Divana yıxaraq əynindəki paltarları zorla soyundurdu - Goranboy sakininin Moskva CİNAYƏTİ

Divana yıxaraq əynindəki paltarları zorla soyundurdu - Goranboy sakininin Moskva CİNAYƏTİRus qadınına təcavüz etməkdə və soyğunçuluqda təqsirli bilinən Goranboy rayon sakini, 1986-cı il təvəllüdlü Şahmar Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BAKU.WS xəbər verir ki, Şahmar Zeynalov 27 mart 2006-cı il tarixdə, saat 23 radələrində Rusiya Federasiyası, Yamalo-Nenets Muxtar Dairəsinin Labıtnangi şəhərində sərxoş vəziyyətdə olarkən tanışı, 1988-ci il təvəllüdlü Viktor Spiridonovun "Motorola C380" markalı mobil telefonunu zəng etmək bəhanəsi ilə istəyib. Bu zaman Viktor ona mobil telefonunu verməyib.

Viktora qarşı soyğunçuluq

Bundan sonra Şahmar Zeynalov Viktoru qorxudaraq üst-başını axtarıb, cibindən 50 rubl pulu, sonra isə "Motorola C380" markalı mobil telefonunu götürüb.
Bundan başqa, Şahmar Zeynalov həmin il mayın 21-də 1981-ci il təvəllüdlü Vlasov Sergey İqoreviç və onunla qeyri-rəsmi nikah münasibətində olan 1975-ci il təvəllüdlü Yelena Yuryevna Qaynbixnerlə birlikdə Rusiya Federasiyası, Yamalo-Nenets Muxtar Dairəsinin Labıtnangi şəhəri, Qaqarin küçəsində, "Yava" mağazasının yanında yerləşən "Kaxeti" kafesində yeyib-içiblər.

Saat 23 radələrində onlar birlikdə Yelena Qaynbixnerin Labıtnangi şəhəri, Şkolnaya küçəsi, ev 13, mənzil 9 ünvanında yerləşən mənzilinə gəliblər. Bir neçə dəqiqədən sonra Şahmar Zeynalov Sergey Vlasovla birlikdə pivə içmək məqsədilə yenidən evdən küçəyə çıxıb.

O, Sergey Vlasovla birlikdə bir qədər gəzib. Sonra Şahmar Zeynalov Sergeydən ayrılaraq Yelenanın olduğu evə gəlib. Şahmar Zeynalov Sergey Vlasovun evdə olmamasından istifadə edib və Yelena Yuryevna Qaynbixnerin mənzilinin qapısını döyüb. Yelena qapını açsa da, ona evə daxil olmasına etiraz edib. Buna baxmayaraq, Şahmar Zeynalov Yelena Qaynbixneri kənara itələməklə və zorla mənzilə daxil olub.

Bundan sonra Şahmar Zeynalov sərxoş vəziyyətdə Yelena Yuryevna Qaynbixneri qonaq otağında olan divanın üzərinə yıxıb, qollarından tutub, əynindəki paltarları zorla soyundurub. O, Yelenanın yalvarışlarına məhəl qoymayıb. Vəziyyətin belə yarandığını görən Yelena ona müqavimət göstərib.

Zorlama

Şahmar Zeynalov onun müqavimətini sındırmaq qərarına gəlib. O, Yelenanın üzünə bir neçə sillə vurduqdan sonra onunla cinsi əlaqədə olub. Bu cinayəti törədəndən sonra Şahmar Zeynalov Rusiyanı tərk edib və Azərbaycana gəlib. Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları Şahmar Zeynalovun barəsində axtarış elan edib. Keçirilən əməliyyat nəticəsində Şahmar Zeynalov yaşadığı Goranboy rayonunun Dəliməmmədli şəhərində həbs edilib.

Şahmar Zeynalov Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma), 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) və 180.1-ci (soyğunçuluq) maddələri ilə ittiham edilib.

Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Şahmar Zeynalov 4 il 9 ay 20 gün müddətinə azadlıqdan məhrum edilib.

Xəbərlər     Baxılıb: 2605   Tarix: 16 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

hamiləlik donlar 2026 geyim dəbləri paxlava reseptləri gəlinliklər 2026 donları sac uzadan maskalar kosmetika dovsan eqreb seksual bedii edebiyyat prostat