Düşmən gülləsindən şans əsəri qurtulmuşdum...- azərbaycanlı aparıcı

Düşmən gülləsindən şans əsəri qurtulmuşdum...- azərbaycanlı aparıcıGünay Yelmarqızı
26 Fevral səhəri Ağdamda qəribə bir hüzün var idi. Hər kəsin üzündə bir kədər, hər kəsin gözündə yaş... Hamı Xocalıya ağlayırdı... Əslində şəhər o gecəni yatmamışdı, səhəri dirigözlü açmışdı. Xocalıların pənah yeriydi Ağdam, ümid yeriydi...
O gecə də son ümidlərini Ağdama bağlamışdılar. Canını qurtara bilən Ağdama sığnmışdı, Xocalıdan olan yaralıların yarasını Ağdam sarıdı. Meyidlərin son ünvanı da Ağdam Məscidi oldu. Bu gün Ağdam torpağında nə qədər Xocalı sakini yatır görəsən?! Bilmirəm... Bircə onu bilirəm ki, qırğından sonra günlərlə Ağdama gətirilən xocalıların dəfn edildiyini eşidirdim böyüklərdən. Yaralılara üzülürdülər, şəhərimizə gələn xocalılara nə kömək edə biləcəklərini danışırdılar. Ağdam yas içindəydi... Ağdam başdan-başa Xocalıydı...
...Ağdam Xocalıdan qaça bilən insanlarla doluydu. Ermənilərin qəfil hücumundan xəbərsiz olan bu günahsız insanlar ayaqyalın, başıaçıq canlarını götürüb qaçmışdılar. Çoxu yaralı idi. Yaralıların ah-naləsi, ana-bacıların fəryadı ərşə qalxmışdı. Amma hamının gözü Xocalıya zillənmişdi, hamı Xocalıda qalanları düşünürdü. Yaxınlarını, doğmalarını axtarır, göz yaşı tökürdülər. Necə insanlıq dramının, insanlıq faciəsinin baş verdiyini dərk etmək üçün bu mənzərəni görmək kifayət idi... Mən bu mənzərəni görməmişdim. Böyüklərdən eşitmişdim...
Cəmi 11 yaşım vardı, Xocalı faciəsinin ağrısını, böyüklüyünü dərk etmirdim hələ. Və məni yalnız bir sual narahat edirdi: Görəsən məktəbdə xocalılar üçün hazırladığımız yardımın içində (Xocalı aylarla mühasirədə qaldığı üçün məktəbdə ərzaq, isti corab, geyimlər toplayıb göndərirdik onlara. Bəlkə bir köməyimiz dəyər deyə. Mən göndərdiyim payın içərisinə öz oyuncaqlarımdan birini qoymuşdum) göndərdiyim oyuncaq hansı uşağa çatıb? Görəsən o uşaq indi hardadır, görəsən o da Ağdama gəlibmi? Bunu sadəcə ürəyimdə düşünürdüm. Amma heç kimə demədim, içimdə qaldı...
O uşağın kim olduğun heç vaxt bilmədim. O uşağın taleyinin necə olduğunu da heç vaxt bilməyəcəm. Bəlkə də o həmyaşıdım Xocalıda vəhşicəsinə qətlə yetirilən 63 uşaqdan biri oldu. Bəlkə oyuncağını da götürüb qaçanda namərd düşmənin gülləsinə tuş gəldi, ya da yolda qarda, buzda dondu həyatı - oyuncağı ilə bir yerdə. Ya da bəlkə şans əsəri qurtula bildi...
...Mən də şans əsəri qurtulmuşdum düşmən gülləsindən. Xocalı faciəsindən təxminən il yarım sonra. Ağdamda "qrad" güllələrinin yağışı altında gözlərim qorxudan o qədər böyümüşdü ki... Nə baş verdiyini anlamırdım belə... Bizə niyə hücum edirlər ki, evimizə niyə "qrad" atırdılar sualları ilə ölümdən qaçanda, ağlıma da gəlməzdi ki, bu, mənim Ağdamdan son çıxışımdır. Bir oyuncağımı belə götürməmişdim... Bu, mənim evdimdən, doğulduğum torpaqdan və uşaqlığımdan son qaçışım idi...
Sonra Bakı... Yataqxana həyatı... Bir dəfə ABŞ-dan hansısa bir təşkilatdan yardım gətirmişdilər. Amerikalı uşaqlardan. O vaxt nə yazıldığını anlamadığım şəkilli kitablar, bloknotlar, geyimlər və bir də balaca bir oyuncaq var idi mənim payıma düşən yardımın içərisində...
...Müharibələrə nifrət edirəm... Onlar bizim uşaqlığımızın qatilidir... Xocalıda 63 uşaq böyümədən öldü, o faciədən sağ qurtula bilən uşaqlarınsa uşaqlıqları elə Xocalıda qaldı. Biz uşaqlığımızı yaşamadan böyüdük... Bu dünyada hər şeyi bərpa etmək mümkündür. Torpaqlarımız geri alınacaq, buna inanram. Daha gözəl evlər tikiləcək o torpaqlarda, əvvəlkindən daha gözəl həyat olacaq. Bəs bizim itirilmiş uşaqlığımızı kim qaytaracaq? Dunya birliyindən soruşuram bunu - kimin müharibə uşaqlarının itirilmiş uşaqlığını qaytarmaq gücü var?..
...Mən Xocalıya Ədalət istəyirəm, Ağdama Ədalət istəyirəm, bütün itirilmiş torpaqlarımıza Ədalət istəyirəm. Hanı sənin ədalətin Dünya?..
modern.az

Xəbərlər     Baxılıb: 1577   Tarix: 26 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Bazarda 4 manata satılan bu möcüzə təzyiqi stabilləşdirir

Görünüşünə görə kartofla qarışdırılan, lakin tibbi xüsusiyyətlərinə görə "təbii təzyiq tənzimləyicisi" adlandırılan yerarmudu, müasir tibbin diqqət mərkəzindədir.  xəbər verir ki, yerarmudu çox yüksək miqdarda kaliu

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Kartof qızartmağın ən sağlam üsulu hansıdır? - Araşdırma

Araşdırmalar göstərir ki, milyonların sevimlisi olan kartof qızartmasını daha sağlam və az yağlı hazırlamağın yolu məlum olub. "Current Research in Food Science" jurnalında dərc olunan yeni elmi iş mikrodalğal

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

hamiləlik makiyaj etmek qaydalari geyim dəbləri dil haqqinda atalar sozu sağlamlığa aid atalar sözləri bizim məşhurlar kosmetologiya kosmetika burclerin uyumu balıq zəhmət prostat əfsanələr