Dünyanı vahiməyə salan qorxunc virus Azərbaycana gəlib? - RƏSMİ AÇIQLAMA
Çində aşkarlanan sətəlcəmin yeni növünün Azərbaycanda yayılma riski istisna deyil.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycanın Baş infeksionisti Cəlal İsayev baku.ws-ə bildirib.
Alimin sözlərinə görə, indiki virus təhlükəli olması ilə fərqlənir.
"Koronovirusların 37-dən artıq növü var. Yeni virus da koronoviruslara daxildir. Həmin virus tibbi gedişə görə ağır hesab olunur.
Bu gün Çində xəstələnən insanların sayı 300 nəfəri ötüb. Ölənlərin sayı 15 nəfəri ötüb. İnsandan insana yoluxma sıx təmasla keçir.
Azərbaycana gəlib çıxması istisna deyil. Turizm və ticarət ilə əlaqəli yerlərə gedən azərbaycanlılar qayıdarkən həmin virusa yoluxa bilərlər", - Cəlal İsayev bildirib.
Baş infeksionist çıxış yolu kimi də bəzi tövsiyələrini verib:
"Çinə gedən insanlar özlərini gözləməlidir, zökəm əlamətləri müşahidə edilən insanlardan uzaq durmaq lazımdır. Ən azından maska geyinməlidirlər.
Xəstəliyin geniş yayıldığı regionlara getməməlidirlər. Bu səbəbdən Çindən ölkəmizə gələnləri nəzarətə götürməliyik.
Səhiyyə Nazirliyi bununla bağlı tədbirlər planı işləyib hazırlayır. Onlar nəzarətə götürülməli, xəstə insanlar izolyasiya olunaraq nəzarət altında saxlanılmalıdır.
Azərbaycanda insanlar özlərini qorumalıdırlar. İnsanların sıx olduğu yerdə kənar olsunlar. Xüsusi respirator əlaməti olan insanlardan uzaq olsunlar.
Maskalardan istifadə etsinlər. Termiki işlənmiş qidalardan istifadə etsinlər. Əllərini təmiz saxlasınlar. Onlar dizenfeksiyaya həssasdırlar və tez tələf olan viruslardır.
Xəstələn kimi həkimə müraciət etsinlər. Çünki bu virusa yoluxan zaman nəzarətsiz buraxıldıqda, təhlükəli fəsadlara yol verə bilər".
Cəlal İsayev onu da vurğulayıb ki, koronovirus, əslində, keçən əsrin axırlarında yayılan xəstəlikdir:
"1965-ci ildə aşkarlanan virusdur.
Əksər növləri insanda yüngül keçən resperator xəstəlikdir. Bunlar, əsasən, renit və zökəm əlamətləri ilə özünü biruzə verir.
Çox hallarda tez sağalır və problemsiz ötüşür. Bu viruslar xarici təsirə çox davamsızdırlar. Bu viruslar yüksək tempratura çox davamsızdırlar. İnsanda 37 dərəcə istilikdə 3-4 saata məhv olur.
Bu viruslar ilin soyuq vaxtlarında çox qala bilirlər. Bu səbəbdən də, qış aylarında yayılır. Hava damcı yolu və qida ilə insanlara yoluxur.
Əsasən ev heyvanlarında müşahidə olunur. Heyvanlardan insanlara keçə bilir".
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir