" Əbülfəz bacımı hədələyirdi ki, məndən ayrılsan, onları öldürəcəyəm" - Susananın bacısı

" Əbülfəz bacımı hədələyirdi ki, məndən ayrılsan, onları öldürəcəyəm" - Susananın bacısı"Əbülfəz Susananın saçını qırxanda böyük bacım onlara gedib, niyə belə etdiyini soruşdu. O şairə dediyiniz qayınana bilirsiniz bacıma nə cavab vermişdi? Demişdi ki, siz bacınıza yaxşı tərbiyə verməmisiniz, biz də belə tərbiyələndiririk".

Bir neçə gün öncə yaşadığı binanın balkonundan özünü ataraq intihar edən Bakı şəhər sakini Susana Şərifovanın bacısı Əminə Oxu.Az-a açıqlamasında belə deyib.

O, bacısının qayınanası - şairə, Yazıçılar Birliyinin üzvü Simuzər Nüsrətbəylinin söylədiklərini böhtan və iftira adlandırdı. Doğma bacısının faciəsindən danışmaq Əminə xanıma çətin olsa da, müsahibə vermək məcburiyyətində qaldığını dedi:

"Bacım günorta saat 3-də ölüb, biz 8-də saytlardan xəbər tutduq. Bacımın meyitini morqda qoyub qaçmışdılar. Bacımın ölüm videosunu görüb dəhşətə gəldik. Xəstəxanaya necə çatdığımızı bir Allah bilir. Dünən bizim başımız bacımın 3 mərasiminə qarışıb, qayınanası saytlara müsahibə verərək məni rüsvay edib.

O qadın deyir ki, guya mən "Instagram"da bacımın sinəsi açıq fotolarını paylaşıram. Yalan deyir. Mən yalnız bacımın intihar videosunu paylaşmışam. Düzdür, yazmışam ki, əri Əbülfəz ilə qayınanası onu bu həddə çatdırdılar. Ağzına gələni danışıb. Mən də onun kimi edə bilərəm, barəsində hər söz deyə bilərəm. Amma gərək hər söylədiyimizin arxasında dayana bilək. Özünü və oğlunu müdafiə etmək üçün olmayan şeylər danışaraq məni biabır edir. Onu da, müsahibə verdiyi saytı da məhkəməyə verəcəm. Mənim mövqeyimi öyrənmədən o qadının dediklərini hansı ixtiyarla yazıblar? Bacıma vermədiyi zülmlər qalmayıb, indi də deyir ki, kaş sağ olaydı, yazılanlara cavab verəydi".

Əminə xanım bacısının əri tərəfindən mütəmadi şəkildə fiziki, psixoloji və mənəvi təcavüzə məruz qaldığını ürək ağrısıyla danışdı:

"Beş bacı olmuşuq, bir qardaş. Əri Susananı heç birimizlə ünsiyyət qurmağa qoymurdu. 2 ildir bacımla danışmırdım, yoldaşı icazə vermirdi. Deyirdi ki, gəlib onu doldurursan. Əbülfəzin özüylə 2 il 5 aydır küsülüydük. Aprelin 16-da bircə qardaşımızın toyu oldu. Buraxmadı. Heç nə demədik. Dedik iki balası var, təki mehriban olsunlar. Böyük bacım da onların toyuna getməmişdi. Çünki yeznəmiz onun narkoman olduğunu bildiyindən Susananın ona ərə getməsinə razı deyildi. Bu səbəbdən onların evlənməsini heç istəmirdik. Əbülfəz də toydan sonra Susananı bizdən ayırdı. Ata evinə gəlməyə icazə vermirdi.

2 ay bundan əvvəl uşaqlarını evdə qoyub, qaçıb gəlmişdi. Əri döymüşdü, işgəncələr vermişdi... Qayıtmaq istəmirdi. Məhkəməyə, polisə müraciət etmişdik. Üç gündən sonra gəldi, yalvardı, dilə tutdu, apardı. Bacım uşaqlarına görə məcburən qayıtdı".

Əminə xanım Susananın psixoloji probleminin olmadığını, amma Əbülfəzdən həddindən artıq çox qorxduğunu deyir:

"Bizə görə Əbülfəzdən qorxurdu. Bizi öldürəcəyilə bacımı hədələyirdi. Deyirdi ki, məndən ayrılsan, onları öldürəcəyəm. Bir tanışı metroda məni görüb, telefonla şəklimi çəkib ona göndərmişdi. O da həmin şəkili Susanaya göstərib deyirdi ki, bax, bacını izlətdirirəm. Sözümə baxmasan, öldürərəm. Qardaşımı bomba ilə partladacağı ilə hədələyirdi. Susana bizə görə çox qorxurdu. Nə qədər desək də, "boş-boş sözlərdir, inanma", yenə də qorxurdu. Çünki Əbülfəz bacımı döyüb, gözünü qorxutmuşdu".

Xəbərlər     Baxılıb: 2281   Tarix: 19 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

Kanadanın McGill Universitetinin alimləri cəmi 20 dəqiqəlik fiziki məşqin yuxusuzluğun yaddaşa mənfi təsirlərini azaltmağa kömək edə biləcəyini müəyyən ediblər. xəbər verir ki, araşdırmada 30 saat ərzində oyaq saxlanıla

.

Dabanınız çatlayırsa, bunu edin

Daban çatlaması həm estetik, həm də tibbi baxımdan narahatlıq yaradan geniş yayılmış dəri problemidir. Əksər hallarda dərinin quruması ilə başlasa da, vaxtında qulluq edilmədikdə ağrı, qanama və infeksiya riski yarada bilər

.

Yayda idman edənlər bunlara diqqət etməlidir

Yay aylarında havanın temperaturunun yüksəlməsi idman zamanı orqanizmin daha çox yüklənməsinə səbəb ola bilər. xəbər verir ki, isti havada məşq edən şəxslər bəzi vacib məqamlara diqqət etməlidirlər. Məşq vaxtını düzgün seçin

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Alkoqol içənlərin beynində nə baş verir? - Alimlər səbəbini açıqladı

Yeniyetməlik dövründə təkrar və həddindən artıq alkoqol istifadəsinin beynin strukturuna və fəaliyyətinə mənfi təsir göstərdiyi müəyyənləşib. xəbər verir ki, araşdırma ABŞ-nin Marşall Universitetinin Joan C. Edwards Tib

.

Yod çatışmazlığı təhlükəlidir

Yod tiroid hormonunun istehsalı üçün vacib bir elementdir. Həm çatışmazlıq, həm də artıqlıq orqanizm üçün ciddi təhlükədir.  xəbər verir ki, yod daha çox cod, ton balığı və süd, qatıq və pendir kimi süd məhsullarında olur

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

geymler 2026 yemek reseptleri gözəllik məhsulları göyəmin faydası pirojnalar qara gavalinin faydalari arıqlama pəhriz kosmetika ginekoloq fitat faydalı məsləhətlər insan sac duzumleri