Dünya ulduzlarının diyetoloqundan: arıqlamağın 4 QIZIL QAYDASI

Dünya ulduzlarının diyetoloqundan: arıqlamağın 4 QIZIL QAYDASIMaykl Mosli Hollivud ulduzları da daxil olmaqla minlərlə insana arıqlamağa kömək edən 5:2 arıqlama sisteminin müəllifi, tanınmış diyetoloq və yazıçıdır.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, həkim "MailOnline" üçün son köşə yazısında öz sisteminin dörd universal prinsipindən bəhs edib. Bu prinsiplər arıqlamaq və ya çəkisini stabil saxlamaq istəyənlər üçün bələdçi ola bilər.
Zərərli yeməklərdən qurtulun
Artıq çəkidən xilas olmağa qərar verənlər üçün Mosli bütün zərərli yeməkləri evdən çıxarmağı tövsiyə edir. Arıqlayanların mətbəx şkaflarında, soyuducularında çips, zərərli şirniyyat, xəmir və digər faydasız kalorilərə yer yoxdur. Maykl köşəsində yazır ki, ən birinci ətrafınızda sağlam qidalanmağı asanlaşdıran bir mühit yaratmalısınız.
Gündəlik tutun
Doktor Mosli gün ərzində yediyiniz hər şeyi - kağıza, telefonunuzdakı qeydlərə və ya xüsusi proqrama yazmağı tövsiyə edir. Bu yolla yediyiniz kalori miqdarına nəzarət edə bilərsiniz. Ekspertin fikrincə, nəticəni görmək, motivasiya əldə etmək və rasionu düzəltmək üçün mütəmadi olaraq həm də çəkinizi ölçməlisiniz.
Daha çox hərəkət edin
Həkimin sözlərinə göər, arıqlamaq üçün idman zalına getmək lazım deyil. İstənilən məşğuliyyət növü idmanı əvəz edə bilər, müntəzəm gəzinti, ev işləri, səhər yüngül gimnastikası və.s. Əsas odur ki, hərəkətsiz həyat tərzindən uzaq olun.
Sağlam düşüncəli və sağlam həyat tərzi sürən insanlarla dostluq edin
Doktor Mosli hesab edir ki, tək arıqlamaq o qədər də asan deyil. O, sizinlə həmfikir olan, sağlam qidalanan, bədəninin qayğısına qalan insanlar tapmağı məsləhət görür. Beləliklə, daha çox motivasiya olacaq və dəstək alacaqsınız, həm də öz məsuliyyətinizi hiss edəcəksiniz. Bu gün arıqlamağa çalışan qrupları sosial şəbəkələrdə tapmaq çox asandır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1360   Tarix: 29 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Səhər yeməyində buna diqqət edin

Səhər yeməyində yoqurta alternativ axtaranlar üçün kəsmik (cottage cheese) yaxşı seçim ola bilər. Mütəxəssislərin fikrincə, zülalla zəngin bu süd məhsulu uzun müddət toxluq hissi yarada və gün ərzində qəfil aclığın qarşısın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

turlar.az

yay geyimləri 2026 reseptler gozel gorunmek veten haqqinda insa qadın orqanizmi mütləq bilməlisiniz alimlər kosmetika brusell bakteriyası xanim.az mikayıl abdullayev gözellik balıq