Ailə qurmaq istəyənlərin NƏZƏRİNƏ: Şou əhli toy qiymətlərindən DANIŞDI

Ailə qurmaq istəyənlərin NƏZƏRİNƏ: Şou əhli toy qiymətlərindən DANIŞDIİyulun 1-dən etibarən, uzun müddətdir şənliklərə və məclislərə qoyulan qadağa aradan götürüləcək. Restoran və şadlıq evlərində əvvəlki şadyanalıq, çal-çağır bu dəfə müəyyən qaydalara əməl olunmaqla qaldığı yerdən davam edəcək.

Baku.ws şou əhli arasında sorğu aparıb. Məşhur simaların toylarla bağlı qəbul edilən yeni qərara münasibətini öyrənib.

Mövzu ilə bağlı danışan müğənni Zamiq Hüseynov toylara qoyulan qadağanın ləğv edilməsinə görə həmkarlarını təbrik edib. O, ölkəmizə hər zaman şadyanalıq və toy yaraşdığını deyib:

"İyulun 1-dən etibarən toylara icazə verilməsi xəbəri hamımızı sevindirdi. Təki hər zaman ölkəmizdə toy-büsatlı günlər olsun. Artıq bütün sənət yoldaşlarım və musiqiçilər üçün xeyirli olsun deyə bilərəm. Biz də öz növbəmizdə çalışacağıq ki, pandemiya qaydalarına əməl edək".

Toylarla bağlı qərara münasibət bildirən daha bir müğənni isə Elçin Hüseynov olub. Bu haqda açıqlama verən sənətçi, uzun müddətdir bu qərarı gözlədiyini deyib:

"Artıq il yarımdır ki, biz bu qərarı gözləyirdik. Allah hər zaman xalqımıza gözəl günlər nəsib etsin. Bizim millətimizə toy-düyün yaraşır. Sonuncu dəfə ötən ilin mart ayında toyda olmuşam. Həmin vaxt aprel, may ayları üçün də toylarım var idi. Pandemiya səbəbilə təxirə düşdü. Onların bir qismi toysuz ailə həyatı qurdu. Qalanlarının isə hazırda sıra ilə vaxtı dəqiqləşdirilir. İndi hər kəs pandemiya şəraitində yaşayır. Bizim də boynumuza düşən yük insanları başa düşmək və istəklərinə uyğun davranmaqdır. Toy qiymətini qaldırmaq yaxud da dəyişiklik etmək düzgün hal deyil".

Sənətçi Günay İbrahimli toyların start götürəcəyi 1 iyul tarixini səbirsizliklə gözlədiyini bildirib:

"Toylara icazə verilməsi xəbərini alanda çox sevindim. Bu müddət ərzində iş üçün çox darıxdım və hazırda böyük həvəslə 1 iyul tarixini gözləyirəm. Toy qiymətlərində dəyişiklik etməmişəm. Çünki toy sahiblərini də başa düşmək lazımdır. İki ilə yaxındır ki, pandemiya şəraitində yaşayırıq və mən özüm də daxil olmaqla bir çox insan müəyyən problemlərdən əziyyət çəkib".

Müğənni Elton Hüseynəliyev də toylarla bağlı fikirlərini bildirib. Bu haqda müsahibə verən ifaçı pandemiyadan əvvəl behini aldığı toylara həmişəki qiymətə gedəcəyini bildirib:

"Toylara icazə verilməsi xəbərinə bütün həmkarlarım kimi mən də sevindim. Toy qiymətlərində heç bir dəyişiklik etməmişəm. Əvvəlki qiymətlər olduğu kimi qalıb. Pandemiyada bir çox restoranlar məni şou proqramlara dəvət etdi. Onlar mənə bunun üçün yüksək qonorar da təklif etdi. Lakin pandemiya ilə əlaqədar müəyyən qadağalar olduğundan mən onların hamısından imtina etdim. Hazırda pandemiyadan əvvəl razılaşdığım toylar olduğu üçün həmin şənliklərdə iştirak edəcəyəm. Sadəcə məkanlar dəyişəcək".

Mövzu ilə bağlı danışan Əməkdar artist Elnarə Abdullayeva da toy qiymətlərini artırmayacağını açıqlayıb:

"Qərar yeni qəbul olunduğundan hələ ki, toylardan təkliflər yoxdur, köhnə təkliflər isə yerində qalır. Düşünürəm ki, toy təklifləri bundan sonra başlayacaq. Yeni qərar əhalimiz üçün xeyirli olsun. Mövcud vəziyyətdə toy qiymətini artırmaq düzgün hal deyil".

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarına əsasən, toylarla bağlı iyulun 1-dən qüvvəyə minəcək qərar zamanı 50 -150 nəfər olmaqla şənliklərin keçirilməsinə icazə veriləcək.

Şou Biznes     Baxılıb: 2647   Tarix: 23 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

.

Mədəniyyət Nazirliyi: Zaur Rzayev musiqisevərlərin dərin rəğbətini qazanıb

Mədəniyyət Nazirliyi Zaur Rzayevin ölümü ilə bağlı nekroloq yayıb. xəbər verir ki, nekroloqda deyilir:. "Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Görkəmli müğənni, Azərbaycan Respublikasının Xalq artisti Zaur Rzaye

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

"Yalı çapkını"nın aktrisası Bakıda toyda

Türkiyəli aktrisa Buçe Buse Kahraman Azərbaycana gəlib. Aktrisa Bakıda toylardan birində iştirak edir. Bu barədə paylaşım edən Buse məclisdə çəkdirdiyi fotoları yayımlayaraq azərbaycan dilində "Təki toy olsun" deyə

.

Özündən 24 yaş kiçik həyat yoldaşından boşandı

Müğənni Berdan Mardini ötən ilin aprelində evləndiyi həyat yoldaşı Dilara Talaydan boşanıb. Cütlük bu gün qatıldığı məhkəmə prosesində səssiz-sədasız həyat yollarını ayırıb. Qeyd edək ki, Berdan Mardini ilə həyat yoldaş

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib

Türkiyənin tanınmış müğənnisi Sertab Erener BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) üçün "One Home" ("Bir yuva") adlı xüsusi mahnı hazırlayıb

.

Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi

Müğənni Nərmin Kərimbəyova "Zəfər Günü"nə yeni layihə hazırlayıb. xəbər verir ki, sənətçi, bu dəfə "Atabarı" adlı türk xalq mahnısına müraciət edib. Sözü gedən nəğmə, türk dünyasının sevilən xalq mahnıs

turlar.az

geyim və ayaqqabılar sac duzumleri geyim dəbləri makaron reseptləri naina ibrahimova reseptlər körpəyə qulluq kosmetika gunay janrlar oglan evi bahar atalar sözü