Dönər nə vaxt zəhərlənmə yaradır? - Son günlərin əsas bəlasından QORUNMAĞIN YOLLARI

Dönər nə vaxt zəhərlənmə yaradır? - Son günlərin əsas bəlasından QORUNMAĞIN YOLLARISon günlər dönərdən zəhərlənmə halları artıb. Hətta ard-arda baş verən kütləvi dönər zəhərlənmələri artıq ciddi narahatlıq yaratmağa başlayıb.
Dönər niyə zəhərlənməyə səbəb olur? Bu cür zəhərlənmələrin qarşısını almaq üçün hansı addımlar atılır?
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Kliniki Tibbi Mərkəzinin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov danışıb.
O bildirib ki, dönərdən zəhərlənməyə onun hazırlandığı ət səbəb olur:
"Adətən, dönərdən zəhərlənmələrə onun hazırlandığı ət, toyuq səbəb olur. Qidanın saxlanması və hazırlanma qaydası olduqca vacibdir. Zəhərlənmə ətin keyfiyyətindən və saxlanma müddətindən, eləcə də, şəraitindən irəli gəlir. Buna AQTA nəzarət edir.
Dönərdən zəhərlənmələr qida infeksiyasına aiddir. Zəhərlənmə zamanı əsas şikayətlər mədə-bağırsaqda diskomfort, ağrılar, köp, ürəkbulanma, qusma, bədən hərarətinin qalxmasıdır. Hətta nəzarət olmazsa, insan huşunu itirə bilər və vəziyyət proqressiv olaraq pozular".
O qeyd edib ki, zəhərlənmədən uzaq olmaq üçün qida məhsullarının normaya uyğun olması və saxlanma müddəti vacibdir:
"Eyni zamanda, epidemioloji tələblərə riayət etmək lazımdır. Əgər zəhərlənmə baş verərsə, həmin şəxs mütləq həkim nəzarətində müalicə olunmalıdır.
İlkin yardım olaraq, zəhərlənən şəxsin zond vasitəsilə mədə-bağırsağı yuyulmalıdır, imalə olunmalıdır, pəhriz saxlanılmalıdır. Məsləhətdir ki, bütün bunlar həkim nəzarəti altında olsun. Əgər vaxtında müdaxilə olunmazsa, bu hal xroniki hala çevrilər və sağalma müddəti uzana bilər".
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, AQTA tərəfindən qida təhlükəsizliyinin və istehlakçı hüquqlarının təmin olunması məqsədilə ölkə ərazisində dönərin emalı və satışı fəaliyyəti ilə məşğul olan ictimai iaşə müəssisələrində yoxlama-nəzarət tədbirləri davam etdirilir:
"Yoxlamalar zamanı dönər məhsullarından nümunələr götürülür, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinələrə cəlb olunur.
Qanunvericiliyə uyğun olaraq aşkar edilmiş nöqsanlara müvafiq olaraq müəssisənin fəaliyyətinin dayandırılması və ya müəssisədə istehsalın və məhsul partiyalarının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı qərarlar qəbul edilir, müəssisənin məsul şəxsləri barəsində inzibati protokol tərtib olunur.
Belə iaşə müəssisələrində ilk növbədə gigiyena qaydalarına, təmizliyə, temperatur rejiminə riayət edilməli, məhsullar yaxşı bişirilməli, çiy və bişmiş məhsullar bir-birindən ayrı saxlanmalı, məhsullar təhlükəsiz mühitdə olmalı, təhlükəsiz su və xammallardan istifadə edilməlidir".
"Vətəndaşlarda istehlak etdikləri dönər, eləcə də, digər qida məhsulları ilə bağlı şübhə yarandıqda, həmçinin, qida təhlükəsizliyi sahəsində istehlakçı hüquqlarının pozulması və qanunazidd hallarla rastlaşdıqda, bu barədə konkret faktlarla Agentliyin "1003-Çağrı Mərkəzi"nə məlumat verə bilərlər", - deyə qurumdan əlavə edilib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1336   Tarix: 18 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

turlar.az

donlar 2026 makiyaj etmek qaydalari qadın geyimi yaşıl çay daglar haqqinda məmməd ismayıl gozlerin bezedilmesi kosmetika nizami gencevi seksi intim kley lekesi klitor