Dondurma yeyərkən nələrə diqqət edilməlidir?

Dondurma yeyərkən nələrə diqqət edilməlidir?İsti yay aylarında sərinləmək üçün hər kəsin ilk müraciət etdiyi qidalardan biri dondurmadır. Dondurma həm sərinliyinə, həm də dadına görə böyükdən-kiçiyə hər kəsin ləzzət aldığı qidalardandır. Yay aylarında dondurma istehlakının artması ilə boğaz ağrısı və infeksiyalarda da artım ola bilər. Bu vəziyyətin qarşısını almaq üçün dondurma istehlakına nəzarət edilməlidir.
Milli.Az qafqazinfo-ya istinadən dondurma haqda bəzi məsləhətləri təqdim edir:
Yaz aylarında dondurma istehlakını ideal səviyyədə saxlamalısınız. Dadlı olsa da, dondurma həm də bir desert növüdür və həddindən artıq istehlak edildikdə sağlamlığınıza zərər verə bilər.
Yay aylarında dondurma yeyərkən və ya sonra içdiyiniz suyun çox soyuq və ya çox isti olmamasına da diqqət yetirməlisiniz.
Dondurma yeyərkən nələrə diqqət edilməlidir?
Dondurma pəhriz saxlayanları kalorisi ilə bağlı narahat edə bilər. 60 qramlıq dondurmanın (təxminən 2top) kalori dəyəri 140-dır. Pəhriz saxlayırsınızsa və ya vücudunuza daxil olan kalori miqdarına nəzarət etmək istəyirsinizsə, dondurma porsiyalarınızı istehlak vərdişlərinizə görə nizamlaya bilərsiniz.
Yemək vərdişlərinizdən asılı olaraq gündə neçə dondurma yeyəcəyiniz sualını da müəyyən edə bilərsiniz. Ancaq boğaz sağlamlığınızı qorumaq üçün həddindən artıq dondurma istehlakından qaçınmalısınız. Dondurma istehlak edərkən tez yemək əvəzinə ağzınızda kiçik dilimlərdə əritsəniz, boğaz infeksiyalarının qarşısını ala bilərsiniz. Çox diqqətli olmalısınız ki, aldığınız dondurma keyfiyyətli istehsal edilən yerlərdən olsun. Bu növ qidalar sağlamlığınıza zərər verə bilər və müxtəlif xəstəliklərə tutulmağınıza səbəb ola bilər. Yediyiniz dondurmaların son istifadə tarixlərinə diqqət etməlisiniz. Tərkibində süd məhsulları olan dondurma növləri müddəti bitdikdə mədə narahatlığına və müxtəlif xəstəliklərə səbəb ola bilər. Odur ki, dondurma almadan əvvəl yararlılıq müddətini yoxlamaq daha yaxşıdır.
Dondurmanı nə vaxt yemək lazımdır?
Dondurmanı nə vaxt yemək sualı dondurma sevənlərin "hər zaman" kimi cavab verə biləcəyi sual olsa da, boğaz sağlamlığınızı qorumaq üçün hər zaman dondurma yeməməlisiniz. Dondurma acqarına yeyilməməlidir, bunun yerinə yediyiniz yeməkdən ən az 2 saat sonra dondurma istehlak etməlisiniz. Dondurma yalnız yay aylarında istehlak edilən bir qida deyil, amma soyuq havalarda dondurma istehlakı ümumiyyətlə tövsiyə edilmir. Keyfiyyətinə etibar etdiyiniz markaların istehsal etdiyi dondurmanı lazımi miqdarda istehlak etsəniz, heç bir problem olmadan onun dadını çıxara bilərsiniz.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Xəbərlər     Baxılıb: 1295   Tarix: 04 iyun 2024
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

turlar.az

yaz geyimleri 2026 donlar 2026 qadin sayti doğumu necə keçirtdim hamiləlik testi menstruasiya yataqda seks kosmetika bürcler vətən həsrətinə aid bayatılar bayraq şəhid efsane