Dodağın xərçəng xəstəliyi

Dodağın xərçəng xəstəliyiDodağın xərçəng xəstəliyi bədxassəli xərçəng xəstəliklərinə aiddir. Dodağın xərçəng xəstəliyi üst və alt dodaqların epitel toxumasından inkişaf edir. Xəstəlik bədxassəli şiş xəstəliklərinin siyahısında 8-ci yerdə durur. Qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir.
İnsanlarda dodaq çatlamaları və yaralarına tez-tez rast gəlinir. Amma əgər yaralar 3-4 həftə boyunca sağalmazsa, bu xərçəng olma ehtimalını artırır. Bu zaman mütləq həkimə müraciət etmək lazımdır.
Dodaq xərçənginin əlamətləri nələrdir?
* dodaqlarda sağalmayan yaraların və ya yumruların olması
* dodaqlarda sağalmayan ağ və ya qırmızı çökəklərin olması
* yarada qanama və qabıqlama, dodaqda hissiyatın olmaması
* dodaqlarda baş verən ağrılar
* yemək yeyərkən və çeynəyərkən çətinlik çəkmə
* boyunda limfaların şişməsi.
Dodaq xərçənginin kişilərdə qadınlara nisbətən 10 dəfə çox olması onun əmələgəlmə səbəbinin dodağa hopmuş nikotinlə əlaqəsi olmasını sübut edir. Xəstəliyin əmələ gəlmə səbəbləri arasında siqaret və spirtli içki qəbulu birinci yerdə durur. Bundan başqa xəstəliyin əmələ gəlməsində aşağıdakı faktorların da rolu olduğu düşünülür:
- günəş radiasiyaları
- havada baş verən dəyişikliklər
- zəhərli maddələrin dodaqla təmasda olması (mişyak, vismut, neft tullantıları)
- düzgün olmayan protez
- kəskin uclu dişlər
- dodaq dişləmələri.
Xəstəliyin ilkin zamanlarında xəstə, dodaqlarında və dodaqların dibində əmələ gələn yaralardan şikayət edir. Bir müddət sonra yaraların sağalmadığını və bəzi patoloji proseslərin meydana çıxdığını görən xəstələr həkimə getməyə məcbur olurlar.
Xəstəliyə diaqnozun qoyulması çətinlik törətmir.
Xəstəliyin müalicəsi şiş toxumasının ölçüsündən, patologiyanın dərəcəsindən, metastazların olub olmamasından asılıdır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1140   Tarix: 03 noyabr 2022
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

qis geyimləri 2026 gozel gorunmek sac duzumleri burcler kisiler xiyar tursusu ziyafət dəbi ud hindi faydalari kosmetika vətənə aid bayatılar sanama gulmeli hakista sağlamlığa aid atalar sözləri qizliq perdesi