"Dubayın 3-cü şeyxi mənimlə evlənmək istəyirdi" - Firuzə İbadova - VİDEO - FOTO
ARB TV-nin "Səhər-səhər" proqramının növbəti qonağı Əməkdar artist Firuzə İbadova olub.
Milli.Az bildirir ki, əməkdar artist şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib:
"Dubaya toya gedəndə üçüncü şeyx gəlmişdi ora. Şeyx dedi ki, onu burada qoyun gedin, onu alıram. Məndən soruşdu ki, ərin var? Dedim ki, rəhmətə gedib, torpağın altındadır".
Bu söhbətə əlavə olaraq, F.İbadovanın duet ortağı, əməkdar artist Cavanşir Məmmədov da müğənniyə dəfələrlə elçi düşdüyünü söyləyib:
"Firuzə xanımı çox istəyən olub. Bir dəfə toyda mənə yaxınlaşdılar ki, Firuzə xanımla rəqs edə bilərəm? Dedim ki, olar, təklif et. Deyir ki, mən onu cavan yaşlarımdan sevmişəm. Dedim ki, özünə de. Çox da mədəni adam idi. Qayıtdım ki, vaxtında alardın Firuzə İbadovanı, indi oturardı evində.
Əli Mirəliyev də Firuzə İbadovanı sevib. Bunlar yeni mövzular deyil. Firuzə xanımı bütün Azərbaycan sevib".
f Paylaş








Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Yuxusuz gecədən sonra bunu edin