Doğuşdan sonrakı dövrün gigiyenası

Doğuşdan sonrakı dövrün gigiyenasıDoğuşdan sonrakı dövr ciftin bütün qişaları, göbək ciyəsinin qalıqları ilə birlikdə uşaq doğulandan sonra uşaqlıqdan ayrılması ilə başlayır və doğuşun üçüncü dövrü sayılır və bu dövr 6-8 həftə davam edir.

Bu dövrdə yeni şəraitə uyğunlaşma, orqanizmin yenidən qurulması baş verir ki, bu da ilk 1-2-ci həftələrə təsadüf edir.

Uşaqlıq tədricən qan və seliklə birlikdə ifraz olunan nekrozlaşmış toxumalardan azad olaraq həcmcə kiçilir. Bu ifrazatlara "loxiyalar" deyilir. 1-ci gündən 5-ci günə qədər seroz-qanlı ifrazatın miqdarı çox olur, sonra azalaraq 10-cu günə rəngi açıqlaşır.

Uşaqlığın normal vəziyyətinin daha tez bərpa olunmasına səbəb olan əsas amillərdən biri körpənin ana südü ilə qidalandırılmasıdır. Körpənin fəal şəkildə süd əmdiyi zaman oksitosin hormonu ifraz olunur ki, bu da uşaqlığın yığılmasına səbəb olur. Uşaqlığın normal vəziyyətə qayıtması doğuşdan sonra 10-12-ci günə təsadüf edir.

Uşaqlıq boynu yalnız doğuşdan sonra 3-4-cü həftələrdə bağlanır. Bu səbəbdən də uşaqlıq daxilinə infeksiya keçməməsi üçün həmin dövrdə gigiyenik qaydalara xüsusi dəqiqliklə riayət etmək lazımdır.

Doğuş zamanı aralıq sahəsi zədələnməsə də belə, xeyli genişlənmə və sıxılmaya məruz qalır. Buna görə də doğuşdan sonrakı dövrdə aralıq nahiyəsində ağrıların olması təbiidir. Xüsusilə də doğuş zamanı dölün başının maneəsiz irəliləməsi üçün kəsiklər aparılmışdırsa, bu ağrılar qaçılmazdır. Hər bir yeni tikilmiş yara kimi aralıq kəsikləri və çatların sağalması 7-10 gün tələb edir.

Qadın doğum evində olarkən tibb bacısı aralığın infeksiyalaşmamasına nəzarət edir. Tək kəsik yarası yox, eləcə də bütün doğuş yollarına infeksiyanın düşməməsi üçün doğuşdan sonra gigiyena qaydalarına əməl etmək zəruridir:

- gigiyenik qadın paketlərinin təmizliyinə fikir verin, onları hər 4-6 saatdan bir dəyişin;

- gigiyenik paketləri öndən arxaya doğru hərəkət etdirərək dəyişdirin ki, arxa dəlikdən uşaqlıq yoluna mikroorqanizmlər düşməsin;

- hər bir təbii ifrazatdan sonra aralığı ilıq su və ya antiseptik maye (kalium permanqanatın zəif məhlulu) ilə yaxalayın;

- çalışın ki, yaralar sağalmamış aralığa əlinizlə toxunmayasınız.

Evə qayıtdıqdan sonra çalışın ki, 10 gün və mümkünsə, daha artıq müddətdə istirahət edəsiniz. Təbiətin qanunlarına zidd getməyə çalışmayın; orqanizm yalnız 6 həftədən sonra əvvəlki vəziyyətinə qayıdır və ən azı 2 aydan sonra gücünü tamamilə bərpa edir. Bu dövr ərzində həddən artıq yorulmaq, ağır əşyalar daşımaq qadağandır. Nahardan sonra istirahət edin, gün ərzində 7 saatdan az yatmayın!

Doğuşun səhərisi artıq duş qəbul edə bilərsiz. Doğuşdan 10-12 gün sonra vanna qəbul etmək olar. Ancaq aralıqda kəsik yaraları varsa, bunu ehtiyatla etmək lazımdır.

Ailə və Uşaq     Baxılıb: 2345   Tarix: 30 avqust 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Uşağa ət neçə aydan verilməlidir?

Bir qayda olaraq ana südü və ya süni südlə ("smes") qidalandırılan uşaqlara istənilən əlavə qidalar (sıyıq, kəsmik, meyvə, tərəvəz, yumurta və s.) yalnız 6 ayından sonra verilə bilər. xəbər verir ki, bütün dünyad

.

Mükəmməl seks üçün yataqdakı QAYDALAR

Qüsursuz və ideal seks üçün yataqda riayət etməli olduğunuz qaydaları bilirsinizmi?. 1. Gigiyena. Qadını məmnun etmək üçün aşağıdakıları tətbiq etmək lazımdır:. - Düzgün şəkildə yuyunmaq lazımdır ki, heç bir yerindən iy gəlməsin

.

Hər yaşın öz musiqisi - Uşaqlarınızın seçimini bu SİYAHI-dan edin

Hər yaşda musiqi insana bircür təsir edir və zövqləri də müxtəlif istiqamətlərə yönləndirir. Musiqi bir incəsənət növüdür, amma sağlanlığımızı da formalaşdırmağa qadirdir. Sağlamolun.az müxtəlif yaş qrupları üzrə sağlam v

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

10 aylıq körpənin inkişafı

10 aylıq körpələrin bir çoxu artıq ilk addımlarını atır. Hər keçən gün, körpə daha ağıllı olur, onu əhatə edən ətraf aləmi daha aktiv öyrənir və artıq ailəyə öz xarakterini göstərməyə başlayır. 10 aylıq uşağın bəzi xüsusiyyətlər

.

Uşaqlar arasında yayılan KOKSAKİ virusu

 Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən şikayətlər son günlərdə uşaqlar arsında sıx rast gəlinən virus xəstəlikdir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədə

turlar.az

qadin dunyasi geyim dəbləri hamilelikde qidalanma yay donları 2026 aksesuarlar salatlar cinsi sağlamlıq kosmetika veten haqqinda atalar sozu usaq geyimleri yemekler pomidor ariqlamaq