Diş minasını zədələməmək üçün bunları edin

Diş minasını zədələməmək üçün bunları edinGündəlik ağız boşluğu gigiyenası çox vaxt uzun illərdən qalan yanlış vərdişlər üzərində qurulur. Mütəxəssislər bildirirlər ki, sadə dəyişikliklər diş minasını qorumağa, diş əti problemlərinin və kariyesin qarşısını almağa kömək edir. Hər gün milyonlarla insan dişlərini fırçalayarkən fərqinə varmadan mina qatını zədələyən və diş ətlərini zərər görməsinə səbəb olan səhvlərə yol verir. Yanlış fırçalama texnikası, uyğun olmayan vaxt seçimi və gigiyena qaydalarına laqeyd yanaşmaq sonradan stomatoloqa tez-tez müraciət etməyə səbəb ola bilər.
Milli.Az lent.az-a istinadən bildirir ki, ən çox edilən səhvlərdən biri qəhvə və ya səhər yeməyindən dərhal sonra dişləri fırçalamaqdır. Qidaların tərkibindəki turşular diş minasını müvəqqəti olaraq yumşaldır. Bu zaman dişləri güclü şəkildə fırçalamaq mina qatının aşınmasına səbəb ola bilər. Stomatoloqlar dişləri ya səhər yeməyindən əvvəl, ya da yeməkdən ən azı 30 dəqiqə sonra fırçalamağı tövsiyə edirlər.
Diş pastasından sonra ağzı su ilə yaxalamaq olmaz
Bir çox insan dişlərini fırçaladıqdan sonra ağzını bol su ilə yaxalayır. Halbuki bu zaman diş pastasının tərkibindəki flüor da yuyulub gedir. Flüorun diş səthində qalması diş minasını möhkəmləndirir və bakteriyalara qarşı qoruyucu təsir göstərir.
Doğru qayda belədir: artıq köpüyü tüpürün, lakin ən azı 15 dəqiqə ərzində ağzınızı su ilə yaxalamayın və heç nə yeməyin, içməyin.
Güclü təzyiq dişlərə zərər verir
Bəzi insanlar düşünür ki, dişləri nə qədər sərt və sürətlə fırçalasaq, bir o qədər yaxşı təmizlənəcək. Əslində isə bu üsul diş ətlərinin geri çəkilməsinə və dişlərin həssas hissələrinin açılmasına səbəb olur. Fırçanı diş səthinə təxminən 45 dərəcə bucaq altında tutmaq, kökdən kənara doğru yumşaq hərəkətlərlə və ya kiçik dairəvi hərəkətlərlə dişləri təmizləmək daha düzgündür.
Diş ipindən istifadə etməyi unutmayın
Adi diş fırçası diş səthinin təxminən 60 faizini təmizləyə bilir. Dişlərin arasındakı nahiyələrə çatmaq mümkün olmadığından hər gün diş ipindən (flosdan) istifadə etmək vacibdir. Dişlərin fırçalanması ən azı iki dəqiqə davam etməlidir. Prosedurun sonunda isə bakteriyaların ən çox toplandığı yerlərdən biri olan dili də mütləq təmizləmək lazımdır.
Diş fırçasını nə vaxt dəyişmək lazımdır?
Hətta ən keyfiyyətli diş fırçasının tükləri də zamanla köhnəlir və bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilir. Mütəxəssislər diş fırçasını və ya elektrikli diş fırçasının başlığını hər üç aydan bir dəyişməyi tövsiyə edirlər. Bundan əlavə, soyuqdəymə, qrip və ya angina keçirdikdən sonra da diş fırçasını yenisi ilə əvəz etmək lazımdır.
Tüpürcəyin rolu da çox vacibdir
Həkimlər tüpürcəyin ağız boşluğunun təbii müdafiə mexanizmi olduğunu xatırladırlar. Tüpürcək qida qalıqlarını təmizləyir və dişlərə zərər verən turşuları neytrallaşdırır. Ağız boşluğunun qurumaması üçün gün ərzində kifayət qədər təmiz su içmək və şirin qidaları tez-tez qəbul etməmək tövsiyə olunur.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 1172   Tarix: 11 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

.

Suşi sevənlərə pis xəbər: Şok edən nəticələr

Braziliyalı alimlər 53 ton balığı üzərində araşdırma aparıb və balıqlarda təxminən 1600 parazit qurdu aşkarlayıblar. -a istinadən bildirir ki, araşdırma zamanı parazitlərin bir qisminin məhz balığın əzələ toxumasında yerləşdiy

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin

Düzgün oturuş qaydası onurğanın təbii əyriliyini qoruyur və tez yorulmanın qarşısını alır. Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Elmi-Tədqiqat Travmatologiy

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

turlar.az

hamilelikde qidalanma sac duzumleri kosmetoloq morugun faydalari toy dəbi kişi psixologiyası testosteron nədir kosmetika seksi burclerin uyumu gozde olar bayatilar maya maskasi