Doğuş zamanı ölən körpənin ailəsindən SƏRT İTTİHAM: "Ana doğa bilmirsə, həkim nəyə lazımdır?"

Doğuş zamanı ölən körpənin ailəsindən SƏRT İTTİHAM: "Ana doğa bilmirsə, həkim nəyə lazımdır?"Bu gün səhər saatlarında doğuş zamanı daha bir körpə ölümü qeydə alınıb.

Xanim.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə "Baku Medical Plaza" klinikasında baş verib. Redaksiyaya müraciət edən Mehriban Hüseynova nəvəsinin ölümündə doğuşu həyata keçirən həkim Sevinc Qəhrəmanovanı günahlandırıb. Onun iddiasına görə, həkim uşağı ana bətnində boğub:

"Gəlinim Firəngiz Məmmədova dünən 18:00-da doğuşa girib, bu gün səhər 4-5 radələrində uşağın öldüyü deyilib. Həkim bizi son dəqiqəyə kimi əmin etdi ki, normal doğuş olacaq. Bacarmadığı üçün uşağı ana bətnində boğub. Ana doğuşa gedəndə uşağın ürək döyüntüləri öz yerində idi. Hələ xoşbəxtlikdən anaya nəsə olmayıb, onun üçün də həyati təhlükə yaranıb. Hazırda vəziyyəti kafidir. Həkimin sözü bu oldu ki, uşaq ana bətnində ölüb, qız doğa bilməyib. Bu səbəbdən uşaq boğulub. Bəs doğa bilmirsə, həkim nəyə lazımdır? Deyərdi, qeysəriyyə etdirərdik. Mən özüm də həkiməm. Fikrimcə, ağrıkəsici iynə vurub yatızdırıb, sonra da gəlinimin doğmağa gücü olmayıb".

M. Hüseynova onu da qeyd edib ki, 9 ay müddətində nə anada, nə də ki uşaqda hər hansı poblem olub: "Analizin cavabları həmişə yaxşı çıxıb. Son dəqiqələrə kimi yoxlatmışıq, bir problem olmayıb. Heç baş həkimi tapa bilmirik ki, şikayət edək".

"Qafqazinfo" məsələylə bağlı klinika ilə əlaqə saxlayıb. Həkim Sevinc Qəhrəmanovanın qısa müddət ərzində sadalanan ittihamlara cavab verəcəyi bildirildi. Amma zəngdən bir neçə saat keçsə də klinika hər hansı açıqlama vermədi.

Xəbərlər     Baxılıb: 2149   Tarix: 25 aprel 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

turlar.az

yemek reseptleri geymler 2026 donlar 2026 boyun osteoxondrozu nişan və evlilik qadin dunyasi az burcler kisiler kosmetika gozde olar maraqlı sanama əqrəb meseller