Dünyanın ən ölümcül 10 xəstəliyi

Dünyanın ən ölümcül 10 xəstəliyi1) Ağciyər xərçəngi - ölkəmizdə və dünyada çox rast gəlinən xərçəng növüdür. Xərçəngin digər növləri ilə müqayisədə ən qorxulusu hesab edilir. Daha çox siqaret çəkən və siqaret dumanı ilə davamlı tənəffüsə məruz qalan insanlar arasında rast gəlinir. Xəstəliyin ağırlıq dərəcəsi gün ərzində nə qədər çox siqaret çəkməkdən və siqaretə daha tez başlamaqdan asılıdır. Digər növlərlə müqayisədə ölüm faizi yüksəkdir.
2) Malyariya - ağcaqanadların sancmağı adətən insanları o qədər də düşündürmür, ancaq adi bir sancma malyariya xəstəliyinə gətirib çıxara bilər. Dünyada 200 milyondan daha çox rast gəlinən bu xəstəlik tutmalarla, kəskin qızdırma ilə özünü biruzə verir. Diaqnoz dəqiq qoyulduqda müalicə mümkündür. Müalicə olunmadıqda xəsəlik ölümlə nəticələnir.
3) Ebola - adini Afrikadakı eyniadlı göldən götürən bu xəstəlik ishal, qanama, dəridə müxtəlif mənşəli səpgilər, yüksək qızdırmaya səbəb olur. Yoluxucudur, adətən ölümlə nəticələnir. Əgər qarşısı alınmazsa epidemiya, pandemiyalara səbəb olur.
4) Tuberkulyoz ( vərəm ) - bəlğəmli öskürək, zəifləmə, həddən artıq tərləmə, çəki itkisinə səbəb olan ölümcül xəstəlikdir. Xəstəlik uzun illərlə əlamətlərini göstərdikdən sonra meydana çıxa bilər və qəfil xəstəni təsiri altına salır. Yoluxucudur, müalicə olunmadıqda ölümə gətirib çıxarır. Dünyada hər 100 min insandan 10-da rast gəlinir.
5) Pnevmoniya - ağciyərlərdə meydana gələn bu xəstəlik alveolların iltihabı nəticəsində meydana gəlir. Yaş fərqindən asılı olmayaraq digər xroniki xəstəliyi olan şəxslərdə daha təhlükəli və ölümcül olur.
6) Ishal - ishal ilk baxışdan qoxulu gəlməsə də, ölümcül ola bilir. Bu, orqanizmin su itirməsi ilə əlaqədardır. Bu zaman orqanizmdə su-elektrolit mübadiləsi pozulur, immun sistem çökür.
7) Xroniki bronxit - siqaret çəkənlərdə daha çox təsadüf olunur. Xəstəlik zamanı boğulma, xəstənin nəfəsalma zamanı çətinlik çəkməsi müşahidə olunur. Müalicə olunmazsa ölümcüldür. Hər il 2.5 milyon insan bu xəstəlikdən ölür.
8) Cüzam - lepra adı ilə də tanınan bu xəstəlik eyni adlı mikroorqanizmlər tərəfindən törədilir. Periferik sinir sistemi və dəri başda olmaqla bir cox system və orqana təsir göstərən yoluxucu xəstəlikdir. Xəstələrdə dərinin strukturu korlanır.
9) Ürəyin İşemik Xəstəliyi - koronar ürək xəstəliyi olaraq da tanınan bu xəstəlik ürəyin kifayət qədər qan ala bilməməsi səbəbilə əmələ gəlir. Tələb olunan oksigeni ala bilmədiyindən koronar damarların bəziləri tıxanır. Müalicə olunmazsa ürəyin çökməsinə, xəstənin ölümünə gətirib çıxarır.
10) HİV (QİÇS) - cinsi yolla yoluxan viruslar tərəfindən törədilir, immun sistemini çökdürür. Nəticədə orqanizmdə əmələ gələn kiçin cızıq da ölümə yol aça bilir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1431   Tarix: 03 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

turlar.az

qis geyimləri 2026 gozel gorunmek sac duzumleri burcler kisiler xiyar tursusu ziyafət dəbi ud hindi faydalari kosmetika vətənə aid bayatılar sanama gulmeli hakista sağlamlığa aid atalar sözləri qizliq perdesi