Döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə simptonu olanlara ciddi XƏBƏRDARLIQ
Ürək və damar xəstəlikləri ən çox ölümə səbəb olan xəstəliklər sırasında birinci yerdədir.
Milli.Az xəbər verir ki, ürək xəstəliklərindən danışan türkiyəli həkim Mehmet Ertürk bildirib ki, döş qəfəsinin ortasında hiss olunan, çənəyə və qollara yayılan ağrılar ciddi siqnal hesab olunmalıdır.
Onun sözlərinə görə, koronar arteriya xəstəliyi, o cümlədən miokard infarktı kişilərdə daha çox müşahidə olunur.
Həkim vurğulayıb ki, ürək-damar xəstəlikləri yalnız infarktla məhdudlaşmır. Bu qrupa həmçinin ürək qapaq xəstəlikləri, ritm pozğunluqları, ürək çatışmazlığı və anadangəlmə ürək problemləri də daxildir.
Əsas simptomlar arasında döş qəfəsində ağrı, nəfəs darlığı, ürəkdöyünmə, başgicəllənmə və bədəndə şişkinlik göstərilir. Bəzi hallarda isə xəstəlik halsızlıq, bel ağrısı və ya gəyirmə kimi qeyri-adi əlamətlərlə də özünü göstərə bilər. Ağrı 1-5 dəqiqə ərzində keçməzsə, dərhal tibbi yardıma müraciət olunmalıdır.
Diaqnostika üçün fiziki müayinə, qan analizləri, EKQ, exokardioqrafiya, Holter monitorinqi, MRT və angioqrafiya kimi üsullardan istifadə olunur.
Həkimlər ürək-damar xəstəliklərindən qorunmaq üçün siqaretdən uzaq durmağı, sağlam qidalanmağı, müntəzəm hərəkət etməyi, çəkiyə nəzarət etməyi və stressdən uzaq qalmağı tövsiyə edir.
Mina Mikayılova
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Güllünü öldürən doğma qızına bu cəza verildi
Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq
Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı
Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil
Necla Uyqur vəfat etdi
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Maykl Ceksonun məşhur pencəyi hərraca çıxarılır
Rihanna övladları ilə - Fotolar
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Ölən qızı 11 ay əvvəl boşanıbmış