Duzun orqanizmə vurduğu 6 ziyan

Duzun orqanizmə vurduğu 6 ziyanYeməyin dadını artırmaq üçün istifadə olunan duz həddindən artıq istehlak edildikdə bir çox sağlamlıq probleminin yaranmasına gətirib çıxarır.
Milli.Az Axşam.az-a istinadən duzun yaratdığı xəstəlikləri təqdim edir.
1. Hipertoniya
Yüksək qan təzyiqi həddindən çox duz istehlakı ilə birbaşa əlaqəlidir. Bu da ürək çatışmazlığına, böyüməsinə və infarktlara gətirib çıxara bilər. Gündəlik tövsiyə olunan duz qəbulu təxminən 5 qram, bir çay qaşığıdır. Mənşəyindən asılı olmayaraq xörək duzu natrium xloriddir və onun çoxluğu ürək xəstəlikləri riskini artırır.
2. Böyrək xəstəlikləri
Həddindən artıq duz qəbulu kalsiumun bədəndən sidik vasitəsi ilə çıxarılmasını sürətləndirir. Orqanizmdə kalsium azaldıqda bağırsaqda onun istehlakı artır. Bu da öz növbəsində böyrək daşlarının yaranmasına yol açır. Duzun yüksək dozda qəbulu böyrəklərin daha çox işləməsini tələb edir ki, bu da onların ömrünü qısaldır.
3. Fəlc
Gündəlik sidikdə natriumun miqdarı nə qədər çox olarsa, insult riski bir o qədər çoxdur deməkdir. 
4. Piylənmə
Həddindən artıq duz istehlakı çəkinin artmasına gətirib çıxarır. Şəkərli qidalar qədər istehlak etdiyiniz duzlu qidalar da çəkiyə ciddi təsir edir.
5. Osteoporoz
Duz sümüklərdən kalsiumun xaric olunmasını, sümük strukturunun zəifləməsini, kövrəkliyinin artmasını sürətləndirir. Oturaq həyatın artması və duzlu "fast-food" istehlakı sümüyün gücünün azalmasına və zamanla qırılmasına gətirib çıxarır.
6. Ödəm
Həddindən artıq duz qəbulu davam edərsə, orqanizmdə duz yığılır. Hər bir duz molekulu 4 su molekulunu bağlayır və ürək çatışmazlığı, ödəm, ağciyər ödəmi kimi problemlər yaradır. Ödəm bir çox tibbi problemlərdən, həmçinin hərəkətsizlikdən, karbohidratlı qidalardan və həddindən artıq duz istehlakından qaynaqlanır. Hüceyrələrdə artıq mayenin yığılmasının qarşını almaq üçün duzu istehlakını azaltmaq lazımdır.
Milli.Az 

Xəbərlər     Baxılıb: 1535   Tarix: 04 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

turlar.az

qadin dunyasi geymler 2026 kosmetoloq dərslər toy ideyalari laylalar milli yeməklər kosmetika eqreb xanim az paxlava rus dilini öyrənək