Düz bağırsaq xərçəngi - əlamətləri, diaqnostikası və müalicəsi

Düz bağırsaq xərçəngi - əlamətləri, diaqnostikası və müalicəsiDüz bağırsaq xərçəngi yoğun bağırsağın distal şöbəsinin epitel mənşəli bədxassəli şişidir. Patologiya nəcis kütlələrində selik və qan qarışığı, düz bağırsaq qanaxmaları, oma və aralıq nahiyəsində ağrılar, zəiflik, arıqlama, anemiya ilə təzahür edir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, mədə-bağırsaq traktının bədxassəli törəmələrinin 45%-i düz bağırsaq xərçənginin payına düşür. Kişilərdə bu xəstəliyə 1,5 dəfə çox rast gəlinir. Düz bağırsaq xərçənginin yaranma ehtimalı yaşla düz mütənasibdir. 40 yaşından yuxarı şəxslər risk qrupuna daxildir. Bu da düz bağırsağın epitel hüceyrələrində yaşla əlaqədar baş verən dəyişikliklərlə izah olunur. Düz bağırsaq müayinə baxımından rahat nahiyədə yerləşsə də onun xərçəngi adətən gecikmiş mərhələlərdə aşkarlanır, belə hallarda radikal müalicə üsulları az effektiv olur. Xəstələrin 5 illik sağqalma ehtimalının 40-60% təşkil etməsi bu problemin aktuallığını daha da artırır.
Yaranma səbəbləri
Düz bağırsaq xərçənginin inkişafı ilə qidalanma xüsusiyyətləri arasında asılılıq müəyyən edilmişdir. Xəstəlik adətən yağların üstünlük, sellülozanın isə azlıq təşkil etdiyi qidalara üstünlük verən şəxslərdə aşkarlanır. Ət məhsullarından çox istifadə olunması yoğun bağırsaq xərçənginə şərait yaradır. Bədxassəli şişlərin inkişaf riskini artıran amillərə yoğun bağırsağın xroniki iltihabi xəstəlikləri, qeyri-spesikik xoralı kilit, kron xəstəliyi, aiddir. Metabolik xəstəliklər (şəkərli diabet, metabolik sindrom, piylənmə) də kanserogen faktorlar sırasına daxildir.
Əlamətləri
Düz bağırsaq xərçənginin erkən mərhələləri adətən simptomsuz gedir, bu da bədxassəli prosesin vaxtında aşkarlanmasını çətinləşdirir. Şiş inkişaf etdikcə müxtəlif əlamətlərlə özünü büruzə verir. Xəstəliyin ən çox rast gəlinən təzahürlərinə qəbizlik və ya ishal, bağırsaq keçməməzliyi, anal dəlikdən qanaxmalar, naməlum etiologiyalı anemiya, qarnın aşağı hissəsində ağrı, "lentşəkilli"("karandaşabənzər") nəcis aiddir. Onkoloji proses inkişaf etdikcə  iştahsızlıq, ümumi halsızlıq, əzginlik, arıqlama halları artır.
Müalicəsi
Düz bağırsaq xərçənginin əsas müalicə üsulu şişin, qonşu toxumalar və limfa düyünlərinin cərrahi yolla kəsilib götürülməsindən ibarətdir. Müalicə taktikası xəstəliyin mərhələsi, şişin ölçüsü, limfa düyünlərinin, digər toxuma və orqanların metastatik zədələnmə dərəcəsindən asılıdır. Şişin ətraf toxumaların dərin qatlarına yayılması, çoxsaylı metastazların olması  əməliyyata göstəriş sayılır. Bu müalicə üsulu bağırsaq mənfəzinin açılması və xəstənin vəziyyətinin yaxşılaşdırılması üçün şişin xaric edilməsindən ibarətdir. Gecikmiş mərhələlərdə sağalma mümkün deyil. Əksər hallarda  bədxassəli hüceyrələrin yayılmasını ləngitmək məqsədilə şişin cərrahi müalicəsi kimya və ya radio-şüa terapiyası ilə birgə aparılır.
Kimyaterapevtik müalicə xərçəng hüceyrələrinin böyüməsini zəiflədən dərman preparatları ilə icra olunur. Təəssüflə qeyd etmək lazımdır ki, kimyaterapiyada istifadə olunan sitotoksik preparatlar xərçəng hüceyrələrinə yüksək spesifikliyə malik deyil. Belə müalicənin yan təsirləri çoxdur. Lakin düz bağırsaq xərçəngi vaxtında aşkarlandıqda cərrahi müalicə ilə kimyaterapiyanın müştərəkliyi müsbət effekt verir, xəstəliyin residiv riskini əhəmiyyətli dərəcədə azaltmaqla pasiyentlərin sağalma ehtimalını yüksəldir.
Düz və yoğun bağırsağın xərçəngində şüa terapiyası bəzən şişin cərrahi yolla xaric edilməsindən sonra residivlərin profilaktikası, eləcə də törəmələrin ölçülərinin kiçildilməsi və simptomatikanın yüngülləşdirilməsi məqsədilə tətbiq olunur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1714   Tarix: 16 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

turlar.az

geyim dəbləri kosmetik vasiteler yaz geyimleri 2026 roya ayxan gilasın faydası yuxuda balqabaq sifahi xalq ədəbiyyatı kosmetika novruz bayrami hakisda hakıştalar xanim az baldiz yemekler