Dünyada ölümcül xəstəlikdən sağalan ilk insan oldu
Avstraliyalı bir qadın dünyada ölümcül xəstəlikdən sağalan yeganə insan olub.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu qadın dünya üzərində mal-qara və qoyunlarda ölümcül qara ayaq xəstəliyinə səbəb olan bakteriyaya yoluxduğu bilinən üçüncü şəxs olub. Bilinən digər iki şəxsin həyatını qurtarmaq mümkün olmasa da, bu qadın möcüzəvi şəkildə sağ qalıb.
Məlum olub ki, 48 yaşlı qadın bağçada əlcəksiz işləyib və bu zaman ev pişiyi onun əllərini cızıb. Bundan sonra o, bakteriyaya yoluxub və bir neçə gün sonra xəstəxanaya müraciət edib. Qadın reanimasiya şöbəsinə yerləşdirilib.
Sonradan həkimlər xəstənin qanında torpaqda sporlar şəklində yaşayan, udulduqda və ya nəfəs aldıqda qan dövranına və əzələ toxumasına daxil olan "Clostridium chauvoei" bakteriyasının ölümcül formasını aşkar ediblər. Dəqiq diaqnoz və vaxtında aparılan müalicə sayəsində iki həftə yarımdan sonra qadının səhhəti normallaşıb və üç aydan sonra tam sağalıb
Qeyd edək ki, indiyədək yalnız iki nəfər "Clostridium chauvoei" virusuna yoluxub və hər ikisi bu bakteriyaya yoluxma nəticəsində yaranan fəsadlardan dünyasını dəyişib.
Milli.Az









İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi