Disbakterioz

DisbakteriozDisbakterioz - bağırsaq mikroorqanizmlərinin kəmiyyət və keyfiyyət dəyişiklikləri nəticəsində dispepsiya, bəzən ağır sepsis və septikopiemiya ilə özünü göstərən patoloji bir vəziyyətdir.
Ana bətnində uşağın mədə-bağırsaq traktı steril olur. Həyatının ilk saatlarından, doğuş yollarından, ətraf mühitdən, qida maddələri vasitəsilə yenidoğulmuşların bağırsaqlarına düşən bəzi aerob və anaerob mikroblar, müxtəlif kokklar, bağırsaq çöpləri və s. mədə-bağırsağın daimi sakinlərinə çevrilərək orqanozmin homeostazında vacıb funksiyalar yerinə yetirirlər. Nazik bağırsaqdan başlayaraq mədə - bağırsağın bütün mikrobioloji mənzərəsi getdikcə zənginləşir. Belə ki, nazik bağırsağın mikroflorası yoğun bağırsağın mikroflorasına nisbətən daha sadədir. Nazik bağırsaqda mikrobların tərkibi də fərqlidir. Yəni onikibarmaq bağırsaqda laktobakterilət, streptokokklar və başqa mikroblar, qalça bağırsaqda isə bağırsaq çöpləri və anaerob bakteriyalar toplanır.
Lakin mikrobların əsas fəaliyyət göstərdiyi yer yoğun bağırsaqdır. Yoğun bağırsaqda olan 400 növə qədər, əsasən də anaerob mikrobların ümumi kütləsi 1,5 kq təşkil edir.
Xəstənin qidalanmasından, həyat tərzindən, ətraf mühitin təsirlərindən asılı olaraq yoğun bağısqda az miqdar fermentləşməyə keçməyən qram mənfi çöplər, flavobakterilər də tapılır. Bağırsaqda olan mikroblar orqanizmdə zülalların, yağların, sulu karbohidratların, xolesterinin mübadiləsində böyük rol oynayırlar.
Bağırsaq mikroblarının mənzərəsində disbalans yarandıqda orqanizmdə aşağıdakı dəyişikliklər baş verir:
-mədə-bağırsaq pizğunluqları
-həzmin normal getməməsi
- allergik dəyişikliklər
- bağırsaq infeksiyası
Diaqnozun qoyulmasında nəcisin makroskopiyasının nəticələri əsas götürülür.
Müalicəsi xəstəliyin ağırlıq dərəcəsinə, mikrobların növünə uyğun olaraq aparılır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1202   Tarix: 22 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

geyim şəkilləri geyim və ayaqqabılar toy makiyajlari 2026 burcler yay paltarlari 2026 gəlinliklər bir yaşına qədər körpələrə qulluq kosmetika oglan evi qogal şəkərbura vətən haqqında atalar sözləri rus dili