Dünyada bir ilk: Yeddi ölkə ağciyər xərçənginə qarşı peyvənd sınaqlarına başladı

Dünyada bir ilk: Yeddi ölkə ağciyər xərçənginə qarşı peyvənd sınaqlarına başladıHəkimlər xəstələrdə mRNT-dən (Matris ribonuklein turşusu, digər adla informasiya RNT-si - zülalların ilkin strukturu haqqında məlumatları ehtiva edir - red.) istifadə edərək ağciyər xərçənginə qarşı dünyada ilk peyvəndi sınaqdan keçirməyə başlayıblar.
Milli.Az oxu.az-a istinadən bildirir ki, məlumata görə, mütəxəssislər bu məhsulun minlərlə insanın həyatının xilas edilməsi istiqamətində "novator" potensialını yüksək qiymətləndiriblər.
"The Guardian"ın xəbərinə görə, ağciyər xərçəngi dünyada xərçəngdən ölüm hallarının əsas səbəbidir və ildə təxminən 1.8 milyon insanın ölümünə gətirib çıxarır. Xəstəliyin inkişaf etmiş formalarında və şişlərin yayıldığı xəstələrdə sağ qalma göstəriciləri xüsusilə aşağıdır.
Lakin hazırda mütəxəssislər yeni preparatı sınaqdan keçirirlər ki, bu, orqanizmə xərçəng hüceyrələrini izləmək və məhv etmək, daha sonra isə onların yenidən yaranmasının qarşısını almaq üçün əmr verir. BNT116 adı ilə tanınan və "BioNTech" şirkəti tərəfindən istehsal olunan peyvənd xəstəliyin ən çox yayılmış forması olan qeyri-kiçik hüceyrəli ağciyər xərçənginin müalicəsi üçün nəzərdə tutulub.
"The Guardian" qeyd edir ki, BNT116-nın insanlar üzərində ilk sınağı olan 1-ci mərhələ klinik sınaqlara yeddi ölkədə - Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyədə 34 tədqiqat mərkəzində başlanılıb.
Ümumilikdə, təxminən 130 xəstə immunoterapiya ilə birlikdə peyvəndi almaq üçün qeydiyyata alınacaq. Təxminən 20 nəfər Böyük Britaniyadan olacaq.
Peyvənddə COVID-19 peyvəndlərinə analoji olaraq, RNT-dən (mRNT) istifadə edilir və bununla da immunitet sisteminə bədəni xərçəng hüceyrələri ilə mübarizəyə hazırlamaq imkanı verir.
Məqsəd ondan ibarətdir ki, kimyaterapiyadan fərqli olaraq, sağlam hüceyrələrə təsir etmədən insanın xərçəngə qarşı immun reaksiyası artırılsın.
"The Guardian" yazır ki, Londondan olan 67 yaşlı Yanuş Ratz Böyük Britaniyada peyvənd olunan ilk şəxs olub. Ona may ayında diaqnoz qoyulub və qısa müddət sonra kimya və şüa müalicəsinə başlayıb.
Avqustun 20-də Yanuş Ratz Los-Ancelesdə Kaliforniya Universitetinin Milli Tibbi Araşdırmalar İnstitutunun Klinik Tədqiqatlar Mərkəzində 30 dəqiqə ərzində beş dəqiqəlik intervallarla, altı ardıcıl inyeksiya qəbul edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 1236   Tarix: 25 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

yay geyimləri 2026 toy makiyajlari toy makiyaji sekilleri oğlanlar necə qızları sevirlər makiyaj sirləri hamiləlikdə axıntı makiyaj formalari kosmetika rus dilini oyrenek 2ci ders baldiza aid haxisda layla qardasa aid haxistalar novruz