Dubayda olan Afaq Aslan etiraf etdi: Ərəb şeyxi mənə...

Dubayda olan Afaq Aslan etiraf etdi: Ərəb şeyxi mənə...Son günlərdə sinə əməliyyatından sonra çəkdirdiyi fotoları ilə instaqramda gündəmdən düşməyən müğənni Afaq Aslan yenidən cərrah bıçağı altına uzanacağını bildirib. Hazırda Dubayda olan Afaq Aslan bir çox məqamlara toxunub.

BiG.AZ Afaq Aslanın publika.az-a müsahibəsini təqdim edir.

- Deyirlər ki, estetik əməliyyat qadında özünə inam hissini artırır. İndi özünüzü necə hiss edirsiniz?

- Estetik əməliyyatdan öncə də özümə qarşı özgüvənli olmuşam. Hər kəs bilir ki, uzun illər idmanla ciddi şəkildə məşğul olaraq bədən quruluşumu ideal formada saxlaya bilirdim. Lakin son illər xarici səfərlərimin çoxluğundan daimi şəkildə idman etməyə vaxtım olmurdu. Odur ki, ideal bədən ölçülərini saxlamaq üçün estetik əməliyyatlara üz tutdum və buna heç də pis baxmıram. Əgər əməliyyat peşəkar həkim tərəfindən həyata keçirilirsə, estetik müdaxilələr insanın özgüvənini təbii ki, daha da artırır. Səhnə insanı cəmiyyətin və milyonların diqqət mərkəzindədir, bu baxımdan o, öz ideal görkəmi ilə göz oxşamalıdır.

- Şəkilləriniz çox müzakirələrə səbəb oldu. Kamera qarşısına keçəndə həqiqətənmi utancaqlıq hissi keçirmirsiniz?

- Məni həyatda yaxından tanıyan insanlar bilir ki, kameralar qarşısında kompleksizəm, heç nədən utanmıram, amma həyatda tamamilə fərqliyəm, həyatda bəlkə də özüm qədər kompleksli və utancaq ikinci bir adam tanımıram.

- Bədəninizlə bağlı kompleksləriniz yoxdur?

- Bədənimlə bağlı heç bir kompleksim yoxdur. Sadəcə dediyim kimi, idman etməyə vaxtım olmadığından qarın nahiyəsində yığdığım əzələləri itirmişəm. Ciddi məşq etməlisən ki, əzələləri itirməyəsən. Bu yaxınlarda qarın əzələsi üçün əməliyyata girməyə hazırlaşıram, inşallah 3D liposaksiya vasitəsilə itirdiyim bütün əzələləri geri qaytaracağıq.

- Bu fotosessiyalar populyarlıq üçün atılan addım idi?

- Görüntü insanı hər zaman aldadır. İnsanlar görüntüyə daha tez aldanır. Məsələn, elə müğənnilərimiz var ki, həyatda heç nəyi özünə ayıb bilmir, heç nədən utanmırlar, amma kameraların işığını görən kimi ağlayıb sızlamağa, utancaq və abırlı-həyalı qadın obrazı yaratmağa başlayır. Yaxşı olardı ki, kamera qarşısında yaratdıqları abırlı-həyalı qadın obrazı real həyatda öz əksini tapardı.

Mən nə ilk, nə də sonuncu soyunan məşhuram. Hər soyunan məşhur olsaydı, heç kimin dərdi olmazdı, hamı məşhurluq üçün soyunardı. Məşhurluq soyunmaqla gəlmir, bunun üçün şanslı olmaq, eyni zamanda fərqlənməyi bacarmaq lazımdır.

- Yaxınlarınızın və ətrafınızın buna münasibəti necə oldu?

- Yaxınlarım və ətrafım həyatda necə biri olduğumu bilir və məni yaxşı tanıyırlar. Məsələ ondadır ki, kameraların işığını görən kimi həmin an tam fərqli Afaq canlanır. Kaş ki, şəkillərdə hər zaman açıq-saçıq görməyə alışdıqları Afaqı həyatda da eyni obrazda görə bilərdilər, amma bu, belə deyil.

- Sevgilinizdən ayrıldığınız xəbərləri deyilir? Doğrudu?

- İnsanların ürəyi kimlə istəyirsə, məni onunla sevgili edib sonra da ayırırlar. Əvvəl dedilər ki, Afaq Aslanın sevgilisi dövlət məmurudur, buna görə özündən razıdır və heç kimə əhəmiyyət vermir. Sonra iddia etdilər ki, ərəb şeyxi Afaq Aslana kamaz-kamaz pullar xərcləyir deyə özündən başqa heç kimi bəyənmir. Sonra da məni avtoritetlə sevgili etdilər. Təbii ki, haqqımda yazılanların heç biri həqiqət deyil. Şəxsi həyatımla bağlı açıqlama verməyi sevmirəm, amma nədənsə insanlar məni hər zaman krallara layiq görür və adımı daim yüksək nüfuzlu iş adamları ilə hallandırmaqdan zövq alır.

- Psixoloqlar deyir ki, qadının öz bədənini həddən artıq nümayiş etdirməsi onun dəyərdən düşməsinə səbəb olur. Bu fikirlə razısınız? Əks cinsin sizə qarşı diqqətini itirməkdən qorxmusunuz ki?

- Baxın, zənnimcə, dəyərdən o xanım düşər ki, hər kəs üçün əlçatan olsun və onu hamı asanlıqla əldə etsin. Təbii ki, bədən gözəldirsə, onu nümayiş etdirməyə dəyər. Gözəllik onu göstərmək, göz isə gözəlliyi seyr etmək üçün yaranıb.

Dünya ulduzlarının əksəriyyətinin qüsursuz bədəni var və heç biri də bədənləri kompleksiz şəkildə nümayiş etdirməkdən çəkinmir. Amma o sənətçilər cəmiyyət üçün əlçatmazdır. Qadının dəyəri onun əlçatmaz olmasından asılıdır. Odur ki, məşhur sima nə qədər əlçatmaz olursa, onun haqqında bir o qədər çox danışılır, müzakirələrə səbəb olur və hər kəsin diqqət mərkəzində olur. Mən gördüyünüz və bildiyiniz şou-biznes nümayəndələrindən fərqli olaraq nə edirəmsə, hər şeyi aşkarda edirəm, altdan işlər çevirmirəm.

Qoy altdan işlər çevirib həyatda minbir oyundan çıxıb kameraların işığını görəndə ağlayıb sızlayıb gözüyaşlı abırlı-həyalı qadın obrazını yaradanlar ehtiyatlı olsunlar ki, kirli keçmişləri işıqlı gələcəklərinə kölgə salmasın.

Şou Biznes     Baxılıb: 5197   Tarix: 01 mart 2019
f Paylaş

Oxşar xəbərlər

.

Faiq Ağayevə ağır itki üz verdi

Xalq artisti Faiq Ağayevə ağır itki üz verib. xəbər verir ki, bu barədə o, feysbuk hesabında bildirib:. "15 il evimdə canla-başla çalışmış, bütün məişət məsələlərimi vicdanla, doğmalıqla həll edən köməkçim bu gün torpağ

.

Nahidə Babaşlı toy tarixini açıqladı - FOTO

Müğənni Nahidə Babaşlı toy tarixini açıqlayıb. Bu barədə o, sosial şəbəkədə məlumat yayıb. Nahidə Halim Baydudla 07.07.2027 tarixində toy edəcəyini bildirib. Qeyd edək ki, üç il əvvəl Serkan Küçükceylandan boşanan müğənn

.

"Uzak Şehir" bu tarixdən başlayır

Kanal D ekranlarında yayımlanan "Uzak Şehir" serialının 3-cü mövsüm çəkilişlərinə start verilib. -a istinadən bildirir ki, bu gün çəkiliş meydançasına qayıdan serialın yeni mövsümünün ilk səhnələri İstanbulda lent

.

"Həmin mahnını elə-belə yazmışdım" - Səbinədən etiraf

Əməkdar artist Səbinə Babayeva 24 il əvvəl yazdığı və hitə çevrilən "Röya kimi" mahnısının tarixçəsindən danışıb. Sənətçi bu barədə "Xəzər axşamı" verilişində söhbət açıb. "Bu mahnını yazanda he

.

Dünyanın ən gözəl qadını seçildi

73-cü "Miss Dünya" gözəllik müsabiqəsi başa çatıb. Bu il tarixdə ilk dəfə Vyetnamda, Khanh Hoa əyalətində keçirilən müsabiqənin qalibi Dominikan Respublikasını təmsil edən Cohayri Mola olub. O, müsabiqənin əsa

.

İkinci dəfə ata oldu

Türkiyənin tanınmış aktyoru Murat Yıldırım ikinci dəfə ata olub. Bu barədə türkiyəli jurnalist Birsen Altuntaş məlumat yayıb. Körpəyə Kerem adını qoyublar. Aktyorun həmçinin 4 yaşında Miray adlı qız övladı var. Qeyd edə

.

İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin

Teleaparıcı İlham Mirzəyev xəstəxanaya yerləşdirilib. xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında paylaşım edib. "Hazırda Mərkəzi Klinikadayam. Dualarınıza ehtiyacım var. Hamınız haqqınızı halal edin. Vəziyyəti

.

Polat Alemdar' oğulları ilə

"Kurtlar Vadisi" serialında canlandırdığı "Polat Alemdar" obrazı ilə məşhurlaşan Necati Şaşmaz uzun aradan sonra sosial media hesabında paylaşım edib. Aktyor oğulları Ali Nadir və Yusuf Emir ilə gəzintisində

.

Cem Yılmaz reanimasiyaya yerləşdirildi

Məşhur türkiyəli aktyor Cem Yılmaz xəstəxanaya yerləşdirilib. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çanaqqalada istirahət zamanı sinə ağrısı şikayəti ilə Ayvacık Dövlət Xəstəxanasına aparılıb. Məlum olub ki, aktyo

turlar.az

sade makiyaj sekilleri aksessuarlar qis geyimləri 2026 toyluq donlar 2026 mesameler ucun maskalar paxlavalar hamilələrin qidalanması kosmetika xerceng dovsan xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır sac modelleri oğlan evine aid hakisda