Dizin ağrıyırsa, bir yox, yeddi səbəbi var - Nə etməli?

Dizin ağrıyırsa, bir yox, yeddi səbəbi var - Nə etməli?Diz insan bədənində 2 cüt olan ən iri oynaqlardan biridir. Daim yük, ağırlıq altındadır və ayaqlarda ən uzun sümükləri birləşdirir.
Dizlərdə baş verən ən xırda dəyişiklik, zədə, iltihab insanı ağrı ilə baş-başa qoyur və gəzməsinə əngəl yaradır.
Diz elə oynaqdır ki, idman, qaçmaq, ağırlıq qaldırma və digər hərəkətlər ona faydalı yox, hətta zərərli olur.
Milli.Az diz oynaqlarında baş verən patologiyaların səbəblərini təqdim edir:
-Piylənmə, artıq çəki
-Autoimmun xəstəliklər, revmatoid artrit
-Sümüklərdə problem, osteoporoz, kövrəkləşmə
-Meniskin zədələnməsi, yırtığı
-Vətər və bağların zədələnməsi
-Travma,zədə-hətta köhnə travmaların da izi qala bilir
-İdman zalında diqqətsiz davranış, özbaşına idmanla məşğul olmaq
-Meniksin - hamar qığırdağın dağılması - bu zaman kəskin ağrı, dizləri qatlayanda səs, şaqqıltı, sanki dizin içində nəsə olması hissi, oynaq ətrafının şişməsi əlamətləri olur
-Eləcə də dizlərdə bağların, vətərlərin dartılması, qırılması, oynağın yerindən tərpəməsi, çıxıqlar ağrılara səbəb olur
Dizdə az, kiçik bir dəyişiklik, ağrı gözardına vurulmamalı, özü keçər deyə düşünülməməlidir. Çünki gələcəkdə vəziyyət ağırlaşıb, artroza kimi çata bilər.
Yeniyetmələrdə 10-16 yaş ərəfəsində diz qapağı və oynağının zədələnməsi Osquda-Şlyatter xəstəliyinə çevrilir. Müalicə effekt vermədikdə, əməliyyat lazım gəlir.
İltihab diz oynağını sıradan çıxarır
Diz ağrılarına ikinci səbəb iltihabdır: artrit, artroz, bursit, sinovit və s.
Əgər bir dizdə iltihab ağrı varsa, deməli bu travma nəticəsindədir. Hətta köhnə zədə də özünü göstərir. Yox əgər hər iki diz eyni zamanda ağrıyırsa, deməli, orqanizmdə patoloji proses gedir. Məsələn, autoimmun xəstəliklər, revmatoid artrit. Revmatoid artritə səbəb infeksiyalardır.
Bursit - onurğa kisəsinin iltihabıdır, dizdə beyker kisti adlanın şiş kimi özünü göstərir
Sinovit - endokrin xəstəliklər, allergiya, infeksiya nəticəsində sinovial qatın iltihabıdır.
Periartrit - diz bağlarının iltihabıdır. İş görəndə, çox gəzəndə, nəsə qaldıranda diz ağrıyır.
Osteomielit - sümüklərin iltihabıdır.
Qonartroz - deformasiya olunmuş artrozdur, oynağın qığırdağının degenerasiyası. Əgər vaxtında aşkarlanıb, müalicə olunmasa oynaq protezlənməsi əməliyyatı aparılmalıdır.
Osteoporoz - sümüklərin sıxlığının azalması, yaşlanma ilə bağlı sümük əriməsi.
İnfeksiyalar - sümük vərəmi, dizenteriya, xlamidioz
Lipoartrit - oynaqda piy toxumasının yaranması
Bütün bu xəstəliklər kəskin, xroniki ola bilər, zamanla kəskinləşir, zamanla sakitləşə bilər.
Elə bu remissiya, qısa müddət sakitləşmə xəstələri çaşdırır, onlar hesab edir ki, sağalıblar, daha müayinə, müalicəyə ehtiyac yoxdur. Elə bu da xəstəliklərin uzanmasına, kəskinləşməsinə səbəb olur. Dizlə bağlı xəstəliklərdə vanna, sarğı, kompress, maz və s. özbaşına etmək olmaz. Nə qədər ki, dizlərdə hərəkətlilik var, vaxtında düzgün diaqnoz qoyulub, müalicə olunmalısız.
Eləcə də onurğa və çanaq sistemində də xəstəliklər dizlərə ağrı verə bilər.
Diz ağrısında profilaktika
Diz oynaqlarına yükün az düşməsini təmin etmək
Müxtəlif deformasiyalar zamanı xüsusi elastik bant, sarğı, diz üçün korsetlər istifadə etmək
Kəskin ağrılarda uzanaraq dizi elə qaldırmaq ki, ürək səviyyəsindən yuxarıda olsun.
Əgər dizlərinizdə uzun müddət keçməyən, sakitləşib sonra yenidən başlayan ağrılarınız varsa, yerişiniz dəyişibsə, axsayırsızsa, diz oynağından səs gəlirsə, dizdə şişkinlik, yumşaq ödem varsa, vaxt gözləmədən peşəkar travmatoloq ortoped, nevroloq və ağrı mütəxəssisinə müraciət edin. /medicina.az
Milli.Az

Xəbərlər     Baxılıb: 1121   Tarix: 04 dekabr 2023
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

yay kolleksiyasi toy makiyaji sekilleri makiyaj etmek qaydalari meyvələrin faydası 2026 yaz geyimleri veten haqqinda bayatilar asan ariqlamagin yollari kosmetika sekisler anabaci vətənə aid bayatılar hakistalar kley lekesi