Diz ağrıları zamanı faydalı olan 5 İDMAN HƏRƏKƏTİ

Diz ağrıları zamanı faydalı olan 5 İDMAN HƏRƏKƏTİDiz ağrılarının qarşısının alınmasında artıq çəkidən azad olmaq və diz oynağını stabilləşdirən idman hərəkətləri etmək vacibdir. Bununla diz oynağını ani zədələnmədən və yaşlanma ilə bağlı proseslərdən qorumaq mümkün olmasa da, oynaqlara düşən yükü azaltmaq və zədələnməyə davamlılığı artırmaq mümkündür.
Milli.Az aztibb.az-a istinadən bildirir ki, həkim-fizioterapevt Səidə Kərimova bu barədə məlumat verib.
Həkimin sözlərinə görə, diz ağrılarının reabilitasiya dövründə faydalı idman hərəkətləri icra olunur. Ümumi qaydaları nəzərə alsaq, görərik ki, yaşlandıqca dizin strukturları və xüsusən menisk zədələnməyə daha meyilli olur. Buna görə tam bükülmə və ani kritik hərəkətlərdən özünüzü qormaq lazımdır. Hər hansı idman hərəkətləri zamanı ağrı hiss etdikdə, onu dayandırmaq lazımdır.
Diz üçün idman hərəkətləri:
1. Ayağınızı düz qoyun. Dizin altına dəsmal qoyun. Bud əzələnizi çarpayıya doğru sıxın. 6 saniyə saxlamaqla 10 saniyə fasilə etməklə gün ərzində 10 dəfə təkrarlayın.
2. Düz uzanın. Sağlam dizinizi bükün. O biri ayağı düz halda 30 sm hündürlüyə  qaldırın və 5 saniyə saxlayın. 10 dəfə təkrar edin. Bel ağrıları varsa, bu hərəkəti etməyin.
3.  Hər iki ayağınızı bükün. Diziniz 90 dərəcə bükülmüş vəziyyətdə, dabanlarınızı yerdə, çanağınızı qaldırırsınız və 5 saniyə saxlayıb endirirsiniz.10 dəfə təkrarlayın.
4.  Üzü üstə uzanın. Ayağınızı yerdən qaldırın, 5 saniyə saxlayın və endirin. 10 dəfə təkrarlayın.
5.  Bu hərəkət ayaqüstə icra olunur. Ayaqlarınız çiyinləriniz ilə paralel bir qədər aralı vəziyyətdə dayanırsınız. Əllərinizi dəstək üçün stola qoya bilərsiniz. Dizlərinizi bir qədər bükün və bir az aşağı gedin (15 sm), ayaqlarınız (pəncə) tam yerdə olmalıdır. Tələsmədən əvvəlki düz vəziyyətə qayıdırsınız.10 dəfə təkrarlayın.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1414   Tarix: 15 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

Alimlər xərçəngi xəstəliyinin müdafiəsi üsulunu kəşf ediblər

Mayami Universitetinin Silvester Kompleks Onkoloji Mərkəzinin alimləri IL1RAP reseptorunu bloklamaqla mədəaltı vəzi şişinin mikro mühitini dəyişdirməyin üsulunu kəşf ediblər. report-a istinadən xəbər verir ki, tədqiqatı

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir

"Hamiləlik hərəkətsizlik və daimi yataq rejimi demək deyil. Əgər cift gəlişi anomaliyaları, vaxtından əvvəl doğuş təhlükəsi və ya ağır preeklampsiya kimi tibbi əks-göstərişlər yoxdursa, müntəzəm fiziki aktivlik tövsiy

turlar.az

sac duzumleri geyim şəkilləri maskalar cinsi elaqe cennet almasi üz və bədənə qulluq qaragatin faydasi kosmetika qizlar qardasa aid haxistalar masqalar turpun nağlı irem derici