Doğulduğunuz ayların xarakterinizə təsiri

Doğulduğunuz ayların xarakterinizə təsiriDoğulduğumuz aylar xarakterimizə bürclərdən çox təsir edirmiş. Astrologiyadan fərqli olaraq, bunun elmi təsdiqi də var.

Yanvarda doğulanlar

Onlar kifayət qədər yaraşıqlıdırlar. Bəzənməyi sevirlər. Tez darıxırlar. Şıltaqdırlar. Təsadüfi hallarda duyğularını güclü şəkildə göstərməyi sevirlər. Əgər depressiyaya düşüblərsə, başqalarına nisbətən, özlərini toplamaq üçün çox vaxt lazım olur. Həssasdırlar. Ayaq üstə möhkəm dayanırlar. İnadkardırlar.

Fevralda doğulanlar
Diqqətləri asanlıqla yayınır, və "göylərdə uçurlar". Hər şeyi başa düşməyə çalışırlar, intelektual və biliklidirlər. Tez-tez öz fikirlərini dəyişirlər. Cəlbedicidirlər. Başqalarına nisbətən daha çox seksualdırlar. Temperamentlidirlər. Sakit, utancaq və təvazökardırlar. Səmimi və sadiqdirlər. Qətiyyətlidirlər və həmişə qarşılarına yeni məqsədlər qoyurlar. Azadlığı sevirlər.
Əgər onları qəzəbləndirsəniz, öz qiyamçı xarakterlərini göstərə bilərlər. Tez-tez aqressiv olurlar. Həssasdırlar. Onları asanlıqla incitmək olur. Hər xırda səsbəbdən inciyə bilirlər, amma bunu hər zaman biruzə vermirlər.
Lazımsız şeyləri sevmirlər. Dostlarını sevsələr də, bunu onlara çox az hallarda bildirirlər. Kobud və inadkardırlar. Ambisiyalıdırlar. Xəyalpərəstdirlər. İstirahət etməyi və əylənməyi sevirlər və bunu yaxşı bacarırlar. Daxilən romantik olsalar da, amma elə təsir bağışlamırlar. Mövhumatçıdırlar. Onları bədxərc adlandırırlar, çünki pul yığmağı bacarmırlar.

Martda doğulanlar

Onlar cazibədardırlar.Seksual, sakit və utancaqdırlar. Qapalı insanlardırlar. Təbiətən vicdanlı, xeyirxah və səxavətlidirlər. Sakitliyi və asayişi sevirlər. Həssasdırlar. Əla öpüşürlər.
Əsəbidirlər, etibarlıdırlar və yaxşılığı qiymətləndirməyi bacarırlar. Öz hisslərini gizlətməyə üstünlük verirlər, nimayiş etdirmirlər. Alkoqola meyllidirlər. Hər şeyə fikir verəndirlər və daima başqalarını hərəkətlərinə qiymət qoyurlar.

Apreldə doğulanlar

Yaxşı yumor hissinə malikdirlər. Çox söhbətcildirlər. Sakitdirlər və heç zaman çətin vəziyyətlərdə başlarını itirmirlər. Mərhəmətli və xeyirxahdırlar.
Dünyadakı bütün hadisələrdən təsirlənir, narahat olurlar. Komandada işləmək bacarıqları var. Özlərinə əmindirlər. Optimistdirlər. Əliaçıqdırlar. Yeni məlumatlar axtarıb, tapmağı sevirlər. Biliklərə yiyələnməyə çalışırlar.
Özlərinə və başqalarına motivasiya verməyi bacarırlar. Ətrafdakılara xoşbəxtlik və pozitiv enerji aşılayırlar.
Hiperaktividirlər. İdman, musiqi və əyləncələri sevirlər. "Qaynar" insanlardır, amma ağıllarını itirmirlər.

Mayda doğulanlar

İnadkar və sərtdirlər. İradəli və qətiyyətlidirlər. Motivasiya ilə bağlı problemləri olmur. Dilləri kəskindir. Tez hirslənəndirlər. Özlərinə baxandırlar, diqqət mərkəzində olmağı sevirlər.
Sevməyi bacarırlar. Daxilən və xarici görnüşcə yaraşıqlıdırlar. Əks cinslə münasibətdə utancaqdırlar. Kefləri olmayanda, onları sakitləşdirmək çox asandır.
Xəyalpərəstdirlər. Aydın və ayıq düşüncəyə malikdirlər. İnsanları, hadisələri başqalarına nisbətən yaxşı anlayırlar. Yaxşı məsləhətçidirlər. Yaxşı təxəyyülə malikdirlər. Fiziki cəhətdən yaxşı inkişaf edirlər, amma tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkə bilərlər.
Ədəbiyyat və incəsənəti, səyahət etməyi, ictimai yerlərdə vaxt keçirməyi sevirlər.
Tez narahat olandırlar. Adətən, az uşaqları olur və ya heç uşaq istəmirlər. Zəhmətsevərdirlər. Sirr saxlamağı bacarırlar.

İyunda doğulanlar

Yaxşı xarakterə malikdirlər. Həyatdan zövq alırlar. Ünsiyyət qurmağı və yeni dostlar tapmağı sevirlər. Cəzbedici tərəf-müqabili tapırlar. Gözəllikləri ilə seçilirlər. Adətən, siyasətçi, aktyor və digər "ümumi" peşələrin təmsilçiləri olurlar. Film və ədəbiyyatdan yaxşı başları çıxır.
"Ən yaxşısı və yaxud heç olmasın" prinsipi ilə yaşayırlar. Adətən, istədiklərini əldə edirlər. Əldə etdiklərinə zəhmət və inadkarlığın nəticəsində deyil, xarizma və cazibədarlığın hesabına nail olurlar. Asan yaşayırlar və gələcək haqda az plan qururlar.

İyulda doğulanlar

Şən xarakterə malikdirlər və istənilən kompaniyanın ürəyi hesab olunurlar. Buna baxmayaraq, kifayət qədər qapalı xarakterə malikdirlər. Hərdən onları başa düşmək olmur. Adətən özlərini sakit aparırlar. Amma həyancanlı olanda və çox əsəbləşəndə sakitlikdən əsər-əlamət qalmır. Özlərini qiymətləndirməyi bacarırlar. Özləri ilə fəxr edirlər.
Əla nifuza malikdirlər. Tez sakitləşirlər. Təmiz insanlardır. Başqalarının hissləri onları həqiqətən maraqlandırır. Nəzakətlidirlər. Mehribandırlar. Kifayət qədər emosional xarakterə malikdirlər.
Onların qəlbini qırmaq asandır. Hazırcavabdırlar. Kinli deyillər, bağışlamağı bacarırlar, amma keçmiş inciklikləri unutmurlar.
Mənasız, lazımsız şeyləri və hərəkətləri sevmirlər. Həmişə öz fikir və hərəkətlərinin başqalarına necə təsir etdiyini düşünürlər. Qayğıkeşdirlər və sevməyi bacarırlar.
Hadisələri təhlil etməyi və məsləhətlər verməyi bacarırlar. Zəhmətkeşdirlər. Yaxşı oxuyurlar (dərslərini). Dostlarla vaxt keçirməyi sevirlər. İllərlə görüşməsələr belə, köhnə dostları ilə əlaqə saxlamağa çalışırlar. Heç vaxt dost axtarışında olmurlar: onları başqaları tapır.
Aqressiv deyillər, amma onları asanlıqla əsəbləşdirmək olar. Başqalarının onları sevməsinə heyran olurlar. Əgər stress keçirsələr, adətən o stressdən uzun müddətə çıxırlar və onu ağır keçirirlər.

Avqustda doğulanlar

Ünsiyyətcildirlər. Həvəslə, istənilən risqə gedirlər. Diqqət tələb edirlər. Özlərini az kontrol edə bilirlər. Dünyaya gözləri ilə deyil, ürəkləri ilə baxırlar. Özlərinə arxayındırlar. Məclislərdə özlərini hay-küylü aparırlar. Çox qisasçıdırlar. Əgər onlara ziyan vurmasalar, istənilən adamla yaxşı yola gedə və ümumi dil tapa bilirlər. Danışmağı və mahnı oxumağı sevirlər. Musiqiyə heyrandırlar. Xəyalpərəstdirlər. Fikirləri tez yayınır. Tanımadıqları insanlara etibar etmirlər. Geniş təxəyyülə malikdirlər.
Onlar haqda danışanda, xoşlarına gəlir. Dərs oxumağı sevmirlər. Azadlığı çox sevirlər. Təbiətən qiyamçıdırlar. Rəhbərliyə tab gətirmirlər. "Əziyyət yoxdursa, nəticə də yoxdur" – ifadəsinə inanırlar. Komandada işləmək bacarıqları yoxdur, sərbəst şəkildə əla işləyirlər.
Hər şeyə şübhə ilə yaşayırlar. Müəmmalıdırlar. Hər şeylə maraqlanandırlar. Sərbəstdirlər. İradəlidirlər.

Sentyabrda doğulanlar

Aktiv və dinamikdirlər.Həyatda hər şeyin tez baş verməsini sevirlər. Qərarlıdırlar, az hallarda nəyə isə təəssüflənirlər. Gəlbedicidirlər və özlərinin qayğısına qalmağı sevirlər. Güclü xarakterə malikdirlər.
Diqqəti sevirlər. Diplomatdırlar. Sakitləşdirməyi və dostluq etməyi bacarırlar. Yaxınlarının problemlərini həll etməyə hazır olurlar. Qocaq və qorxmazdırlar. Macərapərəstdirlər. Sevməyi bacarırlar və qayğıkeşdirlər. Əliaçıqdırlar. Adətən onların çoxlu dost və tanışları olur.
İntim münasibətləri sevirlər. Emosionaldırlar. Tez qərar çıxarırlar. Tələsgəndirlər. Yaxşı yaddaşa sahibdirlər. Özlərinə və başqalarına motivasiya verməyi sevirlər.

Oktyabrda doğulanlar

Ünsiyyət qurmağı sevirlər. Onları sevən hər kəsi sevirlər. Diqqət mərkəzində olmağa üstünlük verirlər. Daxili və xarici gözəllikləri ilə fərqlənirlər. Tez-tez yalan danışırlar, amma bu mənfəət məqsədilə deyil.
Tez inciyirlər. Məsləhət verməyi sevirlər. Qoçaq cə qorxmazdırlar. Tanımadıqları insanlarla mehribandırlar. Onların qəlblərinə tez dəymək olsa da, qısa zamanda özlərini toplayırlar.
Xəyalpərəstdirlər. Özlərinə güvənirlər. Öz hisslərini cilovlamağı bacarırlar. Hərdən anlaşılmazdırlar. Həddən artıq ağıllıdırlar.

Noyabrda doğulanlar

Etibarlı və sadiqdirlər. Çox həvəsli, eyni zamanda təhlükəlidirlər. Ən yaxşısı onları əsəbləşdirməyin.
Ləzzət almağın yolunu bilirlər. Seksual və sirlidirlər. Daxilən çox azaddırlar, amma kənardan belə görünməyə bilirlər. Şən, amma qapalıdırlar.
Hərdən çox temperamentli və emosionaldırlar. Yeni kollektivdə özlərini yaxşı hiss edirlər, sosialdırlar, istənilən qrupa asanlıqla daxil olurlar. Uzun müddət tək qaldıqda qorxmaz və komplekssiz olurlar.
Çox biliklidirlər. Xüsusilə dəqiq və texniki sahələrdə. Əgər noyabr ayında doğulmuş insanla münasibət qurmaq şansınız varsa, onu əldən verməyin. Bu insanlar çox yaxşıdırlar.

Dekabrda doğulanlar

Çox yaraşıqlıdırlar. Loyal və səxavətlidirlər. Məsuliyyətlidirlər. Vətənpərvərdirlər. Müsabiqə və yarışları sevirlər. Təklif olunan bütün oyunlarda iştirak edirlər. Səbirsiz və tələskəndirlər. Ambisiyalıdırlar. Nifuz sahibidirlər və başqaları üzərində rəhbərlik etməyi sevirlər. Şəndirlər. Onlarla istənilən mövzuda danışmaq asandır, amma onları başa düşmək çətin olur.
Uzaqgörəndirlər, gələcək perspektivləri yaxşı analiz edə bilirlər. Aldıqları yaxşılığın içərisində "əriyirlər". Nəzakətli və ədəblidirlər. İdeyaları həmişə çoxdur. Həssasdırlar. Olduqca çevik zəkaya malikdirlər. Hərdən utancaq olurlar.
Münasibətlərə və insanlara qarşı çox tələbkardırlar. Düşünürlər ki, əgər yaxşısını əldə etmək imkanı yoxdursa, onda olmasa ondan yaxşıdır.
Temperamentlidirlər. Yaxşı yumor hissinə malikdirlər. Diskusiyaları, mübahisə etməyi sevirlər. Söhbətcildirlər. Xəyalpərəstdirlər. Mehribandırlar. Dostluğu bacarırlar. Qanunlara əməl edəndirlər. Lazım gələndə, xarakterlərini biruzə verə bilirlər. Tez-tez soyuqlamağa meyllidirlər. Müxtəlif janrlarda olan musiqiləri sevirlər.

Maraqlı     Baxılıb: 5282   Tarix: 03 dekabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR

Günü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərin

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Məktəblərdə payız tətili yekunlaşdı

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

"Penn State"in riyazi bilikləri ilə təəccübləndirən azərbaycanlı dahi - FOTO

17 yaşında ABŞ-li professoru riyazi bilikləri ilə təəccübləndirib. Amma o, bu istedadını 15 yaşında dərk edib. Riyazi bilikləri ilə yaşıdlarından seçilsə də, uzun müddət bunun fərqində olmayıb. Ta ki, onu müəllimi kəşf edi

.

Azərbaycanda təhsil xərcləri artırılır

Gələn ilin dövlət büdcəsində Azərbaycanda təhsil xərcləri 4 milyard 549,9 milyon manat proqnozlaşdırılıb ki, bu da 2023-cü illə müqayisədə 142,8 milyon manat və ya 3,2% çoxdur. report-a istinadən xəbər verir ki, bu barəd

.

Bu xanımlara yüksək vəzifələr verildi

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin strukturunda dəyişiklik edilib. . xəbər verir ki, şöbə daxilində Media ilə iş və Rəqəmsal kommunikasiya, qurum və tərəfdaşlarla iş sektorları yaradılıb

.

Kişiləri ehtiraslandıran sözlər

Cinsi əlaqə zamanı sadəcə gözə xoş gələn, seksi alt paltarları, geyimlər, parfüm kimi nüanslar kişini başdan çıxarmağa bəs etməyə bilər. Əlbəttə, bunların da çox böyük önəmi var amma qulağa xoş gələn, onları dəli edən sözləri

turlar.az

həkim məsləhəti geyim şəkilləri gozel gorunmek bulkalar zire yagi sac ucun hakışta sözləri qadınlar kosmetika baliq burcu cinsi novruz hakista yutube novruz bayramina aid hakistalar