Dünya əvvələ qayıdır: Yoluxma artır, ölümlər gizlədilir, ÜST narahat olur

Dünya əvvələ qayıdır: Yoluxma artır, ölümlər gizlədilir, ÜST narahat olurÜmumdünya Səhiyyə Təşkilatı Çin hökumətinə müraciət edib.  
Müraciətə səbəb dekabrın əvvəlindən bəri yoluxma sayının açıqlanmamasıdır. Belə ki, informasiyanın gizli saxlanılması barədə ardıcıl ittihamlardan sonra hökumət dekabrın əvvəlindən təxminən ölkədə 60 000 min nəfərin ölüm xəbərini təsdiqləyib.
Bu barədə AP yazıb. Şənbə günü infeksiyaların artmasına və həddindən artıq dolu xəstəxanalara baxmayaraq, səlahiyyətli orqanlar dekabr ayında antivirus məhdudiyyətlərini qaldırdıqdan sonra ölənlərin sayı barədə ilk rəsmi məlumatı açıqlayıblar.
Hökumət dekabrın 8-dən yanvarın 12-dək COVID-19-un yaratdığı tənəffüs çatışmazlığından 5503 nəfərin, xərçəng, ürək xəstəliyi və COVID-19-la əlaqəli digər xəstəliklərdən isə 54435 nəfərin öldüyünü bildirib. Ancaq narahatlıq var ki, ölənlərin əksəriyyəti COVID-19-dan vəfat edib, lakin Çin hökuməti virus yayıldığı ilk zamanlarda olduğu kimi indi də bu xəbəri gizlədir.
Nəticədə, ÜST və digər hökumətlər əsl vəziyyətlə bağlı Çindən məlumat istəyib.  ABŞ, Cənubi Koreya və digər ölkələr Çindən gələn ziyarətçilərə nəzarəti gücləndirib.
ÜST-nin bəyanatında deyilir ki, Çinin son elanı epidemioloji vəziyyəti daha yaxşı başa düşməyə imkan verir. Bu barədə iradlarını  ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus səhiyyə naziri Ma Xiaowei ilə telefon danışığı zamanı da ona çatdırıb.
"ÜST bu təfərrüatlı məlumatı bizimlə və ictimaiyyətlə paylaşmağa davam etməyi xahiş edib", - açıqlamada deyilir.
Çinin Milli Səhiyyə Komissiyası yalnız xəstəxanalardakı ölümlərin hesablandığını, yəni evdə ölənlərin sayılmayacağını bildirib. O, yenilənmiş məlumatların nə vaxt açıqlanacağını və ya ümumiyyətlə açıqlanıb-açıqlanmayacağını bildirməyib.
Çinin dövlət səhiyyə sektoru dekabrın 23-dən yüksək hərarət şikayəti ilə klinikalara müraciət edənlərin gündəlik sayının 83% azalmasına əsaslanaraq, milli fövqəladə vəziyyətin qüvvədən düşdüyünü elan edib.
Lakin son elan Çində COVID-19-dan rəsmi ölüm sayını iki dəfədən çox artırıb. Nəticədə xəstəliyin 2019-cu ilin sonunda Vuhan şəhərində aşkar edilməsindən bəri ölənlərin sayı 10775-ə çatıb.
Xatırladaq ki, Çin rəsmi məlumatlarında yalnız sətəlcəm və ya tənəffüs çatışmazlığından ölümləri hesablayır. Başqa sözlə, bu hesabata digər ölkələrdə virusla əlaqəli ola biləcək bir çox ölüm daxil edilmir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1299   Tarix: 15 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

geyim dəbləri sade makiyaj sekilleri reseptler soda maskasi körpələrdə süni qidalar tərbiyə qripdən qorunmaq kosmetika xanım az cinsi intim munasibetler bahar ziyafet geyimleri