Dünyada iki milyarddan çox insan çirkli su içir - BƏŞƏRİ TƏHLÜKƏ

Dünyada iki milyarddan çox insan çirkli su içir - BƏŞƏRİ TƏHLÜKƏ2030-cu ildə 700 milyon insan içməli su çatışmazlığından qaçqına çevrilə bilər. Hazırda iki milyard insan çirkli su içməyə məcbur olur. Su qıtlığının səbəblərindən biri bu təbii resursun lazımi qaydada idarə edilməməsi ilə bağlıdır.
Bu fikirlər "Gəlin suyun hər damlasını qoruyaq: su ehtiyatları sahəsində gündəlik" adlı məruzədə əksini tapıb.
Məruzə 11 dövlət başçısının və xüsusi müşavirlərin daxil olduğu qrup tərəfindən hazırlanıb və BMT-nin baş katibinə təqdim edilib.
Sənəddə dünyada su ehtiyatlarının mövcud vəziyyəti qiymətləndirilib. Məlum olub ki, su israfçılığı, su ehtiyatlarının qeyri-effektiv idarə edilməsi və infrastrukturun olmaması milyonlarla insanın su qıtlığı ilə üzləşməsinə, lazımi qədər su təchizatı, sanitariya və gigiyena normlarının pozulması səbəblərindən ölüm hallarına gətirib çıxarır.
Məruzədə bildirilir ki, planetin sakinlərinin təxminən 40 faizi bu və ya digər dərəcədə içməli su çatışmazlığından əziyyət çəkir. 2030-cu ildə su çatışmazlığı səbəbindən təxminən 700 milyon insan qaçqına çevrilə bilər. Bu gün iki milyarddan çox insan çirkli su içir, 4,5 milyard insan sanitariya sahəsində lazımi xidmətlərdən məhrumdur. Onlar ən yoxsul təbəqədən olan insanlardır.
Məruzənin müəllifləri su çatışmazlığı ilə bağlı əsas problemləri, məsələn, əhali artımı, urbanizasiya, ekosistemin dəyişməsi, ərzaq məhsullarına tələbatın artması, sənaye və energetikanın cari durumu ilə bağlı problemləri qiymətləndiriblər. Onlar suyun keyfiyyətini araşdırıblar, sudan səmərəsiz istifadə olunmasının ətraf mühitə təsirini təsvir ediblər, torpağa və su çənlərinə nə qədər təmizlənməmiş su axıdıldığını xatırladıblar.
Məruzədə su ehtiyatları sahəsində müvafiq plan təqdim edilib.
Xatırladaq ki, BMT baş katibinin 2010-cu ilin iyul ayında qəbul etdiyi qətnaməyə görə, hər kəsin şəxsi və məişət ehtiyaclarını ödəmək üçün sutkada 50-100 litr arasında sudan istifadə etmək hüququ var.
Milli.Az

Xəbərlər     Baxılıb: 1313   Tarix: 23 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

sac duzumleri qis geyimləri 2026 donlar 2026 mayasiz pizza xemiri otaq dizayni kişi xəyanəti qan qruplari kosmetika lakonizim masqalar həsən bəy zərdabi novruz hakisdalari penis