Dişlərlərdəki ərplərin yaranma səbəbləri

Dişlərlərdəki ərplərin yaranma səbəbləriDişlərin üzərində ərpin yığılması normal fizioloji haldır.

Ərp insanın dişlərində körpəlik vaxtında əmələ gəlməyə başlayır və qocalığa kimi davam edir. Ərp mikroskopik qida qalıqlarından, ölmüş hüceyrələrdən, müxtəlif bakteriyalardan və s. ibarətdir. Ərplə mübarizə aparmaq üçün ağız boşluğunun gigiyenasına daim nəzarət etmək və vaxtaşırı olaraq stomatoloqun müayinəsindən keçmək lazımdır.

Diş ərpi çoxaldıqda bərkiyib diş daşına çevrilir. Bu problemi yalnız stomatoloq həll edə bilər. Diş daşı dişlərin gözəlliyi və ən əsası sağlamlığı üçün çox ziyanlıdır. Diş daşı ağız boşluğu iltihablarına və kariesin inkişafına səbəb olur.

Dişlərin üzərində yığılan ərp əsasən ağ rəngdə olur. Bu ərpi biz hər səhər yuxudan oyandıqdan sonra dişlərimizin üzərində görürük. Bu əpr dişlərimiz üçün təhlükə yaratmır, xüsusi müalicə tələb etmir və adi diş yuyulması zamanı yox olur.

Lakin bəzən müxtəlif səbəblərə görə diş ərp qəhvəyi, yaşıl və hətta qara rəng alır. Bu ciddi simptomdur. Bəzən belə ərpin əmələ gəlməsi xəstəliklərin əlaməti ola bilər. "Rəngli" ərp kariesin inkişafına səbəb ola bilər.

Beləliklə, "rəngli" ərpin əmələ gəlməsinin səbəbləri nədədir?

- Sarı ərp
Dişlərlərdəki ərplərin yaranma səbəbləriBu çox yayılmış problemdir. Bunun əsas səbəbi gigiyena qaydalarının pozulmasıdır. Həmçinin ağız suyunun bəzi xüsusiyyətləri (az olması, turşuluğunun azalması), insanın qidalanmasında əsasən yumuşaq qidaların olması (bərk qidalar - çiy meyvə, tərəvəz və s.ərpi mexaniki olaraq təmizləyir), bəzi daxili orqanların xəstəlikləri, bəzi dərman preparatlarının qəbulu, siqaret çəkmək və s. dişlərin üzərində sarı ərpin əmələ gəlməsinə səbəb olur.
Belə ərplə mübarizə aparmaq üçün insan hər qida qəbulundan sonra dişlərini diş şotkası və diş məcunu ilə 5 dəqiqə ərzində düzgün təmizləməli, diş sapından və xüsusi ağız boşluğu yaxalayıcılardan istifadə etməlidir. Bu mümkün olmadığı halda dişləri ən azı gündə 2 dəfə (səhər və axşam) təmizləmək, günorta vaxtı xüsusi diş yaxalayıcılardan istifadə etmək lazımdır.

- Qəhvəyi ərp
Dişlərlərdəki ərplərin yaranma səbəbləriBelə ərp əsasən böyüklərdə müşahidə edilir. Bunun səbəbi siqaret çəkmək, tez-tez tünd çay, qəhvə içmək kimi vərdişlər və ağız boşluğunun natamam gigiyenasıdır. Belə ərpi ev şəraitində təmizləmək olduqca çətindir. Belə ərpi yalnız stomatoloq yox edə bilər.

- Qara ərp
Dişlərlərdəki ərplərin yaranma səbəbləriBelə ərp əsasən uşaqlarda təsadüf edilir. Bunun mümkün olan səbəbləri arasında: həzm proseslərin pozulmaları, disbakterioz, qurdlar, ağız boşluğunun göbələk xəstəliyi, bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu (dəmir preparatları, antibiotiklər və s.). Belə ərpi adi üsullarla təmizləmək mümkün deyil. Uşaq müayinə olunmalı və bu pozulmaya səbəb olan amil aradan qaldırılmalıdır.
Ümumillikdə uşaqlarda dişlərin üzərində ərpin əmələ gəlməsi daxili orqanların xəstəlikləri ilə bağlı ola bilər. Bu səbəbdən bu simptoma qarşı daha diqqətli olmaq və vaxtında həkimə müraciət etmək lazımdır.
Yeniyetmələrdə dişlərin üzərində qara ərpin əmələ gəlməsinin səbəbi onların orqanizmində hormonal fonun dəyişilməsi ilə bağlı ola bilər.
Böyüklərdə ağız boşluğunda mis "koronkaların" olması, bəzi dərman preparatlarının (xüsusilə antibiotiklərin) uzun müddət ərzində qəbulu, ziyanlı maddələrlə bağlı olan iş, mübadilə proseslərin pozulmaları, endokrin sistemi xəstəlikləri və s. qara ərpin əmələ gəlməsinə səbəb ola bilər.

- Yaşıl ərp

Yaşıl ərp əsasən uşaq və yeniyetmələrdə olur. Onun səbəbi ağız boşluğunda xüsusi göbələklərin olmasıdır. Bu göbələklər xüsusi yaşıl piqment ifraz edir ki, dişlər yaşıl rəng alır. Belə ərpi stomatoloq təmizləyə bilər. Digər tərəfdən uşaq pediatrın müayinəsindən keçməli və lazım olan müalicə almalıdır.

- Narıncı ərp

Əsasən uşaqlarda olur. Bunun səbəbi bakteriyalardır. Bu halda stomatoloqa və pediatra müraciət etmək lazımdır./saglamolun.az/

Sağlamlıq     Baxılıb: 3998   Tarix: 02 oktyabr 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR - TÖVSİYƏ

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Diyetoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dəri üçün faydalı olan çoxl

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Xanımlar yayda dərilərini necə gözəl saxlaya bilər? - MƏSLƏHƏTLƏR

Yay mövsümü isti və günəşli keçdiyi üçün dəri səthlərində problemlər yaranır. Əsasən də qışda dərisini gözəlləşdirən xanımların yayda dəriləri eroziya uğrayır və baxımsızlaşır. Sağlamolun.az bu dəfə dərini gözəlləşdirən v

.

Giləmeyvə çaylarının faydaları nələrdir?

Sağlamlığımız üçün bitki çayları qədər giləmeyvə çayları da çox faydalıdır. Sağlamolun.az orqanizmimizə faydalı olan bitki, çiçək və giləmeyvə çaylarını təqdim edir:. Şüyüd - Həzm çayıdır. Həzmi yaxşılaşdırır. Şişkinliy

.

Siqareti tərgitməyə kömək edən bitki

Siqaret cəkməyə insanı sovq edən nikotindir. Nikotin insanı siqaretdən asılı eden kimyəvi maddədir. Məhz bu asılılığa görə siqareti tərgitmək bir çox hallarda çox çətin olur. Bəzi bitkilər bu işdə kömək edə bilər. Belə bitkilərdə

.

İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!

Əgər həqiqətən də 1 həftəyə 5 kq arıqlamaq istəyirsinizsə, əmin olun ki, bu sizdə alınacaq. Amma bir şərtlə ki, sizə təqdim etdiyimiz bu möcüzəli dietaya əməl edəsiniz. Bunu əsas sirri odur ki, 7 gün ərzində siz qida qəbu

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

turlar.az

sade makiyaj sekilleri qadın geyimi geyim və ayaqqabılar edebi janrlar paltar olmaq analiq məktəbi daban agrilari kosmetika tut ağacı tutdudu hakista sozler baldiza aid hakisda rus dilini öyrənək 2 ci dərs veten haqqinda atalar sozu