ƏHALİNİN DİQQƏTİNƏ! Bu kommunal xidmətin qiyməti qaldırılır
Gürcüstanda təbii qazın qiyməti 5 tetri arta bilər.
Dörd şirkət tarif artımı ilə bağlı hökumətə müraciət edib. Hökumətə müraciət "Qaz nəqli şirkəti", "SOCAR Georgia Gas", "Qruzqorqaz" və "Kaztransqaz" şirkətlərindən daxil olub.
Şirkətlər larinin məzənnəsindəki volatilliyi və yatırdığı investisiyaları gözlənilən artıma səbəb kimi göstərir.
Hökumətdən məsələyə münasibət bildirilməyib. Gürcüstanın Tarif Komissiyasının rəsmiləri isə bildirib ki, hazırda şirkətlər tərəfindən daxil olan sənədlərin əksəriyyəti öyrənilib.
Aidiyyəti qurumlar artımın baş verəcəyi ilə bağlı danışmağa tələsmir. İqtisadçılar isə hesab edir ki, böyük ehtimalla, artım 5 tetri səviyyəsində olacaq. Ekspertlər deyir ki, artım o qədər də böyük olmasa da, aztəminatlı təbəqənin büdcəsinə ciddi ziyan vuracaq. "Onlar üçün hətta indiki tarif də yüksəkdir. Xüsusilə də qış mövsümündə... Lakin artım qaçılmazdır və yeni tarif daha real olacaq. Belə ki, bu tarifdə nəinki larinin yeni məzənnəsi, eyni zamanda şirkətlərin investisiyaları da əksini tapacaq. Larinin devalvasiyasından xeyli vaxt keçib, lakin uzun müddətdir qaz tarifləri dəyişməz qalıb", - deyə ekspert Emzar Cqerenaya bildirib.
Ekspert əlavə edib ki, sosial qaz mövzusunu qapatmaq lazımdır: "Varlıları subsidiyalaşdırmaq lazım deyil. Bu məsələdə hər kəs mənimlə razılaşar. Subsidiya kasıb təbəqəyə lazımdır".
Mənbə: APA
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir