Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladıŞirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, rusiyalı diyetoloq, tibb elmləri namizədi Yelena Solomatina bu barədə "Radio 1"ə danışıb.
"Zefirin tərkibində əsas yeri şəkər və patoka tutur, buna görə də bu məhsul kifayət qədər şirindir. Lakin onun tərkibində aqar-aqar, jelatin və pektin kimi qatılaşdırıcılar da var. Məsələn, jelatin kollagen mənbəyidir və dəri, dırnaq və oynaqlar üçün əhəmiyyət daşıyır. Aqar-aqar isə liflə zəngindir. Pektin də bağırsaqların fəaliyyətinə müsbət təsir göstərə bilən qida lifidir. Bundan əlavə, zefirin tərkibində alma püresi olmalıdır", - deyə mütəxəssis bildirib.
Diyetoloqun sözlərinə görə, zefir yaxşı çalındığı üçün tərkibində çoxlu hava olur və bu səbəbdən məhsul daha həcmli görünür.
"Kalorilərin miqdarını azaltmaq istəyənlər üçün digər şirniyyatlarla müqayisədə zefir daha münasib seçim ola bilər. Konfet, tort və pirojnalarla müqayisədə onun kalorisi daha azdır. Buna görə də gündə bir ədəd zefirlə məhdudlaşmaq problem yaratmamalıdır", - deyə Solomatina qeyd edib.
Onun sözlərinə görə, qanda qlükoza səviyyəsinin yüksəlməsinə meyilli olanlara, diabet xəstələrinə və artıq çəkisi olan şəxslərə zefir tövsiyə edilmir.
"Lakin gün ərzində qəbul edilən ümumi kalorini nəzərə almaq lazımdır. Zefiri evdə də hazırlamaq, şəkər miqdarını azaltmaq və ya şəkər əvəzedicilərindən istifadə etmək mümkündür. Zefir, pastila və marmelad şirin bulkalar və bəzi digər şirniyyatlarla müqayisədə alternativ ola bilər", - deyə diyetoloq əlavə edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Xəbərlər     Baxılıb: 1199   Tarix: 22 avqust 2026
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

ABŞ-də yumurtada salmonella epidemiyası tapıldı

ABŞ-nin Kaliforniya ştatının İctimai Səhiyyə Departamenti istehlakçıları 23 nəfərin xəstələnməsinə səbəb olan salmonella (əsasən çirkli və ya yaxşı bişməmiş qida vasitəsilə keçən, ishal və qızdırma ilə özünü göstərən bakteria

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

aksessuarlar yemek reseptleri makiyaj instagram praktiki məsləhətlər gənc qalmağın sirləri haxışta sözləri qadindunyasi.az kosmetika oxu az novruza aid hakışda veten haqqinda atalar sozu tapmacalar sekisler