Döymələrin ölümcül fəsadları
"Döymə etdirən zaman qanla ötürülən infeksiyalara, o cümlədən HİV-ə yoluxma riski var".
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Dövlət Təhsil Universitetinin tibb fakültəsinin müəllimi, cərrah Aleksandr Umnov danışıb.
Ekspert qeyd edib ki, şübhəli müəssisələrdə bəzən iynənin ucunda əvvəlki müştərinin biomaterialı qalır.
"Şübhəli müəssisələrdə HİV kimi qanla ötürülən infeksiyalara yoluxma riski var. Hətta bahalı salonlarda belə, sterilizasiya avadanlıqlarına qənaət edə bilərlər, buna görə də əvvəlki müştərilərin qan hissəcikləri və ya infeksiyaya səbəb ola biləcək mikroorqanizmlər iynələrdə qala bilər. Ən yaxşısı ümumiyyətlə döymə etdirməməkdir, əks halda həqiqətən peşman ola bilərsiniz", - deyə Umnov bildirib.
Mütəxəssis xatırladıb ki, döymə təxminən iki aya yaxın yara olaraq qalır. Cərrah vurğulayıb ki, gigiyena qaydalarına əməl olunmazsa, zədələnmiş dəri nahiyəsinin irinləmə ehtimalı yüksəkdir.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi