Düz bağırsaq sallanması. SƏBƏBLƏR və MÜALİCƏSİ

Düz bağırsaq sallanması. SƏBƏBLƏR və MÜALİCƏSİDüz bağırsaq yoğun bağırsağın ən aşağı hissəsidir, uzunluğu 12-15 sm-ə çatır, onun davamı anal kanal və anal dəliklə bitir.
Anal kanal bir sıra bağ və əzələlərin köməyi ilə çanağa təsbit olunur. Həmin əzələ-bağ aparatının zəifləməsi rektal prolapsa (bağırsaq sallanmasına) səbəb olur.
Rektal prolaps - latınca "prolapsus recti" və ya düz bağırsaq sallanması anal dəlikdən düz bağırsağın tam və ya hissəvi xaric olması ilə xarakterizə olunan xəstəlikdir.
Düz bağırsaq sallanmasına səbəb olan amillər:
- Çanaq dibinin əzələ quruluşunun patoloji dəyişilməsi;
- Qarındaxili təzyiqin artması;
- Anal sfinkterin tonusunun zəifləməsi;
- Arxa Duqlas boşluğunun, yəni düzbağırsaq-uşaqlıq çuxurunun normadan dərin olması;
- Düzbağırsağı saxlayan əzələlərin zəifləməsi;
- Bağırsaq çözünün uzanması;
- Daimi uzun müddətli qəbizlik;
- S-ə bənzər bağırsağın uzanması;
- Oma və büzdüm sümüyünün vertikal yerləşməsi;
- Onurğa beynin bel-oma nahiyyəsinin zədələnməsi;
- İrsi meyillik;
- Qadınlarda ağır doğuş;
- Qeyri-düzgün cinsi oriyentasiya.
Əlamətləri
Düz bağırsaq sallanmasının kliniki təzahürləri tədricən və ya qəflətən inkişaf edə bilər. Xəstəni ilk olaraq anal dəlik nahiyyəsində yad cisim hissiyyatı, diskomfort, daimi yalançı defekasiya çağırışı (tenezm hissi), qaz və ya nəcis xaric olan zaman ağrılar narahatlıq yaradır. Düz bağırsağın selikli qişası xaric olanda bağırsaq çözü dartıldığına görə bəzən hətta şoka və ya kollapsa səbəb olan kəskin ağrılar müşahidə edilir. Xəstəlik əsasən gedişatına görə bir neçə mərhələdə inkişaf etsə də, bəzən həddən artıq fiziki gərginlik, qarındaxili təzyiqin kəskin artması və s. səbəblərdən düz bağırsaq ən ağır formada anal dəlikdən xaric olur.
İlkin mərhələdə düz bağırsağın ancaq selikli qişasının kiçik bir hissəsi defeksiya aktında xaricə çıxır və öz-özünə geriyə qayıdır. İkinci mərhələdə gücənmə vaxtı düz bağırsağın selikli qişası bütünlüklə çevrilərək anal dəlikdən xaric olur, çətinliklə də olsa öz-özünə geriyə qayıdarkən damarlar zədələndiyinə görə yüngül qanama müşahidə edilir. Üçüncü mərhələdə təkcə gücənmədə deyil, fiziki yük qaldıranda, gərginlik keçirəndə, hətta öskürmə və asqırma zamanı da düz bağırsağın selikli qişası anal dəlikdən xaric olur. Selikli qişa üzərində qansızmalar daha da artır, eroziv zədə nahiyələri əmələ gəlir, qanaxma müşahidə edilir. Qeyri-iradi nəcis və qaz ifrazı baş verir, düz bağırsaq ancaq kənar müdaxilə ilə geriyə qaytarılır.
Daha ağır hal olan dördüncü mərhələdə yerimə zamanı və hətta ayaq üstə duranda düz bağırsaq yoğun bağırsağın S-ə bənzər hissəsilə birlikdə xaric olur. Həmin vaxt selikli qişa üzərində nekrotik sahələr, anal dəlik ətrafında hissiyyatın pozulması və güclü qaşınma müşahidə edilir, bağırsağın geriyə qaytarılması isə cərrahi müdaxilə tələb edir.
Xəstəlik daha çox 4 yaşına qədər uşaqlarda əsasən uzunmüddətli qəbizlik və bağırsaq infeksiyaları zamanı müşahidə edilən kəskin ishallar nəticəsində baş verir. Uzun müddət həddən artıq gücənmə ilə müşahidə edilən həmin hallar zamanı uşaq güvəcdən durarkən anus ətrafında çox qısa müddətdə al-qırmızı rəngdə selikli qişa görünür. Xəstəliyin ilkin əlaməti olan həmin hal valideynin diqqətini cəlb etməli və dərhal həkimə üz tutulmalıdır.
Rektal prolaps və hemoroy bəzən qanaxma, anal dəlikdən toxumaların xaric olması kimi oxşar xüsusiyyətlər daşıyır. Hemoroy zamanı anal dəlikdən genişlənmiş venoz düyünlər xaric olur. Onlar bir-birindən xaric olan selikli qişanın üzərindəki büküşlərə fikir verərkən ayırd edilir. Düz bağırsaq sallanması zamanı büküşlər köndələn, hemoroidal düyünlər zamanı isə boylama yerləşir.
Müalicəsi
Düz bağırsaq sallanmasının müalicəsi xəstəliyin gedişatı, mərhələsi, baş vermə səbəbi və xəstənin yaşından asılı olaraq konservativ və cərrahi ola bilər. Konservativ müalicə əsasən gənc və orta yaşlılarda xəstəliyin ilkin mərhələsi zamanı tətbiq edilir. Xəstəyə aralıq və canaq dibi əzələlərini möhkəmləndirən müalicəvi idman hərəkətləri, xüsusi masaj, düz bağırsaq nahiyyəsinə sklerozlaşdırıcı inyeksiyalar, fizioterapevtik müalicələr ilə yanaşı defekasiya aktını normallaşdıran və qəbizliyin qarşısını alan müalicə tətbiq edilir.
Xalq təbabəti reseptləri
- 1 çay qaşığı qurudulmuş bataqlıq kəcəvəri üyüdülür, üzərinə 1 stəkan soyuq su əlavə edilir. 12 saat dəmlənib süzüləndən sonra ilıq şəkildə qəbul edilir.
- 1 çay qaşığı aslanpəncəsi bitkisi üzərinə 2 stəkan qaynar su əlavə edilir, 15-20 dəqiqə dəmlələnəndən sonra süzülür, gün ərzində qəbul edilir.
- Qurudulmuş çobançantası otu soyuq suda yuyulur, xırdalanır, yarım litrlik şüşə qaba doldurulur və üzərinə onun 3/4 hissəsi qədər 40 faizli spirt əlavə edilir. Mütəmadi çalxalamaq şərti ilə qaranlıq yerdə 2-2,5 həftə saxlanandan sonra süzülür. Gün ərzində bir neçə dəfə hazırlanan cövhərlə anal dəlik nahiyəsinə təpitmə qoyulur.
- 1 çay qaşığı aptek çobanyastığı çiçəkləri üzərinə 1 stəkan qaynar su əlavə edilir, 15-20 dəqiqə dəmlənir. İsti şəklidə üzərində oturula bilən iri vannaya əlavə edilir. İsti yun şala bürünərək dəmləmənin buxarında oturulur.
- 1 xörək qaşığı adi dəlibəng üzərinə 1 stəkan qaynar su əlavə edilir, qaynar su hamamında 20 dəqiqə dəmlənir, 15 dəqiqə otaq temperaturunda soyudulur, süzülür. Alınan dəmləmə ağzıbağlı şüşə qabda 2 sutkaya qədər saxlanıla bilər. Həmin dəmləmə ilə yatmazdan əvvəl oturaq vanna, yuyunma və ya imalə edilir. İmalə üçün 1 istəkan ilıq suya 1 çay qaşığı dəmləmə əlavə edilir.
- Heyva şirəsi ilə düz bağırsağa təpitmə edilir.
- Qastren çayı dəmləməsi ilə oturaq vanna və ya imalə edilir.
- Bərabər miqdarda qurdpəncəsi kökü, dərman adaçayı yarpaqları, adi palıd qabığı, zəyərək toxumları qarışdırılır. Qarışıqdan 3 xörək qaşığının üzərinə 400 qram qaynar su əlavə edilir, qaynama həddinə çatdırılır, ocaqdan götürərək 12 saat dəmlənir, sonra yenidəm qaynama temperaturuna qədər zəif ocaqda qızdırılaraq süzülür. Bir hissə tənzif alınan dəmələmədə isladılaraq düz bağırsağa qoyularaq 4-5 saat saxlanır.
- Fitooil Vərəmumlu çaytikanı yağı ilə düz bağırsağa mikroimalə edilir.
Mənbə: Herba Flora jurnalı
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1225   Tarix: 03 iyul 2022
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kosmetik məhsulları seçərkən nəyə diqqət etməliyik?

"Kosmetik məhsulların düzgün seçilməsi və istifadəsi insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabınd

.

Qarın piyinin səbəbi çox yemək deyilmiş

Yeni araşdırma yaş artdıqca piyin niyə əsasən bel və qarın nahiyəsində toplandığını üzə çıxarıb. Bir çox insan yaşlandıqca çəkisi demək olar ki, dəyişməsə də, qarın nahiyəsinin böyüdüyünü müşahidə edir. Bu isə təkcə esteti

.

Toyuq ətinin yaratdığı ciddi risklər: Alimlərdən yeni araşdırma

Oksford Universitetinin alimləri sənaye üsulu ilə fəaliyyət göstərən quşçuluq fermalarının təhlükəli bakteriyaların yayılması baxımından ciddi risk daşıya biləcəyini bildiriblər. xəbər verir ki, araşdırma zamanı son 45 i

.

Əllərinizdə bu əlamətlər varsa, diqqətli olun

Əllərdə gün ərzində davam edən ağrı və sərtlik oynaqların aşınması (osteoartrit) xəstəliyinin əlaməti ola bilər. Bu xəstəlik oynaqları qoruyan qığırdağın zamanla nazilməsi və aşınması nəticəsində yaranır. xəbər verir ki

.

Qızdırmanı belə salmağa çalışmayın - Təhlükəlidir

Xalq arasında qızdırmanı salmaq üçün istifadə edilən üsullardan biri də ayaqları isti suya qoymaqdır. Lakin bu metod hər zaman faydalı hesab edilmir və bəzi hallarda vəziyyəti daha da ağırlaşdıra bilər. xəbər verir ki, yüksə

.

Bu qidalar stresi azaldır

Gündəlik həyatın gərginliyi ilə mübarizə aparmaq üçün düzgün qidalanma da mühüm rol oynayır. axşam.az-a istinadən bildirir ki, orqanizmin kifayət qədər vitamin və mineral alması stressin təsirlərini azaltmağa kömək edə bilər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Ayaqlarınızı duz və soda ilə yuyun: Görün nə edir

Uzun və yorucu bir gündən sonra ayaqlarınızdakı ağırlıqdan qurtulmaq üçün bahalı qulluq məhsullarına ehtiyacınız yoxdur. Duz və soda ilə ayaqlarınızı həm rahatlaya, həm də təravətləndirə bilərsiniz. xəbər verir ki, çox vax

.

Kişi beyni 32 yaşına qədər inkişaf edə bilər – Yeni araşdırma

"Nature Communications" jurnalında dərc olunan yeni araşdırma kişilərdə qərarvermə, impulsların idarə olunması və risk qiymətləndirilməsinə cavabdeh olan beyin nahiyələrinin orta hesabla 32 yaşına qədər inkişa

turlar.az

yaz geyimleri 2026 geyim seçimi sade makiyaj sekilleri əlibala hacızadə ata ve qiz dolu xanimlar ucun donlar terevezler kosmetika rus dilini öyrənək lakonizim xerceng ağır itki haxista