Ədviyyatlar bədənə necə təsir edir?

Ədviyyatlar bədənə necə təsir edir?Ədviyyatsız mətbəx təsəvvür etmək mümkün deyil.
Milli.Az xəbər verir ki, Planas klinikasının (ABŞ) qidalanma şöbəsinin mütəxəssisi və ən yaxşı həkimlər mərkəzinin üzvü Marta Qrey ədviyyatların insan orqanizminə təsirindən danışıb.
"Ədviyyatlar yeməyə xüsusi dad verir və antik dövrdən bəri tibdə də istifadə olunur. Məhsulların faydalı xüsusiyyətlərindən fəal istifadə edirik, məsələn, limon ilə zəncəfil suyunu götürün. Heç kimə sirr deyil ki, belə bir içki şişkinliyi və ödəmi azaldır. Hər ədviyyat bizə müəyyən problemi həll etməyə kömək edə bilər: narahatlığı azaltmaq, immunitet sistemini gücləndirmək, həzmi yaxşılaşdırmaq, artıq mayeni kənarlaşdırmaq və bədəndəki qazları zərərsizləşdirmək. Bu kiçik problemlərin həlli sağlamlığın qorunmasında mühüm rol oynayır. Əlbəttə ki, bütün yeməklərə ədviyyat əlavə etmək də lazım deyil", - deyə mütəxəssis qeyd edib.
Qrey hər ədviyyatın faydası və əks göstərişləri haqqında ətraflı məlumat verib:
Arıqlamaq üçün pəhriz saxlayırsınızsa, müəyyən ədviyyatlar həqiqətən məqsədə çatmağa kömək edə bilər.
Jenşen: Metabolik sürəti artırır, həddindən artıq yemək istəyinin qarşısını alır.
Qırmızı istiot: Həzmi və mədə şirəsinin istehsalını yaxşılaşdırır.
Darçın: Mədə-bağırsaq traktının işini yaxşılaşdırır, qanda xolesterini azaldır.
Qara istiot: Bədəndəki yağların parçalanmasına kömək edir, fermentlərin istehsalını stimullaşdırır.
Zəncirotu: Qaraciyər və öd kisəsi yollarının işini yaxşılaşdırır.
Xardal: Təbii laksatifdir, qanda xolesterinin tənzimlənməsinə kömək edir.
Sarıkök: İltihab önləyicidir, öd xəstəliklərinin aradan qalxmasına kömək edir.
Zəncəfil: İltihabi prosesləri azaldır, doyma hissi yaradır və iştaha nəzarət etməyə kömək edir.
Qarnı düzləşdirmək tez-tez dərmanlarla həll etdiyimiz ən çox görülən problemlərdən biridir. Ədviyyatlar da kömək edə bilər.
Adaçayı: Sidikqovucu xüsusiyyətləri sayəsində bədəndəki artıq mayeni çıxara bilər.
Şalfey: Sidikqovucu xüsusiyyətləri ilə şişkinliyi azaldır, toksinləri və artıq mayeni çıxarır.
Cəfəri: sidik ifrazat sisteminin təmizlənməsini stimullaşdırır. Ödəmə qarşı əvəzedilməz vasitədir.
Atpıtrağı: Bu bitki də sidikqovucu xüsusiyyətləri ilə məşhurdur.
Zəncirotu: Həzmi yaxşılaşdırmağa və bədəndən artıq mayenin çıxarılmasına kömək edir.
Şüyüd toxumu: Sinir sisteminin işini yaxşılaşdırır, toksinləri və ödəmi çıxarır.
Müəyyən effekt üçün yuxarıdakıların hamısı əla işləyir. Ancaq həkim geniş spektrli olması səbəbindən ən çox tövsiyə olunan bu ədviyyatları xatırlatmağı unutmayıb.
Sarımsaq: Qan təzyiqini normallaşdırır, hətta xərçəng əleyhinə təbii antibiotik hesab olunur. Həm çiy, həm də qurudulmuş forması eyni dərəcədə faydalıdır.
Sarıkök: Antioksidant, ağrıkəsici və sakitləşdirici xüsusiyyətlərinə görə faydalı məhsul sayılır. Odur ki, yeməklərə rahatlıqla əlavə edilə bilər. Ən məşhur sarıkök əsaslı qarışığa köri deyilir, tərkibində şüyüd, mixək, keşniş, çili və sarımsaq var.
Adaçayı: Dərman xüsusiyyətləri yalnız həzm sisteminə deyil, həm də bütün bədənə yaxşı təsir göstərir, güclü antioksidant və iltihab önləyicidir.
Mixək: Ədviyyatlar arasında özündə ən çox miqdarda antioksidant ehtiva edir. Həzmi yaxşılaşdırmaq üçün istifadə olunur.
Darçın: Qəhvə və desertləri onsuz hazırlaya bilməzsiniz. Daddan əlavə, iltihab əleyhinə xüsusiyyətlərə malikdir.
İstiot: Arıqlamaq üçün təsirli olur, çünki mədədə xlor turşusu istehsalına kömək edir və bununla da maddələr mübadiləsini sürətləndirir. Salat, ət və balıq ilə yaxşı gedir.
Sui-istifadə edilməməsi lazım olan ədviyyatlar
Müəyyən ədviyyatların istifadəsi tənzimlənməlidir, çünki həmişə faydalı deyil:
"Pəhrizə əlavə etməzdən əvvəl ədviyyatların xüsusiyyətlərini və onların əks təsirlərini bilmək vacibdir. Ancaq qidalanma mütəxəssisi ilə məsləhətləşmək daha yaxşıdır. Ehtiyatla yanaşmalı olduğumuz məhsullar arasında cövüz xüsusi yer tutur", - deyə ekspert əlavə edib:
Cövüz: Vizual halüsinasiya, narahatlıq, taxikardiya, hipertoniya və çox miqdarda psixomotor təşvişə səbəb ola biləcək maddə ehtiva edir. Gündə beşdən yeddi qrama qədər istifadə etsəniz, zəhərli təsir dərhal özünü göstərməyə başlaya bilər.
Duz: Natrium duzun tərkib hissələrindən biridir. Vücudumuzun hüceyrə mayesinin sabit səviyyədə saxlanması üçün ona ehtiyacı var. Bununla birlikdə, duzun artıq olması bədəndə suyun yığılmasına səbəb ola bilər.
Çili bibəri və digər: Onların tərkibindəki maddə mədə-bağırsaq traktının qıcıqlanmasına səbəb ola bilər.
Anis: Körpələr üçün ən çox görülən ağrıkəsicilərdən biridir. Çox yüksək konsentrasiyada, konvulsiya və yuxuya, həmçinin qusma və ishala səbəb ola bilər. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1159   Tarix: 11 may 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

gozel gorunmek toy gecesi geyim seçimi seksual fotolar morugun faydasi günay musayeva yemisan faydasi kosmetika hakisdalar yumurta yuxuda qara ilan gormek hakistalar novruza aid