Ədalət Şükürov xanımından danışdı: "Heç nəyim yox idi, yataqxanada yaşayırdıq"

Ədalət Şükürov xanımından danışdı: "Heç nəyim yox idi, yataqxanada yaşayırdıq""Biz evlənəndə həyat yoldaşım sadə Ədalətə ərə gəldi. Bir otaqlı evim vardı. Həyat yoldaşım uzun illər bankda işləyirdi, ali savadlı xanım idi. Sonra Sank-Peterburqa köçdük, məni rejissor işləməyə göndərmişdilər, yataqxanada yaşayırdıq".

Ailem.az-ın məlumatına görə, bunu Space telekanalında Elnarə Xəlilovanın təqdimatında efirə gedən "Xanımlar və cənablar" proqramında əməkdar artist Ədalət Şükürov deyib. Ailə qurmağından danışan müğənni çətin günlər keçirdiklərini etiraf edib. Lakin o, həyat yoldaşının hər zaman ona dəstək olduğunu deyib: "Biz evlənəndə mənim heç nəyim yox idi. Heç həyat yoldaşım bilmirdi ki, mən müğənni olub populyarlaşacam. Sadəcə bir məsələ var, əgər görürsənsə, həyat yoldaşın çayı soyuq içə bilmir, vermə, nəsə xoşuma gəlmir, bunu etmə. Həyat yoldaşım məni qısqanırsa, mən də ona heç vaxt qısqanmağa səbəb vermərəm. Deyəndə ki, qızı varlı oğlana ver, bu, mənə çatmır. Müdrik xanım odur ki, susur, başa düşür və ailəsi üçün hər şey edir. Olar ki, kişi ömür boyu işləyir, pul qazanıb evə gətirir, arvad biş-düş edib övladlarını böyüdür. Ya da kişi evdə oturur, xanım gedib pul qazanır. Biz müğənnilərin bir çoxunun arvadı işləyir. Hər kişinin işi ola bilməz. Əgər sənin xanımın işləyirsə, ona dəstək olmalısan, çantasını daşımalısan, maşını sürməlisən. Bu, ailəni bərkidir və büdcə evdə qalır".

Ə. Şükürov sənət adamlarının boşanmalarından da bəhs edib. Bir çox ailədə ayrılmaların olduğunu xatırladan müğənni bildirib ki, sadəcə olaraq müğənnilər göz önündə olduğu üçün onların həyatı hər kəsə maraqlıdır: "Bir çox sənət dostlarımın yaxşı ailəsi var. Bu, normaldır. Sadəcə digər insanlardan fərqimiz ondadır ki, bizi tez-tez efirdə göstərirlər və biz maraqlıyıq. Həkimlər, müəllimlər və başqa sənət sahibləri bizim qədər efirə çıxmır. Hər bir insan xoşbəxt olmaq istəyir. Hər kəs istəyir ki, bir dəfə evlənsin və bir ailəsi olsun. Qadın və kişi fərqlidir - həm fizioloji baxımdan, həm də düşüncə və fikirlərdə. Bəziləri deyir ki, həyat yoldaşımla bir-birimizi çox yaxşı başa düşürük, mən buna inanmıram. Ailədə gərək bir-birinə hörmət edəsən".

"Xanımlar və cənablar" proqramın digər qonaqları olan əməkdar artistlər Əjdər Həmidov, müğənni Mənzurə Musayeva, psixoloq Zarina Əliyeva ailənin qorunmasından danışıblar.

Qeyd edək ki, Elnarə Xəlilovanın təqdimatında efirə gedən "Xanımlar və cənablar" proqramı həftə içi 5 gün saat 17:30-dan etibarən iki saat olmaqla Space telekanalında yayımlanır. Proqramın informasiya dəstəyi Lent.az və Ailem.az saytlarına məxsusdur.

Xəbərlər     Baxılıb: 7071   Tarix: 28 may 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

turlar.az

geymler 2026 geyim seçimi yaz geyimleri 2026 muslim somen beautiful hamiləlikdə qidalanma sabir haciyev qidalandirici maskalar kosmetika birlik aslan atalar sözü novruza aid oğlan evine aid hakisda