Dişləri təmizləməyin ən təbii vasitəsi

Dişləri təmizləməyin ən təbii vasitəsiDişlərin arasına dolan yemək qalıqlarını təmizləmək üçün indi xüsusi vasitələr var. Çırtlanmış tum qabığını xatırladan dişqurtladan meyvələrinin çəyirdəyi bəlkə də bu sahədə ən təbii vasitədir. Ehtimal ki, bitkinin adının yaranmasında da bu amil əsas rol oynayıb. Əks halda, nə bitkinin boy-buxunu, nə də ağappaq çiçəkləri ilə adı arasında heç bir əlaqə tapmaq mümkün olmazdı. Dişqurtladanın ağappaq çiçəklərinin başçatladan xoşagəlməz qoxusu olur və bu kəsif qoxu hər kəsi ondan aralı gəzməyə vadar edir.
Milli.Az Axar.az-a istinadən xəbər verir ki, dişqurtladanın əsas maddəsi kellin spazmolitik təsirə malikdir. O damarların, bağırsağın, sidik və öd kisəsinin divarlarının tonusunu azaldır, bronxları və ürəyin vena damarlarını genişləndirir. Bitki dərinin ultrabənövşəyi şüalara qarşı həssaslığını artırır.
Dişqurtladan tibdə spazmolitik təsir göstərən vasitə kimi ürəyin stenokardiya xəstəliyində, göyöskürək, bronxial astma, mədə və bağırsaq spazmalarında, həmçinin ürək arteriyalarını genişləndirən vasitə kimi aterosklerotik kardioskleroz və xroniki ürək çatışmazlığında istifadə edilir. Onun meyvəsindən alınan preparat həb formasında buraxılır. Nitroqliserinə oxşar təsir göstərir, lakin ondan fərqli olaraq stenokardiyanın ağrılı tutmalarını aradan qaldırmır, tez təsir etmir, lakin xroniki ürək çatışmazlığında kellinin müalicəvi təsiri uzun müddət davam edir.
Onu da qeyd edək ki, kellini uzun müddət istifadə edildikdə və ya dozası çox olduqda ürəkbulanma, qusma, ümumi əhval-ruhiyyənin pozulması, dəridə allergik səpgilərin əmələ gəlməsi kimi mənfi hallar baş verə bilər. Qan dövranı pozğunluğunda kellindən istifadə etmək olmaz.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1268   Tarix: 04 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

turlar.az

sade makiyaj sekilleri qadin dunyasi geyim dəbləri dunyanin en seksual qadinlari günel facebook bəxtiyar vahabzadə ana şeiri xalq mahnilari sozleri kosmetika sağlamlıq yemek reseptleri bayatilar bayatılarımızda vətən həsrəti səməd vurğun