Düzgün oturuş qaydalarına əməl etməmək onurğa əyriliklərinə səbəb olur

Düzgün oturuş qaydalarına əməl etməmək onurğa əyriliklərinə səbəb olurOfis şəraitində işləyənlər, eləcə də tələbə və şagirdlər, bir sözlə, insanların böyük bir qismi vaxtının çoxunu kompüter arxasında keçirir. Həmin hal davamlı olduqda isə bel və boyun ağrıları, orta yaşlarda varikoz, ayaq ağrıları, onurğa əyriliyi, həmçinin gözlə əlaqədar problemlərə aparıb çıxarır. həkimlər bildirirlər ki, düzgün oturuş qaydalarına lap körpəlikdən alışmaq lazımdır.
Milli.Az bildirir ki, həkim-fizioterapevt Səidə Kərimova AZƏRTAC-a deyib: "Valideynlər uşaqların düzgün oturuş qaydalarını lap körpə vaxtlarından formalaşdırmalıdırlar. Məsələn, uşağı altı ayından tez oturtmaq olmaz. Bu, gələcəkdə onlarda onurğa problemlərinə səbəb olur, qamət pozuntusu yaradır. Həmin pozuntu isə get-gedə onurğada əyriliklər əmələ gətirir. Onurğanın yana əyilməsi skolioz, önə əyilməsi kifoz, içəriyə doğru əyilməzi isə lordoz adlanır. Qamət pozuntusu əmələ gəldikdə isə onurğada artıq disk yırtıqları yaranır".
Günün çox hissəsini işdə keçirənlər düzgün oturmağa çalışmalı, işlədikləri məkanda özlərinə rahatlıq yaratmalıdırlar. Həkim-fizioterapevt bildirib: "Oturaq iş şəraitində və ya ofisdə çalışanlar 6-8 saat hərəkət etmədən oturmalı olurlar. Yaxşı olar ki, onlar arada durub otağın içərisində olsa da, müəyyən fiziki hərəkət etsinlər, heç olmasa, bir qədər addımlamaq lazımdır. İlk növbədə stolda onurğanı əymədən, düzgün vəziyyətdə oturmaq tövsiyə olunur. Açıq havada gəzmək, onurğaətrafı əzələni gücləndirən idman hərəkətləri etmək məsləhətdir. Baş, boyun və ürək ağrısından şikayət edənlər əsasən stulda düzgün əyləşməyənlərdir".
Mütəxəssislər bildirirlər ki, kompüter arxasında uzun müddət işləyənlər bir neçə qaydaya əməl etməklə sağlamlıqlarını qoruya bilərlər. Uzun müddət oturmaqdan yaranan sərt ağrılardan xilas olmaq üçün ofis şəraitində bir neçə idman hərəkəti etmək çox faydalıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1532   Tarix: 28 fevral 2021
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

toy makiyaji sekilleri toy gecesi aksessuarlar gözəl xanım badimcan salati ureyin isemik xestelikleri şəxsi inkişaf kosmetika rəksanə itburnu aslan novruz bayramına aid hakıştalar qadin saglamlig