Əhalinin DİQQƏTİNƏ! Bakı metrosunda YENİLİK

Əhalinin DİQQƏTİNƏ! Bakı metrosunda YENİLİKBu yaxınlarda metropolitendə daha iki yeni təsərrüfat qatarı istismara verilib. Dartı modullu qatarlar Rusiyanın "Kambarsk Maşınqayırma Zavodu Ticarət Evi" MMC-nin istehsalıdır. Bu motovozlar ekoloji cəhətdən təmiz olması, tunellərə, işçilərin səhhətinə təsirin ən aşağı həddə salınması, səs-küyün azalması, yanğın əleyhinə və təhlükəsizlik sistemləri baxımından seçilir. Onların mühərrikləri dizel yanacağı ilə çalışsa da, quraşdırılmış xüsusi katalizatorlar sayəsində ətraf mühitə ayrılan çirkli havanın vurulmasına imkan vermir. Metropolitenin sərnişinlərə təhlükəsiz və mədəni xidməti, səmərəli fəaliyyəti, əsasən, gecə növbəsində, cəmi 3 saat ərzində yerinə yetirilən işlərdən çox asılıdır. Hər həftə müxtəlif xidmətlərin sifarişinə uyğun olaraq, xəttə 75-85 təsərrüfat qatarı çıxır. İşçiləri, maşın və mexanizmləri, avadanlıqları tunellərə daşıyaraq müxtəlif işlərin yerinə yetirilməsində əvəzsiz rolu olan bu nəqliyyat vasitələri daim saz vəziyyətdə olmalıdır.

Qeyd edilənlərdən savayı, Rusiyanın Tixoretsk Maşınqayırma Zavodunun "TM 270k" tipli yeni nəsil və Kambarskdakı zavoddan alınmış "MTK-1-038" markalı dartı modullu motovoz alınıb. Bu maşınların əsas ortaq üstünlükləri yüksək güc qabiliyyətidir. Buna qədər metropolitenin ən mürəkkəb sahələrinə xüsusi ağırlıqlı və uzunluğu olan mal-materialın daşınmasında iki və üç təsərrüfat qatarından istifadə olunurdusa, bu motovozlar həmin işi təkbaşına yerinə yetirirlər. Bu, ehtiyatda qalan digər təsərrüfat qatarlarını müvafiq işlərə yönəltməyə və effektivliyə nail olmağa imkan verib.

Bundan əlavə, metropolitenə ilk dəfə təkər cütlərinin diametri 720 mm olan 10 yeni arabacıq gətirilib. Kambarskda istehsal olunmuş bu arabacıqların və təsərrüfat qatarlarının təkər cütləri arasındakı fərqin aradan qaldırılması həm onlara qulluğu asanlaşdırır, həm də xüsusi təyinatlı işlərin yerinə yetirilməsində, ələlxüsus uzun ölçülü pletlərin daşınmasına əlverişli şərait yaradıb. Bununla yüksək təhlükəsizlik, döngələrdə, əyrilərdə geniş diapazonda manevrli iş qabiliyyəti təmin edilib. Yeni ölçülər arabacığın götürdüyü yükün artıq hər təkərin üzərinə düşən yük əsasında riyazi hesablama ilə aparılmasına, təhlükəsizliyin və səmərənin yeni meyarlarının tətbiq edilməsinə imkan verib.

Daha bir yenilik yanacaqdoldurma məntəqəsi ilə bağlıdır. "Nərimanov" elektrik deposunda, əsasən, motorels distansiyasının ehtiyaclarını ödəyən hərəsi 15 ton həcmə malik və davamlı materiallardan hazırlanmış iki yanacaq çəni quraşdırılıb. Xüsusi kart vasitəsilə avtomatik yanacaqdoldurmadan savayı, yanacağın miqdarı və dövriyyəsi də arxivləşdirilir. Bununla yanacaqla təchizata insan müdaxiləsi tam aradan qaldırılıb və proses şəffaf idarə olunur.

Yaxın gələcəkdə isə iş şəraitinin, dispetçer məntəqəsi, avtomobil qarajının və sanitar şəraitinin ən yüksək tələblər səviyyəsinə çatdırılması ilə bağlı layihənin həyata keçirilməsi nəzərdə tutulub.

Xəbərlər     Baxılıb: 2014   Tarix: 14 fevral 2017
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu tərəvəzləri çiy yemək olmaz

Gündəlik menyumuzda yer alan bəzi tərəvəzlər var ki, onların çiy şəkildə istehlakı sağlamlıq üçün ciddi risklər yarada bilər. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edir ki, bu tərəvəzlər yalnız bişirilmiş halda istifad

.

Xərçəng kişiləri daha çox öldürür - Qorxunc statistika

Azərbaycanda xərçəng xəstəlikləri səbəbilə ölüm halları ciddi narahatlıq doğurur. Təkcə ötən il bu diaqnozla ölənlərin sayı 9 min 681 nəfər təşkil edib. 5 min 546 nəfəri kişi, 4 min 135 nəfəri isə qadın olub. Statistika göstəri

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yatmaqda çətinlik çəkirsiniz? - Alimlərin tövsiyə etdiyi bu üsul

Yuxusuzluqdan əziyyət çəkirsinizsə, alimlərin də təsdiqlədiyi və yuxuya getməyə kömək edən sadə, lakin təsirli bir ayaq üsulunu sınamağın vaxtı çatıb. xəbər verir ki, yatmaqda çətinlik müxtəlif tibbi səbəblərlə əlaqəli ol

.

Qaraciyəri təmizləyən 4 qida

Qaraciyər bədənimizin ən vacib təmizləyici orqanıdır və onun sağlamlığı ümumi vəziyyətimizə birbaşa təsir edir. Onu qorumaq və gücləndirmək üçün bəzi qidalar xüsusilə faydalıdır. Elmi araşdırmalara əsasən qaraciyəri dəstəkləyə

.

Oğlan körpələrində səssiz təhlükə - Sonsuzluğa səbəb olur

Urologiya Mütəxəssisi Dos. Prof. Dr. Yavuz Onur Danacıoğlu yeni doğulan oğlan körpələrində sıx rastlanan enməmiş xaya probleminin vaxtında müalicə olunmadıqda sonsuzluq və xaya xərçəngi riskini artırdığını bildirib. xəbə

.

Depressiya və insult buna görə olur

Həddindən artıq duz psixika üçün təhlükəlidir.  xəbər verir ki, endokrinoloq Zuhra Pavlova qidada duzun depressiyaya səbəb olduğunu bildirib. "Çünki duz davranış dəyişiklikləri ilə əlaqəli iltihablı protein IL-17A istehsalın

.

Əvvəllər zibil kimi atılırdı, indi kilosu yüz manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. türk mediasına istinadla xəbər verir ki, bir çay qaşığında bir kil

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az qis geyimləri 2025 geyim və ayaqqabılar qaşların formalari həzm orqanları azadqadin qadınlar uşaq dünyası bayatı tərəzi bürcü seksi bedii edebiyyat oğlaq