Ədalət Şükürovdan ermənilərlə bağlı ŞOK AÇIQLAMA: "Biz düşmən deyilik..."

Ədalət Şükürovdan ermənilərlə bağlı ŞOK AÇIQLAMA: "Biz düşmən deyilik...""İnsanların bizim müğənnilərə qarşı aqressiyasını anlamıram. Sosial şəbəkədə hansısa tədbirdən foto paylaşırsan, yazırlar ki, "sizə ayıb deyilmi, camaat acından ölür, siz kef edirsiz". Bu nə rəydir? Bizim ölkədə acından ölən yoxdur".

Bu sözləri BiG.AZ-a açıqlamasında əməkdar artist Ədalət Şükürov söyləyib:

"Həkim işləmək üçün xəstəxanaya gedir, müğənni də səhnəyə çıxır. Dövlət tədbirinə gedəndə deyirlər ki, kef edir. Tədbirlərə getmirsən, deyirlər ki, müğənni tənbəldir, işləmir. Mən onları anlamıram. Uzağa getməyək, ermənilər müğənnilərini elə yüksək tuturlar, onların yazdığı şərhlərə baxanda insan təəccüblənir. Onlar yazırlar ki, filan müğənni, sən bizim fəxrimizsən, səninlə qürur duyuruq, sevimli müğənnimizsən. Bizimkilər isə təhqir yazırlar. O insanlara müəllimləri, valideynləri necə tərbiyə verib? Niyə bizi sevmirlər?

Müğənnilərin işi oxumaqdır. Biz göz önündə olan insanlarıq, lüks yaşamalı, gözəl geyinməli, yaxşı avtomobil sürməliyik. Biznesmenlər bizdən çox qazanır. Onlardan fərqimiz ondan ibarətdir ki, bizi televiziyada göstərirlər, onları yox. Həkimlərin, müğənnilərin kollektivində söz-söhbət daha çox olur, amma hər yerdə müğənnilərin qalmaqalı göstərilir. Biz düşmən, oğru deyilik. Sizin dəvətinizlə məclisinizdə çıxış edirik. Heç bir müğənni özünü kiminsə tədbirinə güclə salmır. Xalqın pulunu yemirik. Yazırlar ki, müğənnilər xalqın pulunu yeyir. Əgər sən kasıbsansa, mən sənin pulunu necə yeyə bilərəm? Biz şad günlərin bəzəyiyik".

Xəbərlər     Baxılıb: 2038   Tarix: 26 aprel 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Göylərdən gələn hədiyyə': Biri 20 manata satılır

Papaya tərkibindəki zəngin minerallar və xüsusi fermentlər sayəsində sadəcə bir qida deyil, həm də müalicəvi vasitə kimi qəbul edilir.  xəbər verir ki, papayanın tərkibindəki ən vacib maddə olan papain fermenti proteinləri

.

Yaz yorğunluğu - Qarşısını necə alaq?

Yaz yorğunluğu orqanizmin dəyişən hava şəraitinə uyğunlaşması nəticəsində ortaya çıxır. xəbər verir ki, temperatur, rütubət və gün işığı müddətindəki dəyişikliklər bədənin bioloji ritminə təsir edərək bəzi insanlarda enerj

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Stresi saniyələr içində yox edən MƏŞQLƏR

Beynəlxalq balet və dartınma studiyaları şəbəkəsi "LEVITA"nın baş məşqçisi Akulina Baxturina stresi dərhal aradan qaldıran ən effektiv məşqləri açıqlayıb. -a istinadən xəbər verir ki, mütəxəssis bu barədə "

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

turlar.az

geymler 2026 aksessuarlar gözəllik məhsulları zire yagi sac ucun mütləq bilməlisiniz üzdəki ləkələr cennet almasinin hazirlanmasi kosmetika gəncə xlor lekesi lakonizim qu quşu aysel