Diş fırçalamamaqla infarktın əlaqəsi açıqlandı

Diş fırçalamamaqla infarktın əlaqəsi açıqlandıRusiyalı parodontoloq Səidə Əbdurəhmanova ağız boşluğunun pis gigiyenası və periodontitin infarkt riskini əhəmiyyətli dərəcədə artırdığını açıqlayıb.
Milli.Az bildirir ki, onun sözlərinə görə periodontiti olan xəstələrdə ürək-damar xəstəliklərinin inkişaf ehtimalı sağlam diş ətinə sahib insanlarla müqayisədə 34 faiz yüksəkdir.
Abdurahmanova izah edib ki, bu vəziyyət bir neçə amillə bağlıdır: patogen bakteriyaların damar divarına təsiri, iltihabi markerlərin yüksəlməsi və bakteriyaların qan dövranına daxil olması. Nəticədə bu, ürək və damarlar üçün ciddi təhlükə yaradır.
Parodontoloq əlavə edib ki, xroniki iltihab zamanla sistemli xarakter alır. Qanda yığılan iltihabi markerlər aterosklerozun inkişafına səbəb olur, damarları daraldır və qan dövranını pozur. Ürək damarları zədələndikdə isə bu birbaşa infarkta gətirib çıxara bilər.
"Bakteriyaların qan dövranına daxil olması yalnız stomatoloji prosedurlar zamanı deyil, adi diş fırçalama zamanı da baş verə bilər. Bu mikrob damarlar vasitəsilə aterosklerotik lövhələrə çataraq orada toplanır və tromb yaranmasına səbəb ola bilər. Mikroorqanizmlər damar divarına inteqrasiya edərək iltihab və immun reaksiyanı işə salır, damarların normal funksiyasını pozur və qan dövranını zəiflədir".
Abdurahmanova riskləri azaltmaq üçün gündə iki dəfə dişləri düzgün fırçalamaq, peşəkar diş təmizliyini altı ayda bir həyata keçirmək və stomatoloq tərəfindən tövsiyə olunan əlavə gigiyena vasitələrindən istifadə etməyi tövsiyə edib. O, qeyd edib ki, sadə gigiyena qaydalarına riayət etmək ürək sağlamlığı üçün həyati əhəmiyyət daşıyır.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1185   Tarix: 20 sentyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

turlar.az

maskalar toy gecesi geyim necə seçməli sifahi xalq ədəbiyyatı növləri sifahi xalq ədəbiyyatı roya ayxan qara noqteler ucun uz maskalari kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz gozellik mikayıl abdullayev haxista hakışdalar