Diş məcununuzu özünüz hazırlayın - Sarıkök, qabartma tozu..
Marketlərdə satılan diş məcunlarının tərkibində kimyəvi maddələrin olması xəbərləri sizi narahat edir?
Təlaşa düşməyin. Çünki diş məcununuzu evdə olan təbii vasitələrdən özünüz də hazırlaya bilərsiniz.
Diş təmizliyi sağlamlığımız üçün çok vacibdir. Burda diş firçası və diş məcununun seçimi də əhəmiyyətli rol oynayır.
Xanim.az medicina.az-a istinadən ev şəraitində təbii vasitələrdən diş məcunu hazırlamaq üsullarını təqdim edir:
Tələb olunan vasitələr:
1 çay qaşığı sarıkök tozu
1 xörək qaşığı qabartma tozu
Az miqdarda hind qozu yağı
Hazırlanması:
Sarıkök və qabartma tozunu bir qaba tökün və məcun qatlığına gələnə qədər hind qozu yağı əlavə edərək qarışdırın.
Beləliklə də məcun istifadəyə hazırdır!
Sarıkökdən hazırlanmış diş məcununun faydaları
Bu reseptin tərkibində olanlar dişlər üçün çox faydalıdır.
Sarıkök dişlərin ağardılmasında istifadə edilir. Bu zaman dişlər həm də parıldayır və üzərində ərp yığılmasının qarşısı alınır. Çünki sarıkök iltihab və mikrob əleyhinə xüsusiyyətə malikdir.
Hind qozu yağı dişləri və diş ətlərini güçləndirir, diş çürüməsinin qarşısını alır.
Məcunun tərkibində olan qabartma tozu isə dişləri ovaraq ərpdən və qida qalıqlarından təmizləyir.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir