Efirdə yıxılanlar, sinəsi açılanlar, səsi batanlar - VİDEO

Efirdə yıxılanlar, sinəsi açılanlar, səsi batanlar - VİDEOŞou dünyasının ulduzları canlı efirdə söylədiyi ifadələr, oxuduqları mahnılar, şıdırğı rəqslər və göstərdikləri şoularla sosial mediada tez-tez müzakirələrə səbəb olurlar.

Məşhurlardan kimsə efirdə yıxılsa və ya çıxışı zamanı gözlənilməz hadisə ilə üzləşsə, o zaman bu hal uzun müddət gündəmi məşğul edir.

Oxu.Az canlı efirdə gözlənilməz hadisələrlə üzləşən məşhurları təqdim edir:

Ölkənin əsas ulduzu, Xalq artisti Aygün Kazımova illər öncə ATV-də yayımlanan, aparıcılıq etdiyi "Xeyir ola?" verilişində xoşagəlməz hadisə ilə üzləşib. Diva mahnı ifa edərkən ayağı sürüşüb və yıxılıb. Bu anlar canlı efirə gedib.

Bu, Kazımovanın başına gələn tək hadisə deyil. Belə ki, Xalq artisti bir neçə il öncə "Xəzər" TV-nin səhər şousunda yeni mahnısını ifa etmək istəyərkən ayağı sürüşərək yıxılıb.

Onun yıxılmasına səbəb studiyada yerə səpilən güllər olub. Kazımova ayağa qalxıb və öz ifasını davam etdirib.

Eyni vəziyyətlə şou-biznesin "əjdaha"sı, müğənni Nadir Qafarzadə də üzləşib.

ARB TV-nin "Səhər-səhər" verilişində müğənni Nadir Qafarzadə rəqs etdiyi anda ayağı sürüşüb və yıxılıb. Özünü itirməyən müğənni cəld ayağa qalxaraq rəqsinə davam edib.

Əməkdar artist Almaz Ələsgərli "Space" TV-də yayımlanan "Hər səhər"in canlı efirində yıxılıb.

Digər studiyaya keçmək istəyən müğənninin ayağı büdrəyib və o, üzü üstə yerə dəyib. Lakin kadrlarda A.Ələsgərlinin yıxılması tam göstərilməyib.

ARB TV-də yayımlanan "Səhər-Səhər" verilişin aparıcılarından olan Əməkdar artist Nahidə Orucovanın halı qəflətən pisləşib.

Efirdə yaşanan gərgin anlar kameralara əks olunub. Huşunu itirərək yerə yıxılan aktrisaya veriliş heyəti kömək edib.

Məşhur müğənni, MTV kanalının rəhbəri Rəhim Rəhimli "A-dan Z-yə" verilişində çıxışı zamanı ayağı büdrəyib və yıxılıb.

Özünü itirən R.Rəhimli ayağa qalxıb, "İkinci dəfədir səhnədə yıxılıram", - deyərək mahnısını oxumağa davam edib.

Əməkdar artist Xumar Qədimova el şənliklərinin birində bədbəxt hadisə ilə üzləşib. Sənətçi ifasını təqdim edərkən yıxılıb.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə xanım ifaçının anidən yerə yıxılması və ona kömək edən şəxs əks olunub.

O, bir neçə gün bundan əvvəl Bakıda təşkil olunan el şənliklərindən birində çıxış edib. Hətta Əməkdar artist həmin məclisdən çəkilən görüntülərini "Instagram" səhifəsində də paylaşıb.

Müğənni Mənzurə Musayeva "Xəzər" TV-nin "Hər Şey Daxil" verilişində reklam fasiləsi zamanı xoşagəlməz vəziyyətə düşüb.

Prodüser Orxan İslamov müğənnilər Yeganə Mürsəlova Akbudak və Mənzurə Musayeva ilə selfi etmək niyyəti ilə onlarla zarafat edib.

Zarafatı başa düşən M.Musayeva Orxana "Adə, dolamısan bizi?" deyərkən gözlənilmədən oturduğu kreslodan yerə aşıb. Həmin görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Müğənnilərin canlı efirdə üzləşdiyi bədbəxt hadisələrin sayı-hesabı yoxdur. Bir neçə il öncə müğənni Səidə Sultanın "Space" TV-də aparıcılıq etdiyi verilişlərin birində çılğın rəqsi zamanı sinəsi açılaraq, çöldə qalmışdı.

Sənətçi sinəsinin açıldığının fərqinə varmasa da, bu, həm verilişdə qonaq qismində iştirak edən izləyicilərin, həm də tamaşaçıların gözündən yayınmayıb.

Hadisə kameraların obyektivinə tuş gəlib. Müğənni bu halı görən kimi tez sinəsini əli ilə örtməyə çalışıb. Bu hadisədən sonra verilişlə bərabər, Səidəni də efirdən uzaqlaşdırıblar.

Elə müğənnilər də var ki, çıxışı zamanı onların ya səsləri batıb və ya fonoqramı kəsilib.

"Lider" TV-də yayımlanan "Xoş ovqat" proqramında Əməkdar artist Cavanşir Məmmədov həmkarları ilə birlikdə canlı ifa nümayiş etdirib.

Müğənni canlı yayımda pis vəziyyətə düşüb. Onun xanım həmkarının zil ifasının ardınca ifa etmək cəhdi uğursuzluqla nəticələnib.

Kadrlar sosial şəbəkələrdə paylaşılıb və izləyicilər onu tənqid atəşinə tutublar.

ATV-nin "Zaurla Günaydın" verilişində qonaq olan müğənni Nigar Camal çətin anlar yaşayıb. Canlı efirdə ifaçının fonoqramı iki dəfə kəsilib.

Camal "Səndən uzaq" adlı mahnısını ifa edə bilməyib. Sənətçi baş verənləri zarafata salaraq "Kiminsə ayağı düşmədi", - sözlərini deyib. Verilişdə qonaq olan aparıcı Afaq Gəncəli isə onun bu sözlərinə "Mənə deyir" cavabını verib.

Şou Biznes     Baxılıb: 1910   Tarix: 09 fevral 2019
f Paylaş

Oxşar xəbərlər

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi

"Son günlər sosial şəbəkələrdə şəxsimi hədəf alan, həqiqətə uyğun olmayan iddialarla aparılan qarayaxma kampaniyasını diqqətlə izləyirəm. İlk növbədə, hər kəs bilməlidir ki, heç kimin mənim türklüyümü, müsəlmanlığım

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

.

"Eşref Tek" nə vaxt yayımlanacaq?

"Eşref Tek" serialının yayım tarixi bəlli olub. Ekran işi dekabr ayında "Prime Video" platformasında yayımlanmağa başlayacaq. Serialda uşaqlıq sevgisi "Rüya"nı tapmağa çalışan "Eşref"i

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

turlar.az

kosmetika mehsullari qadın geyimi qaşların formalari daglar haqqinda infeksion xestelikler viktoriya sekret geyim dəbləri kosmetika ana haqqinda bayati baldiza aid haxisda qardasa aid haxistalar novruz bayramına aid hakışta sanama