Milli.Az xəbər verir ki,  dırnaqlarımızın əsas funksiyası barmaq uclarını qorumaqla yanaşı, bədənimizdə gedən ciddi proseslərdən də xəbər verməkdir. Vitamin və mineral çatışmazlığı dırnaqları zəiflədərək qırılmasına səbəb ola bilər, lakin bəzi dəyişikliklər daha təhlükəli xəstəliklərin "həyəcan təbili"dir.
Zərbə almadan dəyişiklik baş veribsə, diqqətli olun!
Dırnağınızda qara və ya qəhvəyi rəngli bir xətt və ya ləkə görmüsünüzsə, özünüzə bu sualı verin: "Mən yaxın zamanda bu barmağımı bir yerə vurmuşam?"
Əgər cavab "xeyr"dirsə və heç bir travma (qapı arasında qalması, ağır əşya düşməsi və s.) almamısınızsa, bu ləkələr aşağıdakı üç ehtimaldan birini göstərə bilər:
Dırnaq yatağında yaranan xoşxassəli bir xal.
Səbəbi bəlli olmayan kiçik dırnaqaltı qanamalar.
Malign Melanom: Həyati təhlükə yaradan, sürətlə irəliləyən bir növ dəri xərçəngi.
Dırnağın altında sonradan yaranan tünd rəngli xətlər və ləkələr, xüsusilə də dəri xərçənginin (melanomun) tipik əlamətidir. Bu xərçəng növü olduqca aqressivdir və gecikdirildikdə bədənin digər orqanlarına yayıla bilər. Lakin vaxtında aşkarlanarsa, müalicə şansı olduqca yüksəkdir.
Aşağıdakı hallardan birini belə müşahidə etsəniz, dərhal dermatoloqa (dəri həkimi) müraciət edin:
Heç bir zərbə almadığınız halda dırnağınızda qara, qəhvəyi ləkələr və ya boyuna uzanan xətlər yaranıbsa.
Bu ləkə və ya xətlərin rəngi zamanla tündləşirsə və ya genişlənirsə.
Dırnağın ətrafındakı dəriyə doğru rəng qaralması yayılırsa.
Dırnağınızdakı kiçik bir rəng dəyişikliyi, bəlkə də həyatınızı qurtaracaq ən vacib erkən xəbərdarlıq ola bilər. İhmal etməyin!
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 1062   Tarix: 18 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

hamilelikde qidalanma geyim seçimi yay kolleksiyasi orucluqda cinsi əlaqə yanıltmacalar nişanlılıq nişan və evlilik kosmetika aybawi toy gecesı xanim az novruz bayramına aid hakışda yemekler