Dünyaya səs salan serial "Xəzər TV"də yayımlanacaq

Dünyaya səs salan serial Azərbaycan televiziya məkanında ilk dəfə olaraq "Xəzər TV"-nin efirində yapon kinematoqrafçılarının ərsəyə gətirdiyi "Naoki Hanzava" serialının yayımına başlayıb.
azxeber.com xəbər verir ki, "Xəzər Media Mərkəzi"nin mətbuat xidmətindən verilən məlumata görə, serial uğurlu bank işçisinin həyat hekayəsindən bəhs edir. Daim irəli gedən gəncin əslində planları başqadır: o atasının intiqamını almaq istəyir. Dünyaşöhrətli bir serialın Azərbaycan teleməkanında efirə çıxmasının tamaşaçıların da ürəyincə olacağına ümid edilir. Ağlasığmaz zəka oyunları, həyəcanlı, mübahisə və mübarizə hissələri ilə bol "Naoki Hanzava" serialı Yaponiyada reytinq fenomenidir.  
Bu il Azərbaycan - Yaponiya diplomatik münasibətlərinin 30 illik yubileyidir və bu münasibətlə bir neçə layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bununla bağlı ətraflı məlumat verən "Xəzər TV" Baş prodüseri Toğrul Məmmədov bildirib ki, Yaponiyanın Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıq müqavilə və lisenziya əsasında həyata keçirilir: "Yaponiyada  lisenziyalar dövlət qurumunda olur və "Japan Foundation" şirkəti bu lisenziyanı o qurumdan 3 illik "Xəzər Media Mərkəzi"nə verilməsini təmin edib.  Bu ilin əvvəllərindən isə bizə göndərilən materialların dublyaj prosesinə başlanılıb". 
Toğrul Məmmədov onu da əlavə edib ki, prosesin asanlaşdırılması üçün  "Naoki Hanzava" serialı dilimizə yapon dilindən deyil, ingilis dilindən tərcümə olunub. 
Filmin dublyaj prosesi "Xəzər Media Mərkəzi"ndə Azərbaycanın Xalq artisti Sabir Məmmədov, Emin Nəsirli, Ofeliya Novruzqızı, Məsmə Aslanqızı və başqalarının iştirakı ilə həyata keçirilib.       
Yaponiyanın Azərbaycandakı Səfirliyindən "Xəzər Media Mərkəzi"nə təqdim olunan filmlərin arasından müasir bank sektoruna uyğunluğu, korporativ münasibət və etik davranışları əks etdirdiyinə görə "Naoki Hanzava"seçilib: "Yaponlar daha çox öz irs və mədəniyyətlərini əks etdirən filmlərə üstünlük verirlər. Biz "Naoki Hanzava" filmini həm də formatının müasir tələblərə uyğun olduğu üçün seçdik".

Şou Biznes     Baxılıb: 1221   Tarix: 28 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

.

Mehmet Ali Erbil hönkür-hönkür ağladı - 'Bunu uşaqlığıma bağışlayın

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil səhnədə hönkür-hönkür ağlayıb. Məşhur şoumen "Hayatım Yalan" adlı təkadamlıq tamaşasında tamaşaçılar qarşısında uşaqlıq illərindən danışarkən duyğulu anlar yaşayıb. Erbi

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

.

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirilib. Sənətçinin səhhətində problem yaranıb. İlkin məlumata əsasən, onun arterial təzyiqinin yüksəlib. Onun xəstəxanaya yerləşdirilməsinin dəqiq səbəbi hələlik məlu

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

turlar.az

gözəllik məhsulları makiyaj etmek qaydalari sac duzumleri qadınlar və kişilər sızanaqlara qarşı maska güllərin mənası mektebli sac duzumleri kosmetika qurd xəstəliklərinə qarşı mualicə vetene aid bayati vətən həsrəti damla novruz haqistalari