Dubay şokoladı qalmaqalı - Milyonlarla insan xərçəng yaradan bu maddəni yeyibmiş
Bir müddət əvvəl sürətlə populyarlaşan dubay şokoladları ilə bağlı araşdırma aparılıb.
Milli.Az xəbər verir ki, araşdırma bu məhsulların əksəriyyətinin istifadəyə yararsız olduğunu üzə çıxarıb.
Xüsusilə Orta Şərqdən idxal olunan bəzi Dubay şokoladlarında palma yağı, yaşıl qida boyası və kanserogen kimyəvi maddələr aşkar edib.
Almaniyanın Ştuttqart şəhərindəki Kimyəvi və Veterinariya Araşdırma Ofisi (CVUA) tərəfindən aparılan testlərdə bu şokoladların sağlamlıq üçün təhlükəli maddələrlə dolu olduğu müəyyənləşdirilib. Xüsusilə fıstıq və kadayıf aromalı Dubay şokoladlarında, doymuş yağ tərkibli palma yağı, müxtəlif qida boyaları (E140, E141) və xərçəng yaratma riskinə malik 3-MCPD adlı kimyəvi birləşmələrin olduğu aşkarlanıb.
Yoxlanılan səkkiz məhsuldan altısında 3-MCPD maddəsi tapılıb və bunların beşində bu maddənin qanuni hədləri aşdığı məlum olub. Alimlər xüsusən də çirklənmiş palma yağı istifadəsinin bu zərərli maddənin yaranmasına səbəb olduğunu və bunun insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını vurğulayıblar.
Qeyd edək ki, 3-MCPD (3-monoxlorpropan-1,2-diol) kimyəvi birləşmədir. Bu maddə xüsusən yağlı qidaların istehsalında, yüksək temperaturda və ya qızartma zamanı meydana gələ bilər. 3-MCPD qidaların istehsalında istifadə olunan bir çox yağda, xüsusilə palmitin və soya yağı kimi bitki yağlarında tapıla bilər. Bu maddə, zərərli ola biləcək kanserogen xüsusiyyətlərə sahib ola bilər, buna görə də qida sənayesində onun miqdarı müəyyən edilən məhdudiyyətlərə tabe tutulur.
3-MCPD həmçinin insan sağlamlığına mənfi təsir göstərdiyi üçün qida istehsalında monitorinq edilir. Bununla bağlı tədqiqatlar, bu maddənin müxtəlif orqanizmlərə, xüsusilə böyrəklər və ürək-damar sistemi üzərindəki potensial təsirlərini araşdırır.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi