Dondurmanı alarkən onu yoxlamaq qaydası və istehlak etməyin faydası

Dondurmanı alarkən onu yoxlamaq qaydası və istehlak etməyin faydasıHavaların isinməsi ilə əlaqədar dondurmaya olan tələbat artır. Ona görə də marketlərlə yanaşı, parklarda və yol kənarlarında dondurma satışı ilə məşğul olanlara rast gəlinir. Dondurma alarkən mütləq şəkildə qablaşdırmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun istehsal tarixi, istifadə üçün yararlılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibinə diqqət yetirmək lazımdır. Küçə və parklarda açıq şəraitdə gilizlərdə - qablaşdırılmamış silindr qablarda satılan dondurmaları alarkən məhsulun saxlanılma şəraitinə fikir vermək xüsusilə vacibdir. Qeyri-sanitar şəraitdə satılan dondurmalar asanlıqla təhlükəli məhsula çevrilə bilər. Bu cür dondurmaların istehlakı qida zəhərlənmələrinə, bağırsaq çöplərinin yaranmasına və digər xəstəliklərə səbəb ola bilər.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin dondurma haqqında olan maarifləndirici materialda xəbər verilir.
Dondurmaların digər qida məhsulları ilə bir yerdə saxlanılması tövsiyə edilmir, çünki digər qidalarla eyni soyuducuda saxlanılması məhsulun orqanoleptik göstəricilərinə (iyi, dadı), keyfiyyətinə təsir etməklə yanaşı, onun tərkibində mikroorqanizmlərin inkişafına da səbəb olur. Nəzərə almaq lazımdır ki, dondurma istehsalında xammal olaraq istifadə olunan süd mikroorqanizmlərin inkişafı üçün əlverişli mühitdir. Bunun üçün də dondurma pasterizasiya olunmuş süddən hazırlanmalı və istehsal olunduqdan sonra soyuq zəncir prinsipinə uyğun olaraq saxlanılmalı və daşınmalıdır.
Dondurma homogen şəkildə olmalıdır. Əgər dondurmanın tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə edilərsə, bu, dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunu göstərir. Həmin məhsulların istehsal tarixi bitməsə də, istehlakı tövsiyə edilmir. Saxlanma temperaturunun sabitliyi dondurmanın keyfiyyətini təmin edən əsas səbəblərdəndir. Saxlanma temperaturuna riayət etmədikdə həmin məhsullarda mikrobioloji proseslər başlayır və bu, insan orqanizmi üçün təhlükələrə səbəb olur.
Xüsusilə də mədə-bağırsaq sistemi həssas olan, mədə xorası və xroniki qastrit, diabet xəstəliyi, qaraciyər problemi olanlar dondurma istehlak edərkən diqqətli olmalıdırlar. Sutka ərzində 300-400 qramdan çox dondurma yemək tövsiyə edilmir, çünki normadan artıq istehlak yuxarı tənəffüs yollarının iltihabına, piylənməyə, qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər.
Bütün bunlarla yanaşı, dondurmanın bir sıra faydalı cəhətləri var. Dondurma yüksək qidalılıq dəyərinə malik, orqanizm tərəfindən asan həzm olunan qida məhsuludur. Onun tərkibi orqanizm üçün faydalı olan süd yağları, proteinlər, karbohidratlar, mineral maddələr və vitaminlərlə zəngindir. Tərkibində kalsiumun miqdarının yüksək olması sümüklərin möhkəmləndirilməsinə faydalı təsir göstərir. Keyfiyyətli dondurma istehlakı orqanizmdə sevinc hormonu kimi tanınan serotoninin artmasına səbəb olur.
Dondurma təzə qaymaq dadı verməlidir. Hazırlanma texnologiyasında onun yağlılığını artırmaq üçün standartlara uyğun olaraq yalnız kərə yağından istifadə olunmalıdır. İstehlak zamanı dondurmanın boğazda acı dad verməsi tərkibinə marqarin və ya bitki mənşəli yağların qatıldığını göstərir. Dondurma məhsulunun keyfiyyəti onun tərkibindən və saxlanma şəraitindən asılıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1553   Tarix: 29 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Təyyarədə hansı içkilərdən uzaq durmalıyıq?

Təyyarə səfərləri zamanı qəbul edilən bəzi içkilər orqanizmdə narahatlıq yarada, susuzluğu artıra və uçuşun daha yorucu keçməsinə səbəb ola bilər. xəbər verir ki, xüsusilə alkoqollu içkilərdən ehtiyatlı olmaq tövsiyə edilir

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

donlar 2026 geyim seçimi qadin sayti dini geyimler pustenin faydalari kesəriyyə arvaddan icaze kagizi kosmetika cantalar mikayıl abdullayev faydalı maskalar haxisdalar xanım az