Doğuşa hazırlıq

Doğuşa hazırlıqBizim yardımımızla baş tutmuş gələcək analıq sizlərə kifayət qədər müsbət emosiyalar bəxş edəcək. Həkimlər sizin bütün suallarınıza cavab verəcək, individual proqramlar seçəcək, sizin belə bir əhəmiyyətli dövrünüzün mühümlüyü ilə bərabər xoş anları sizlərə yaşadacaqlar. Biz başa düşürük ki, uğurlu hamiləlik və doğuş üçün təkcə ixtisaslı tibbi yardım kifayət deyil, - eyni zamanda gələcək ananın bütün 2 ay boyunca xoş əhval –ruhiyyəsi, qayğıkeş və diqqətcil əhatəsi çox mühüm bir məsələdir. Qadınların belə bir həssas dövründə həyəcanlandırıcı anlarından azad edə biləcək xüsusi yanaşma tərzi və emosional dayaq lazımdır.

Hamiləliyin idarə olunması sizlərə, həkimlərə qəbulun siyahısında individuallıq, sizə uyğun qrafikdə(növbədə qalıb gözləməyinizə ehtiyac olmayacaq) yazılmasını, ananın hərtərəfli müayinəsini, körpənin baxışını və s. təklif edir. Biz gələcək analarımıza hamiləliyin idarə olunmasının ilkin dövründən başlamağı məsləhət görərdik lakin buna ramən sizləri ən gec vaxtlarınızda belə qəbul etməyə hazırıq. Gələcək ana zəruri müayinələri yalnız həkim-ginekoloqun qəbulunda deyil, eləcə də digər mütəxəssislərin: terapevt, endokrinoloq, stomatoloq və s. həkimlərin və USM-nin davamı kimi keçir. Çünki bütün bunlar döldə mümkün patologiyaların üzə çıxmasında çox əhəmiyyətlidir ki, bu da ananın və körpənin sağlamlığının qorunmasında zəruri tədbirlərin görülməsinə əsas verir. Mütəmadi olaraq laborator müayinələr keçirilməlidir, o müayinələr ki, infeksiyanı, soyuqlama hallarını, eləcə də hazırkı və gələcək sağlam ananın müəyyənləşməsinə imkan yaradır.

Bütün diaqnostik proseduraları siz təcrübəli mütəxəssislərimizin hərtərəfli müşahidəsi və nəzarəti altında keçəcəksiniz. Bütün keçirilən müasir zəruri müayinələrin və onların elmi-dəqiq interpretasiyası çox mühüm məsələdir. Qadın orqanizminin hərtərəfli müayinəsi vacib məsələdir. Belə ki, bu məlumat doğuş zamanı baş verəcək gözlənilməz, qəfil situasiyalarda ,doğuş qəbul edən həkimin ana və hələ doğulmaqda olan körpə haqda kifayət qədər informasiyaya malik olmasına və lazımi profilaktik tədbirlər görməsinə kömək edir.

Hamiləliyin idarə olunmasının bütün mərhələləri, əldə olunmuş diaqnostik nəticələr və bizim mütəxəssislərin tədqiqi xüsusi tibbi kartalara daxil edilərək hələ doğuşdan öncə gələcək anaya tam təfərrüatı ilə təqdim olunur. Hamiləliyin idarə olunmasının mövcud müzakirələrindən ən əsası hamiləlik dövründə qidalanma ilə əlaqədardır. Zəruri qidalanmadan əlavə, ola bilsin ki, orqanizm xüsusi pəhriz tələb etsin.

Ola bilsin ki, vəziyyətinizlə əlaqədar iş yeri təhlükəsizliyinə dair suallarınız yaransın. Sizi narahat edə biləcək hər bir problemi həkimlərimizlə məsləhət edə bilərsiniz.

Hamiləliyin idarə olunması və doğuşa hazırlıq proqramına xüsusi kompleks fiziki çalışmalar, kosmetik proseduralar, pəhrizlər və doğuşa psixoloji hazırlıq proqramı daxildir. Gələcək anaya rəsmi surətdə lazımi arayışlar və xəstəlik kağızları, o cümlədən də tam qayda qanuna müvafiq şəkildə mübadilə kartı təqdim olunur.

Ailə və Uşaq     Baxılıb: 3621   Tarix: 09 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

Körpəmin suya ehtiyacı varmı?

Suyun körpələrə vaxtından əvvəl verilməsi adət-ənənədir, yoxsa elmi əsaslı bir təcrübədir? . Azərbaycanda və digər ölkələrdə 6 aya çatmamış körpələrə su və digər mayelərin verilməsi adəti körpələrin sağlamlığına ciddi xətə

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

.

Yenidoğulmuşların gülüşünün SİRRİ

Körpə gülüşü… Bu gülüşün qarşısında valideynlər aciz qalır, ilk gülüşün anı onlarda böyük sevinc və coşqu hissinin yaranmasına səbəb olur.  . Çoxumuz yeni doğulmuş körpələrimizin bəzən ifadə etdikləri təbəssümün şahidi oluru

.

7 aylıq körpənin inkişafı

7 aylıq uşaqların əksəriyyətində əvvəllər öyrəndiyi hərəkətlər, daha da möhkəmlənərək, mənimsənilir. Balaca arxayın oturur, fəal sürüklənir, kəkələyir. Əgər əvvəllər bunu bilmirdisə, indi etməyə başlayır. Onun qida rasion

.

Uşaqlara qoyulan yanlış diaqnoz. Valideynlər diqqətli olmalıdır

Son illər pediatrlar tərəfindən uşaqlara ən çox qoyulan diaqnozlardan biri də raxit xəstəliyidir. Bəzən həkim körpəni müayinə edərək ona raxit diaqnozu qoyur, körpəyə kalsium preparatları və ya D vitamini müalicəsini təyi

turlar.az

yay kolleksiyasi qadın geyimi reseptler bitki dərmanları cantalar 2026 qrip zökəm murebbelerin hazirlanmasi kosmetika gözellik opusme itburnu muellim seiri damla