Diş ağrıları zamanı nə etməli

Diş ağrıları zamanı nə etməliDişlərimiz bizdən daim qulluq və diqqət gözləyir.Onlardan nəinki bizim sağlamlığımız, hətta ailə büdcəsi də asılıdır.

Diş ağrıları müxtəlif ola bilər: yüngül ağrılardan tutmuş bütün çənə ətrafını əhatə edən ağrılara qədər.
Bəzi diş ağrılarının səbəbi dişin dibindəki infeksiyalar, damaq xəstəlikləri ola bilir. Dişiniz ağrıyan kimi, dərhal problem böyüməmiş stomotoloqa müraciət edin. Ancaq hərdən elə hallar olur ki, bunu vaxtında etmək mümkün olmur. Bu halda xalq təbabəti üsullarından istifadə sizin köməyinizə gələcək. 6 vasitə sizə diş ağrılarından qurtarmağa kömək edəcək.
1. Duz və istiot.

İstiotla qarışdırılmış duz diş ağrılarına qarşı yaxşı vasitədir. 50/50 –yə duz və istiot götürüb su ilə qatı kütlə alınana qədər qarışdırın. Həmin kütləni ağrıyan dişin üzərinə qoyub bir neçə dəqiqə saxlayın. Bunu bir neçə gün ərzində edin.

2. Sarımsaq.

Sarımsaq istifadə etməklə diş ağrısından yaxa qurtarmaq olar. Onun antibiotik və müalicəvi xüsusiyyətləri var, o həmçinin sizi incidən ağrılardan da yaxa qurtarmağa kömək edəcək.

3. Mixək.

Diş ağrısını və əsəbləri sakitləşdirmək üçün mixəkdən yaxşı vasitə yoxdur. Onun anti-iltihab, antibakterial və analjezik xassələri var ki, bu infeksiyaları öldürməyə kömək edir. İki hissə mixəyi xırdalayın. Bir qədər zeytun yağı və yaxud hər hansı bir bitki yağı ilə qarışdırıb ağrıyan dişin üzərinə qoyun. Mixəyi bitki yağı və su ilə də qarışdırıb ağızı qarqara etmək də mümkündür.

4. Soğan.

Soğan antiseptik və mikrobəleyhinə xüsusiyyətlərinə malikdir. Soğan xəstəlik törədən mikrobları məhv edərək ağrını azaldır. Diş ağrısı hiss etdikdə ağrını sakitləşdirməkdən ötrü bir neçə dəqiqə soğan çeynəmək məsləhətdir. Əgər onu çeynəyə bilmirsinizsə, onda soğanının bir hissəsini dişin üzərinə qoyun.

5. Buğda toxumlarının şirəsi.

Onun yaxşı antibakterial xassəsi olmaqla yanaşı diş çürümələrinə qarşı da effektli vasitədir. Toxumlardan alınmış şirədən ağızı qarqara da etmək olar. Bu vasitə damaqdakı toksinləri neytrallaşdırır və bakteriyaların artmasını azaldır.

6. Buz.

Bir parça buz götürün, onu polietilen torbaya qoyun, sonra nazik parçaya bükün. Ağrıyan dişin üzərinə qoyun. Bir neçə dəqiqə saxlayın. Ağrı azalacaq. Dişdə açıq sinir varsa bunu etmək olmaz, çünki soyuqla təmas daha şiddətli ağrı verə bilər.

Əgər bu vasitələrdən heç biri köməyinizə gəlmirsə dərhal həkimə müraciət edin. Bəzi diş xəstəlikləri intensiv müalicə tələb edir.

Zümrüd Cavadova

Sağlamlıq     Baxılıb: 24126   Tarix: 14 aprel 2015
f Paylaş

Oxşar xəbərlər

.

Kakos yağının - 5 UNİKAL FAYDASI

Kakos yağı xüsusilə son beş ildə populyarlıqda böyük artım müşahidə edən bitki mənşəli məhsullardan biridir. Həm supermarketlərdə, həm də kosmetika mağazalarında bankalarda kokos yağı tapmaq mümkündür. Bundan əlavə, qablaşdırıla

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Qızlarda aybaşı dayanır və ya gecikirsə... - Problem necə müalicə edilir?

Qızlarda aybaşı, adətən, 13 yaşında başlanır. Menstruasiya qızların əksəriyyətində cuzi ağrılarla keçir. Bu ağrıları aradan qaldırmaq üçün təbii vasitələrdə istifadə etmək olar – ot dəmləmələri (məsələn, çobanyastığı), garnı

.

Səhərlər acqarına 3 ədəd qoz yeməyin inanılmaz faydaları

Qoz beyinə faydaları ilə məşhur olsa da, başqa faydaları da var. Qozda A, E və B vitaminləri, həmçinin dəmir, sink, mis və maqnezium kimi minerallar mövcuddur. Acqarına qoz yeməyin faydaları bunlardır:. Enerji verir: Qozd

.

Bu 3 qadın xüsusiyyəti kişiləri uzaqlaşdırır

Bəzən kişi qadının malik ola biləcəyi keyfiyyətlərə heyran olur. Ancaq zaman keçdikcə bir çox xarakter ortaya çıxır ki, bunlar ayrılmağa aparan yolun başlanğıcı hesab edilir. Yəni bir növ kişilər qadınlardan soyuyur. . Kişilər

.

İsladılmış badamın FAYDALARI - qan təzyiqi, infarkt

Faydaları saymaqla bitməyən badamın təsirini çoxaltmaq və bir dərman deposu halına gətirmək üçün sadəcə suda gözlətmək lazım olduğunu bilirdiniz?. 1. İsladılmış badam E vitamini, maqnezium, kalsium, Omeqa 3 kimi vitamin v

turlar.az

yaz geyimleri 2026 qadin sayti geyim necə seçməli ayaqqabılar ev dizaynlari qonaq otagi kekslər xatire islamin sekilleri kosmetika maya maskasi baldiza aid haxisda toy gecesi big.az vətən həsrətinə aid bayatılar